Nə üçün duamız qəbul olmur? |
Müəllif: L-e-y-l-a | Bölmə: Sual-Cavab | Vaxt: 18-12-2015, 15:21 | Şərh sayı: (0) | Baxılıb: 358
Sual 17: Nə üçün duamız qəbul olmur?
Cavab: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz»(«Səfinətül-bəhar», 1-ci cild, səh. 448).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər