Qiyamət sorğusunda peyğəmbər nəslindən olmağın faydası varmı? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 23-12-2015, 14:50 | Şərh sayı: (0) | Baxılıb: 322
Qiyamət sorğusunda peyğəmbər nəslindən olmağın faydası varmı?
Cavab: İslam peyğəmbəri həzrət Məhəmmədin (s) layiqli nəvəsi dördüncü imam Zeynəl-Abidin (ə) buyurur: «Allah-təala behişti, Həbəşi qul da olmuş olsa, Ona itaət edən saleh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qüreyş övladı da olmuş olsa, Ona itaətdən boyun qaçıranlar üçün xəlq edib»[1].
«Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər».
Ravilərdənbiri belə nəql edir: «Aylı bir gecədə Allah evini təvaf edərkən, könül oxşayan gözəl və qəmli bir səs eşitdim. Göz gəzdirəndə üzündən nur yağan bir gəncin Kəbə pərdəsindən tutub, dua etdiyini gördüm. O, deyirdi: «Ey mənim böyüyüm, ey mənim ağam! Bəndələrinin gözünü yuxu aparıb, ulduzlar bir-birinin ardınca məğrib üfüqlərində gözdən itir. Sən isə oyaqsan, ətrafında heç zaman yuxu dolanmaz. Bu gecə yarısı padşahlar qapısını bağlamış, dostlar bir-birindən ayrılmışdır. Ehtiyaclıların üzünə açıq qalan bircə sənin qapındır. Qapına gəlmişəm, xətakaram. Bağışlanmağa ümidlə gəlmişəm! Lütf nəzərinin istəyi ilə gəlmişəm!». Onu tanıdım. Bu, imam Zeynəl-Abidin (ə) idi.
Yaxınlaşıb dedim: «Ey peyğəmbər balası, sizin haqqınızda təthir ayəsi nazil olub. Bu göz yaşları nədir?». İmam (ə) buyurdu: «Allah-təala behişti itəaətkar bəndələr, cəhənnəmi isə asilər üçün yaradıb. Qiyamət sorğusunda Həbəşi qul, ya Qüreyş başçısı olmağın heç bir fərqi yoxdur».
[1] «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 564.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər