Hacət namazı |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 29-11-2014, 02:19 | Şərh sayı: (0) | Baxılıb: 884
Hacət namazı
Ravidən nəql olunmuşdur ki,İmam Zeynul Abidin (ə) qapı ağzında əyləşmiş bir kişi ilə rastlaşdı.Həzrət o kişidən soruşdu:Bu zülmkar kişinin qapısının qarşısında nə üçün əyləşmisən?
Dedi:Mənə üz vermiş şətinliyə görə.
Buyurdu:Ayağa qalx,mən sənə elə bir kəsin qapısını göstərim ki,bu kişinin qapısından daha yaxşıdır.
Həzrət onun əlindən tutub Həzrəti Peyğəmbər (s) –in məscidinə gətirdi və buyurdu: Üzü qibləyə durub,iki rəkət namaz qıl,sonra Allaha həmd –səna deyib,Peyğəmbər (s) -ə salavat göndər. "Həşr” surəsinin axırıncı və "Hədid” surəsinin ilk altı və "Ali-İmran” surəsində olan iki ayəni oxuyub,öz hacətini Allah taaladan dilə,Allah onu sənə əta edəcəkdir.
Ravəndi deyir: Bəlkə də "Ali-İmran” surəsinin iki ayəsindən məqsəd "Qulilahummə malikul-mulk” dən "biğəyri hisab” a qədərdir.
Əllamə Məclisi buyurmuşdur: Bəlkə də məqsəd "Qulilahummə” ayəsi ilə "şəhidəllahu” ayəsidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər