Quranı oxumazdan əvvəl oxunan dua |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 22-09-2015, 00:03 | Şərh sayı: (0) | Baxılıb: 868
Quranı oxumazdan əvvəl oxunan dua
İlahi Quranı haqq və düzgünlüklə nazil etdin.
Ey İlahi! mənim meyl və rəğbətimi Qur`ana nisbət çoxalt. Onu mənim gözümün nuru, qəlbimin şifası, qəm və qüssəmi aparan qərar ver. İlahi! dilimi Qur`an oxumaqla zinətləndir. Onun səbəbi ilə sifətimə nuraniyyət bəxş et. Bədənimi onun itaət yolunda güclü et. Ondan faydalanmaqla mənim elmimi artır. Gecə və gündüz Qur`an oxuyub, sənə itaət etməkdə məni müvəffəq et, və məni Peyğəmbərin Həzrət Məhəmmədlə (s.ə.v.v.) və onun seçilmiş əhli-beyti ilə məhşur et.
Həzrət İmam Rzadan (ə) nəql olunan hədisdə həzrət buyurur: Hər kəs Bismillah kələməsini deyə, bu, gözün qarasından ağına yaxın olan kimi İsm Ə`zəmə çox yaxındır. İbn Əbbasdan belə nəql olunub. Müəllim uşağa deyəndə ki, de Bismillahir-rəhmanir-rəhim və o desə, Allah o uşağın özü ata-anası və müəllimi üçün Cəhənnəm odundan amanda olmaqlarını yazır. İbn Məs`ud deyir: Hər kəs istəyirsə, Allah onu Cəhənnəmin on doqquz cür odundan nicat versin, Bismillahir-rəhmanir-rəhim desin. Çünki, bu cümlə də on doqquz hərifdən ibarətdir. Allah hər bir hərfi bir odun şö`ləsinə sipər qərar verəcəkdir.
İmam Sadiqdən (ə) nəql olunan
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər