RSS
 

Login:
Şifrə:
» » Allah-Taala bütün insanları sınaqdan keçirir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Allah-Taala bütün insanları sınaqdan keçirir

 
Müəllif: Admin | Bölmə: Slide, Allahşünaslıq | Vaxt: 19-01-2016, 15:55 | Şərh sayı: (0) | Baxılıb: 414

Allah-Taala bütün insanları sınaqdan keçirir


Allah-Taala bütün insanları sınaqdan keçirir“İnsanlardan eləsi də vardır ki, Allaha şəkk ilə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (İslamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (İslamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!”. “Həcc” surəsi, 11-ci ayə.

Qurani-Kərimdə çox önəmli mövzulardan biri də insanların imtahan olunmasıdır. Quranın bir çox ayələrində insanların, xüsusilə möminlərin hər gün, hər hadisədə sınaqdan keçirilməsindən xəbər verilir. Belə ki, bəzi ayələrdə ildə bir-iki dəfə insanların imtahan olunması göstərilsə də, digərlərində bu imtahanların həm də gündəlik olduğu bəyan edilir. “Tövbə” surəsinin 126-cı ayəsində belə buyurulur:
“ Onlar ildə bir və ya iki dəfə imtahan olduqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.”
İmtahanın gündəlik olmasını göstərən ayələr Quranda çoxdur. Nümunə olaraq “Mülk” surəsinin 1-2-ci ayələrini göstərmək olar.
İnsanların Allah-Taala tərəfindən sınaqdan keçirilməsi çox əhəmiyyətli mövzu olduğu üçün, bu haqda ayələr həddindən artıq çoxdur. Lakin ayələrin insanlara çatdırmaq istədiyi əsas məqam ondan ibarətdir ki, onlara verilən bütün naz-nemətlər imtahan xarakterlidir, insanların kim olduğunu üzə çıxarmaq üçündür. Odur ki, Allah-Taala “Fəcr” surəsinin 15-ci və 16-cı ayələrində insanlara verilən və ya alınan naz nemətlərin fəlsəfəsinin imtahan olduğunu açıqlayır:
“İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: "Rəbbim mənə ehtiram göstərdi!"– deyər. Amma onu sınamaq üçün ruzi-sini azaldanda: "Rəbbim məni alçaltdı!"– deyər.”
Bu imtahanlar ümumi olduğundan bütün insanlara şamil olur. Lakin Allah mömin bəndələri bu sınaqlardan əlavə başqa imtahanlarla da sınağa çəkir. Belə ki, Quranın “Ənkəbut” surəsinin 2-3-cü ayələində möminlərin doğru və yalançı iman sahibi olduğunu üzə çıxarmaqdan ötrü xüsusi sınaqlardan keçirilməsi qeyd olunur:
“İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan (fitnədən) keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.”
Ayədəki “fitnə” sözü insanlara çox tanış sözdür. Bəzi insanlar elə zənn edir ki, fitnə zamanı onun üzərinə heç bir vəzifə düşmür, və ya iman gətirdikdən sonra artıq o cənnət əhlidir. Lakin ayədə açıq-aşkar göstərilir ki, insanın iman gətirdikdən sonra xüsusi imtahanlarla üzləşməsi qaçılmaz olur və fitnə zamanı məsuliyyətinin daha da artması danılmazdır. Odur ki, bu ayənin ardı və şərhi olaraq “Ali-İmran” surəsinin 179-cu ayəsində buyurulur: “Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər”.
Qurani-Kərimdə insanların imtahan məsələsi qeyd olunmaqla yanaşı, hansı vasitələrlə bu imtahanların həyata keçirilməsi də açıq bəyan olunmuşdur. “Bəqərə” surəsinin 155-ci ayəsində Allah-Taala buyurur:
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.”
Ayədən göründüyü kimi Allah-Taala insanları qorxu, aclıq və s. vasitələrlə imtahan edir. Ayədə önəmli mətləblərdən biri “lənəblüvənnəkum” cümləsidir. Ayədə gələn “lə” və “nuni səqilə” təkidi göstərməkdədir. Yəni, Allah-Taala bu vasitələrlə insanları mütləq və mütləq imtahan edəcəyini bildirmək istəyir. İkinci önəmli məqam isə qorxunun, bu imtahan vasitəsinin başqa vasitələrdən daha əvvəl gəlməsidir. Yəni imtahan vasitələri içində ən önəmli vasitə qorxudur ki, Allah-Taala bütün möminləri onunla sınağa çəkir. Elə ona görə idi ki, mağarada qorxu imtahanından alnı-açıq, üzü ağ çıxa bilməyən birinci xəlifə “Tövbə” surəsinin 40-cı ayəsində qınanılır. Baxmayaraq ki, sadaladığımız və bu barədə olan başqa ayələr insanlardan yox, Allahdan qorxmağın vacibliyini dəfələrlə bəyan etmişdir. Səhabələrə və müsəlmanlara bu ayələri şərh edən, əhvalatları əks etdirən başqa ayələr də nazil oldu ki, onlar bu hadisələrdən özləri üçün nəticə çıxarsınlar. Başqa peyğəmbərlərin , o cümlədən sonuncu peyğəmbərin ən böyük problermlərindən biri insanların həssas məqamda qorxu üzündən meydanı tərk edərək peyğəmbəri tək-tənha qoyub qaçmaları olmuşdur. Bu barədə nazil olan ayələr şərti olaraq 3 qismə bölünür:
1.Bəzi müsəlmanlar müharibəyə getməkdən imtina edirdilər.
Bu barədə olan ayələr çox olduğundan nümunə üçün son döyüşdə nazil olan “Tövbə” surəsinin 38, 39 və 40-cı ayələri diqqətinizə çatdırırıq:
Ey iman gətirənlər! Sizə nə olub ki, "Allah yolunda döyüşə çıxın!"– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir. Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir. Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: "Qəm yemə, Allah bizimlədir!" Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.”
Quran məntiqinə əsasən belə möminlər Allahpərəst yox, dünyapərəst olan qorxaqlardır.
2.Müharibəyə gedib məsuliyyətli məqamda meydanı tərk edənlər.
Belə möminlər Allahın əmrinə itaət edib müharibəyə gəlsələr də, çox təəssüflər olsun ki, çətin və həlledici məqamda peyğəmbəri müharibə meydanında tək buraxaraq hətta bəzi hallarda imanlarını da əldən veriridilər. Buna “Ali-İmran” surəsinin 152, 153, 154 və 155-ci ayələrini misal göstərmək olar:
Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır. O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır. Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: "Bu işdə bizim üçün bir xeyir varmı?"– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: "Bütün işlər Allaha aiddir!" Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: "Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik"– deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir". Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir.”
Sonuncu ayədə gördüyünüz kimi, belə möminlərin müharibədən qaçmasının səbəbi də izah olunur. Belə ki, onların azmasına səbəb şeytan olsa da, əsas səbəb müharibədən öncə günah sahibi olmaları idi.
Əli(ə) “Nəhcül-bəlağə”nin 70-ci xütbəsində müba-rizəni yarıda qoyub qaçan insanları hamiləliyin ağır günlərinə dözən, son günlərində isə uşağını salan qadınlara bənzədir. O qadınlar ki, ərləri ölüb, dulluq müddətləri də uzun çəkir. Xütbənin mətni belədir:
“Böyük Allaha şükür və sitayişdən və həzrəti peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu və əri olmadığına görə) tamamilə yad adamların irsinə sahib çıxdığı hamilə qadın kimisiniz.”
3.Üzü ağ çıxan möminlər.
Sona qədər imanını qoruyub şeytanla mübarizədə qalib çıxan möminlər də var idi . Hərçənd ki, belələri az idi. Buna misal olaraq “Əhzab” surəsinin 22, 23, 24 və 25-ci ayələrini göstərmək olar:
“Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.”
Keçmiş ümmətlərin və möminlərin başına gəlmiş əhvalatların Quranda buyrulmasına və peyğəmbərimizin də o ayələri şərh etməsinə baxmayaraq, bir çoxları çətin məqamlarda özləri üçün düzgün nəticə çıxara bilmirdilər. O hadisələrdən biri Talutla Calut arsında baş verən döyüşdür. Bu müharibədə də dindarların bir qismi döyüş ərəfəsində qaçır, digər qismi yarı yolda azır, başqa bir dəstəsi çayı keçəndən sonra Calutun qoşununun çoxluğundan qorxaraq döyüşdən imtina edir, sona qədər qalan yəqin sahibləri isə imtahandan üzü ağ çıxırlar. Halbuki, bütün bu dəstələr peyğəmbərlərindən Allah tərəfindən onlar üçün bir rəhbər seçilməsini istəmişdilər. Lakin gördüyünüz kimi, az bir qisimdən başqa çoxu əhd-peymanlarına sadiq qalmadılar. Bu hadisəni Allah-Taala Qurani-Kərimdə bütün müsəlmanlara, həmçinin biz möminlərə ibrət olaraq nazil etmişdir. Şübhəsiz ki, bu aəyələrdən nəticə çıxaranlar yəqin sahibləri olacaqlar. Ayələrin təfsilatı belədir:
“Bəqərə”. 246-dan 252-ə qədər olan ayələr.
“Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!" O dedi: "Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar dedilər: "Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır. Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar təyin etdi!" Onlar dedilər: "O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir". O dedi: "Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir. Peyğəmbərləri onlara dedi: "Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir. Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədir. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et! Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.”
Bu ayələr peyğəmbərin ətrafında olan möminlərə ibrət və bildiriş olduğu kimi, bu gün də eynilə bizə dərs və bildirişdir.
249-cu ayədən aşağıdakı nəticələri çıxarmaq olar:
I. Onların bir qismi sudan içərək imtahandan çıxa bilmədilər.
II. Su imtahanından çıxa bilənlər Calutla üz-üzə gəlmək, döyüşmək imtahanından alnı-açıq çıxa bilmədilər.
III. Quranın təbiri ilə desək, Allahın görüşünə yəqini olan kimsələr sona qədər mübarizəyə davam edərək, sınaqdan üzüağ çıxdılar.
Önəmli məqam bundan ibarətdir ki, 249-cu ayədə sona qədər döyüşən, bir an belə sarsılmayan möminlərə “yəqin sahibləri” adı verilmişdir. Baxmayaraq ki, bu insanlarla birgə olan başqa möminlər də çayı keçərkən imtahandan alnıaçıq çıxmışdılar, amma son anda zəiflik göstərərək qeybi imdadlara yox, zahiri gücə inandıqlarına görə bu məqama yüksələ bilmir, çəkdikləri əzab-əziyyətin mükafatını da əldən verirlər. Beləliklə də zahiri güc-qüdrətə, hesablamalara yox, ilahi hikmətə və onun qeybi yardımlarına inanan möminlər Allah nəzərində həqiqi möminlər və imtahandan üzüağ çıxan bəndələrdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor