Günahları Örtən |
Müəllif: Eli Aşiqi | Bölmə: Slide, Məqalələr | Vaxt: 20-12-2015, 00:54 | Şərh sayı: (0) | Baxılıb: 344
Günahları Örtən
Gizlində günah edib, onu kimsəyə açmayan bəndənin günahını açmağı sevməz. Həzrət Haqq özünü «Səttarul-uyub» adlandırır ki, hamı Onun gizli günahı açmadığını bilsin. Əlbəttə ki, həyasızcasına xalqın gözü qarşısında günah edən şəxsin günahını örtməyə dəyməz.
Həzrət Peyğəmbər (s) buyurur: «Allah tövbə edən şəxsin tövbəsini qəbul edib, onun əzalarına əmr edər ki, onun günahlarını özündən gizlətsinlər. Torpağa əmr olunar ki, günahları örtsünlər. Hətta bu günahı onun əməl naməsinə yazanların belə yadından çıxarılar.»[255]
Müaviyə ibn Vəhəb nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: «Allah-Taala xalis tövbə etmiş mö’min bəndəsinə məhəbbət bəsləyir, günahlarını dünya və axirətdə örtər. Yazdıqları günahları mələklərin yadından çıxarar. Onlar Allahla görüşdükləri vaxt şahidlik etməyə günah tapmazlar».[256]
Rəvayətə görə qiyamət günü bəndə Allah hüzuruna gətirildiyi vaxt Allah-Taala əmr edər ki, qübbə qurub bəndəmi orada yerləşdirin. Sonra bəndəyə buyurar: «Ey mənim bəndəm, ne’mətlərimi günaha xərclədin, ne’mətimi artırdıqca, günahlarını artırdın». Bəndə xəcalətdən başını aşağı salar: Xitab olunar: «Ey mənim bəndəm, başını qaldır. Günah etdiyin saat günahını bağışladım». Sonra başqa bir bəndə gətirilər. O da danlanar və xəcalətdən ağlayar. Allah-Taala buyurar: «Günah edib güldüyün vaxt səni utandırmadım. Bu gün ki, günah etməyib ağlayırsan, səni necə rüsvay edim?! Səni bağışladım və behiştə getməyinə icazə verdim».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər