Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-04-2016, 23:02 | Şərh sayı: (0) | Baxılıb: 1102
Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr

"Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun."
Rəcəb ayında hər gün namazlardan sonra oxunan dua
Seyid İbn Tavus (r.ə) Məhəmməd İbn Zəhvandan (r.ə) belə nəql edir: "İmam Cəfər Sadiqə (ə) müraciətlə "canım sənə fəda, Rəcəb ayı daxil olub Allahın məni faydalandıracağı bir duanı öyrətməyini istəyirəm" deyəndə o Həzrət yaz deyə buyurdu:
Bismilləhir-rahmənir-rahim. Rəcəb ayının hər günündə axşam, səhər, gecə və gündüz vacib namazların ardından bu duanı oxu: "Ya mən ərcuhu li-kulli xəyir və əmənu səxətəhu ində kulli şərr. Ya mən yuti-kəsrə bil-qalil. Ya mən yuti mən səələh. Ya mən yuti ləm yəsəluhu və mən ləm yərifhu təhənunəm-minhu və rahməh. İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh. Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim."
Ravi belə davam edir: Sonra İmam (ə) sol əliylə saqqalını tutduğu halda sağ işarə barmağını hərəkət etdirərək bu duanı oxudu və ardından bu cümlələri əlavə etdi: "Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar."
Rəcəb ayında gündəlik deyilən zikrlər
1. Min dəfə "Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiz-zunubi vəl-asam" demək. Şeyx Səduq rəvayət edir ki, əgər bir şəxs rəcəb ayında bu zikri min dəfə deyərsə, Allah-təala buyurar: Əgər bağışlamasam, sizin Allahınız deyiləm.
2. Ay ərzində "La ilahə illəllah" zikrini min dəfə demək.
3. Yüz dəfə "Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh" demək.
4. Sübh və axşam çağı 70 dəfə "Əstğfirullahə və ətubu iləyh" demək
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər