Əli (ə) haqqında gözəl şeir |
Müəllif: Admin | Bölmə: Poeziya | Vaxt: 26-07-2016, 19:46 | Şərh sayı: (0) | Baxılıb: 1028
Əli (ə) haqqında gözəl şeir
Necə qıydın vurasan zərbəni Movla başına?!
Sən bu zərbənlə salıbsan qara Zəhra başına.
Əlinin fəzlini inkar edənin yoxdu dini,
Heç zaman çatmayacaq dinsizin məna başına
Əli bir güldür onun ətrinə dünya yığılıb
Sanki bülbül dolanır baxçada rəna başına.
İbni Mülcəm düşüb ol sevdaya Mövlanı vurub
Görüm olsun necə lənət belə sevda başına.
Əliyə zərrə qədər olsa kimin şəkki əgər
Yıxılıbdır deməli hər iki dünya başına!
Seyyidəm kaşki mənə Kərbübəla qismət ola
Dolanım şövq ilə səhradakı Səqqa başına.

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər