Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər etiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-01-2016, 06:29 | Şərh sayı: (0) | Baxılıb: 430
Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər etiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun?
Sual: Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər etiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun?
Cavab: Şiə kitablarındakı rəvayətlərdə Peyğəmbər (s) Əhli-beyti (ə) buyurur: "Ziyarətçi öz ziyarətindən sonra üzünü qibləyə tutub, dua üçün əllərini qaldırsın və Allah-təaladan diləyini istəsin. Belə dua qəbul olmağa daha layiqdir.”
Buna əsasən, möhtərəm ziyarətçilərin dua zamanı üzünü qibləyə tutması müstəhəbdir. Bu əmr təkcə Peyğəmbərin ziyarətinə yox, bütün məsumların (ə) ziyarətinə aiddir. Üzü qəbrə dayanıb Allaha dua edən şəxs şəri cəhətdən xilaf iş görmür, sadəcə, müstəhəb bir işi tərk etmiş olur.
Sünnə əhli isə belə hesab edir ki, dua zamanı üzü qəbrə dayanan adam dua üçün əllərini qaldıra bilməz. Ona görə də uyğun halda dua üçün əlini qaldırana mane olurlar. Onların nəzərincə bu iş xilafdır və nəhy əz münkər (qadağa) lazımdır.
Ümid edirik ki, möhtərəm şiələr müstəhəbbi əmələ riayət edərək dua vaxtı üzü qibləyə dayanacaq və sünnilərin etirazına şərait yaratmayacaqlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər