Nə üçün dualarımız qəbul olunmur? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-03-2016, 11:53 | Şərh sayı: (0) | Baxılıb: 1904
Nə üçün dualarımız qəbul olunmur?

Həzrət (s) buyurdu: “On şey sizin qəlbinizi öldürüb:
1. Allahı tanıyıb öz bəndəlik vəzifələrinizi yerinə yetirməmisiniz.
2. Quranı oxuyub ona əməl etməmisiniz.
3. Peyğəmbərlə dost olduğunuzu iddia edirsiniz, lakin övladları ilə düşmənçilik etdiniz.
4. Şeytanla düşmən olduğunuzu deyirsiniz, lakin onun ardıcıllarındansınız.
5. Dediniz ki, behişti istəyirik, lakin heç bir əməl yerinə yetirmədiniz.
6. Dediniz oddan qorxuruq, lakin bədənlərinizi ora atdınız.
7. Camaatın eyiblərini araşdırmaqla məşğul oldunuz, lakin öz eyiblərinizdən xəbərsiz oldunuz.
8. Dünyaya düşmən olmağınızı dilə gətirdiniz, lakin var-dövlət toplamaqla məşğul oldunuz.
9. Ölümü iqrar etdiniz, lakin ona hazırlaşmadınız.
10. Ölüləri torpağa tapşırdınız, lakin bundan ibrət almadınız. Bütün bunlara görə də dualarınız qəbul edilmir.”
(Ayətullah Meşkini, "14 məsumun (ə) buyurduqları və 1001 hikmətli söz" kitabından)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər