Quran baxımından hicab və göz günahı |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide | Vaxt: 16-04-2016, 01:17 | Şərh sayı: (0) | Baxılıb: 585
Quran baxımından hicab və göz günahı
Hicabsızlıq saysız fəsadlarla nəticələnən çirkin bir işdir. Hicabsızlığın haram olunması Allahın qeyrətindən doğur. Xoş o şəxsin halına ki, Haqdan dərs alıb öz namusunu qoruyaraq, qeyrət nümayiş etdirir.
Kişi və qadın küçədə, bazarda, ictimai yerlərdə, elm və təhsil mərkəzlərində, xarici səfərlərdə bir-biri ilə qarşılaşmaq məcburiyyətində olduqlarına görə, onların fikir və ruhi sağlamlıqlarının qorunması üçün Quranda qadınlarla bağlı bir, hər iki cinslə bağlı isə digər bir vacib göstəriş verilmişdir.
Qadınlar barədə buyurulur: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir»
Hər iki cins haqqında isə buyurulur: «(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır»; «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar».
İmam Sadiq (ə) buyurur: «İsa (ə) səhabələrinə dedi: «Çirkin baxışlardan çəkinin. Çünki bu baxışlar insan qəlbində günaha meyl toxumunu əkir. Bu baxış, sahibi üçün fitnə törədir. Xoş o şəxsin halına ki, baxışı gözündə yox, qəlbindədir».
Əli (ə) buyurur: «Bədəndə gözdən naşükür bir şey yoxdur. Onu istəklərindən məhrum edin. Çünki o sizi Allahdan uzaqlaşdırır».
Rəsuli-əkrəm (s) buyurur: «Hər bir üzvün özünəməxsus zinası var. Gözün də zinası naməhrəmə baxmaqdır».
Quranın buyruğuna əsasən, Şüeybin qızı Musa (ə) haqqında atasına dedi: «Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır»
Şüeyb cavabında deyir: «Bəli qızım, o güclü, qüvvətlidir. Bunun daşı kənara çəkməsindən bildin. Bəs etibarlı olduğunu haradan bildin?» Qız dedi: «Ata, onun qarşısında evə tərəf gəlirdim. Mənə dedi ki, arxamca gəl. Əgər yolu səhv getsəm, mənə de. Biz qadınları arxadan öz baxışlarımızla müşayiət edən şəxslərdən deyilik».
Peyğəmbər (s) buyurur: «Gözlərini haramla dolduran şəxsin gözü qiyamət günü Haqq-təala tərəfindən odla doldurulacaq. Əlbəttə, əgər tövbə edərək Allaha tərəf qayıtmazsa».
Rəsulullah (s) Allah-təaladan nəql edir: «Haram baxış İblisin zəhərli oxlarından biridir. Yalnız Mənə görə gözlərini naməhrəmdən qoruyan şəxsə bunun əvəzində elə bir iman verəcəyəm ki, onun ləzzətini qəlbində duyacaqdır».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər