Nə üçün şiələr təşəhhüd halında...? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 3-01-2016, 12:14 | Şərh sayı: (0) | Baxılıb: 403
Nə üçün şiələr təşəhhüd halında...?
Sual: Nə üçün şiələr təşəhhüd halında əlləri dizlərdə (budlarda), barmaqları bitişik saxlamağı müstəhəb bilir, sünnilər isə baş barmaqlarını hərəkət etdirirlər?
Cavab: Biz əllərimizi və barmaqlarımızı Peyğəmbər (s) və Əhli-beyt (ə) göstərişlərinə əsasən tuturuq. Sünnilər isə "Səhihe Müslim”də Peyğəmbərdən nəql olunmuş iki rəvayəti əsas götürürlər. Rəvayətlərə görə, həzrət Peyğəmbər (s) təşəhhüd zamanı baş barmağı ilə işarə etmişdir. Amma sünni məzhəbləri arasında bu mövzuda ixtilaf var. Malikilər təşəhhüd zamanı barmaqların tərpədilməsini müstəhəb hesab edirlər.
Hənəfilər təşəhhüdün sonunda "la ilahə” deyərkən barmağı yuxarıya tutur, "illəllah” deyərkən aşağı salırlar. Barmağın yuxarıya qaldırılması inkara, aşağıya salınması təsdiqə işarədir. Barmaq bir növ dilin dediklərini müşayiət edir.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.224.) Hənbəlilər də Allahın adı çəkilərkən barmaqla işarə edirlər. Şafeilər isə "illəllah” deyərkən baş barmağı yuxarıya qaldırır, birinci təşəhhüddə ayağa qalxanadək, sonuncu təşəhhüddə namazın sonunadək barmağı yuxarı tuturlar.(Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-265.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər