Qadın dəstəmaz alarkən naməhrəm kişi onu görsə, qadının dəstəmazı batildir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-02-2017, 19:20 | Şərh sayı: (0) | Baxılıb: 363
Qadın dəstəmaz alarkən naməhrəm kişi onu görsə, qadının dəstəmazı batildir?
Sual: Qadın dəstəmaz alarkən naməhrəm kişi onu görsə, qadının dəstəmazı batildir?
Cavab: Dəstəmazı batil edən əməllər risalədə yazılıb və onların içində naməhrəmin görməsi yoxdur. Ona görə də naməhrəm gördüyü halda qadının aldığı dəstəmaz pozulmaz. Amma buna diqqət yetirmək lazımdır ki, qadının naməhrəmdən örtünməsi vacibdir və qadın hər zaman buna diqqətlə yanaşmalıdır. Xüsusilə, dəstəmaz alan zaman qadın daha diqqətli olmalı, naməhrəmin görə biləcəyi yerlərdə dəstəmaz almamalıdır. Əgər qəsdən bunu edərsə, günah qazanar. Amma bilməməzlik üzündən və ya təsadüfən naməhrəm onu görsə, qadına günah yazılmaz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər