Ailəsinin borcu olan qadın özünü yandırdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-02-2016, 20:37 | Şərh sayı: (0) | Baxılıb: 353
Ailəsinin borcu olan qadın özünü yandırdı
Ağcabədi rayonunda intihara cəhd baş verib. 52 yaşlı qadın özünü yandırıb.
Ağcabədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev küçəsi ev 94 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova özünü yaşadığı evin həyətində üzərinə yanacaq tökərək yandırıb.
Ağır yanıq xəsarətləri alan qadın dərhal rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərilən qadın vəziyyəti ağır olduğu üçün dərhal Bakıdakı Respublika Yanıq Mərkəzinə aparılıb.
Respublika Yanıq Mərkəzindən Zərnişan Ələkbərovanın reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər.
52 yaşlı qadın özünü yandırmasına ilkin ehtimal onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər