Mən kimə söyləyim dərdimi Allah?! |
Müəllif: Admin | Bölmə: Poeziya | Vaxt: 24-06-2016, 19:28 | Şərh sayı: (0) | Baxılıb: 618
Mən kimə söyləyim dərdimi Allah?!
Mən kimə söyləyim dərdimi Allah?!
Gecələr yatmıram, yata bilmirəm,
Yığılır, cəmlənir, ah üstünə ah.
Qarabağ dərdini, ata bilmirəm,
Mən kimə söyləyim, dərdimi Allah?!
O taydan səslənən, ana -bacılar,
Bu tayda heçkimin, vecinə gəlmir ?!
Qəlbimi yandıran, qərib acılar,
Ümid tellərinin, heçinə gəlmir.
'Soyunu, Soyuma qatan şərəfsiz'!
Tanısın qoy tarix, tanısın birdə ,
'Müsəlman ə'zasın, satan şərəfsiz'!
Yazmasam qalmaram, rahat qəbirdə.
Malımız, canımız, olundu qarət,
Dönməzlik şərəfi, "dönəndə" qaldı,
Özümüz, özümüzə etdik xəyanət,
Sonrakı ağlımız, dünəndə qaldı.
Biçarə qocalar, məsum körpələr,
Nahaq axıdıldı, qanımız nahaq.
İlahi şahidsən, baş vermiş nələr,
Susmaq zillət oldu, danışmaq yasaq.
Boğur bu fikirlər, hər gecə məni,
Söylə, neçə il səbr, eyləyəcəksən ?!
Hardasan ey qanun, gəl görək səni,
Gəl görək bu yerdə neyləyəcəksən .
Danışmaq yasaqdır? Qoy olsun yasaq!
Haq deyib, izzətlə ölməyə dəyməz ?!
Qarabağ ismini, *Qeyrət* qoymasaq,
Vicdanı susanlar, qeyrətə gəlməz.
Qoynunda Müsəlman məzarlıqları
Tapdanır hər gecə, hər səhər qeyrət,
Azəri, qızların "bazarlıqları"
Azəri oğluna, vermir əziyyət ?!
Sən hələ keyf, elə doğma şəhərdə,
Ye-iç, toy-bayram et, baxma heçnəyə.
Amma bil, qeyrətin yağı əllərdə,
Yolunu gözləyir, gələrsən deyə.
Bu qədər fikirlər, gəldi araya,
Bəzisin gətirmək, istəməm dilə.
Urəyim dayanmaz, bundan sonraya,
Qəlbimdə bir kitab, sözüm var hələ.
Məhdi Müzəkkir -2016
Gecələr yatmıram, yata bilmirəm,
Yığılır, cəmlənir, ah üstünə ah.
Qarabağ dərdini, ata bilmirəm,
Mən kimə söyləyim, dərdimi Allah?!
O taydan səslənən, ana -bacılar,
Bu tayda heçkimin, vecinə gəlmir ?!
Qəlbimi yandıran, qərib acılar,
Ümid tellərinin, heçinə gəlmir.
'Soyunu, Soyuma qatan şərəfsiz'!
Tanısın qoy tarix, tanısın birdə ,
'Müsəlman ə'zasın, satan şərəfsiz'!
Yazmasam qalmaram, rahat qəbirdə.
Malımız, canımız, olundu qarət,
Dönməzlik şərəfi, "dönəndə" qaldı,
Özümüz, özümüzə etdik xəyanət,
Sonrakı ağlımız, dünəndə qaldı.
Biçarə qocalar, məsum körpələr,
Nahaq axıdıldı, qanımız nahaq.
İlahi şahidsən, baş vermiş nələr,
Susmaq zillət oldu, danışmaq yasaq.
Boğur bu fikirlər, hər gecə məni,
Söylə, neçə il səbr, eyləyəcəksən ?!
Hardasan ey qanun, gəl görək səni,
Gəl görək bu yerdə neyləyəcəksən .
Danışmaq yasaqdır? Qoy olsun yasaq!
Haq deyib, izzətlə ölməyə dəyməz ?!
Qarabağ ismini, *Qeyrət* qoymasaq,
Vicdanı susanlar, qeyrətə gəlməz.
Qoynunda Müsəlman məzarlıqları
Tapdanır hər gecə, hər səhər qeyrət,
Azəri, qızların "bazarlıqları"
Azəri oğluna, vermir əziyyət ?!
Sən hələ keyf, elə doğma şəhərdə,
Ye-iç, toy-bayram et, baxma heçnəyə.
Amma bil, qeyrətin yağı əllərdə,
Yolunu gözləyir, gələrsən deyə.
Bu qədər fikirlər, gəldi araya,
Bəzisin gətirmək, istəməm dilə.
Urəyim dayanmaz, bundan sonraya,
Qəlbimdə bir kitab, sözüm var hələ.
Məhdi Müzəkkir -2016
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər