RSS
 

Login:
Şifrə:
» » NAMAZ QILMAMAQ GÜNAHDIRMI?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






NAMAZ QILMAMAQ GÜNAHDIRMI?

 
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 10-12-2016, 15:16 | Şərh sayı: (0) | Baxılıb: 426

NAMAZ QILMAMAQ GÜNAHDIRMI?


NAMAZ QILMAMAQ GÜNAHDIRMI?Namaz hər bir müsəlmanın Allah qarşısında bəndəlik borcu, vicdan vəzifəsidir. Namaz yeganə ibadət növüdür ki, heç bir məhdudiyyətə baxmadan hər kəsə və bütün hallarda vacibdir. Müqayisə üçün deyək ki, orucu xəstə olmayan, səfərə çıxmayan şəxslər tutmalıdırlar. Həccə getmək üçün insanın sağlamlığı, maddi imkanı olmalıdır. Xüms və zəkat da maddi imkandan asılı olan ibadətlərdir. Cihad vəzifəsi sağlam kişilərə aiddir. Yalnız namaz həm sağlam, həm də xəstə, həm səfərdə, həm də vətəndə olanlara, həm kasıblara, həm də varlılara, həm kişilərə, həm də qadınlara fərzdir (qəti vacibdir). Hər kəs yetkinlik yaşına çatmışsa və psixi cəhətdən sağlamdırsa, namaz qılmaq vəzifəsi onun öhdəsindədir. Şəriətdə namazı heç bir bəhanə ilə tərk etməyə və təxirə salmağa icazə verilmir. Hətta namazın ayaq üstə yerinə yetirilməli olan əməllərini icra edə bilməyən xəstələr oturmuş halda, bunu da bacarmayanlar uzanmış vəziyyətdə namaz qılmalıdırlar. Namazdan əvvəl dəstəmaz almaq üçün su tapmayan şəxsin təyəmmüm etməsi lazımdır. Bədənində yara olan adam dəstəmaz ala bilmirsə, xüsusi formada paklıq etməli və namazını qılmalıdır. Qibləni tapa bilməyən adam şəriətdə nəzərdə tutulmuş şəkildə qiblə ehtimal etdiyi istiqamətlərə doğru namaz qılmalıdır. Xülasə, namaz qılmaq məsuliyyəti heç bir halda müsəlmanın boynundan götürülmür (yalnız qadınlar heyz günlərində bundan azaddırlar).
Namaz qılmaq İslam dinində nə qədər vacib və zəruri sayılırsa, onu tərk etmək də bir o qədər günah bilinir. Namaz qılmayan insan Allah qarşısında ən vacib borclarından birini – bəndəlik borcunu yerinə yetirməmiş olur. Əlbəttə, Allahın bizim namazımıza və heç bir başqa ibadətimizə ehtiyacı yoxdur. Hər bir ibadətin xeyri yalnız bizim özümüzə aiddir. Bu ibadətlərlə həm savab qazanır, həm də sağlamlıq əldə edirik. Bəzi ibadətlərlə əmlakımızın bərəkətini artırırıq, ətrafımızdakı insanlara yardım göstərməkdə ümumilikdə cəmiyyətin inkişafını və rifahını təmin etmiş oluruq.
Namaz qılmamaq Allahın verdiyi nemətlər qarşısında böyük naşükürlük etmək deməkdir. Namaz insanı pis əməllərdən, əxlaqsızlıqdan qoruduğu üçün (Ənkəbut, 45), namaz qılmayan insanın bu kimi pis vərdişlərə və xasiyyətlərə aludə olmaq ehtimalı da artır. Müqəddəslərimiz namazı dinin sütunu və dirəyi adlandırırdılar. Həzrət Mühəmməd Peyğəmbər (s) namazı çadırın əsas dirəyinə bənzədərək buyururdu ki, dirək möhkəm durduqca çadırın iplərinin, mismarlarının və dərisinin (parçasının) insana faydası dəyər. Amma dirək çöksə, bunların heç birinin faydası olmaz. Bu obrazlı ifadədə çadır – imanı, ip, mismar və dəri – ibadət əməllərini və savabları təcəssüm etdirir. Namaz qılmayan şəxsə digər xeyir əməlləri qiyamət günündə bir o qədər də fayda verməz.
Qurani-kərim ayələrindən məlum olur ki, cəhənnəm əzabına səbəb olan günahlardan biri də namaz qılmamaqdır. Cəhənnəm əhlinin bir hissəsi namaz qılmayan insanlardan ibarət olacaq. Cənnətdəkilər cəhənnəmdə əzab çəkənlərdən soruşacaqlar: «Sizi səqərə (cəhənnəmə) salan nədir?». Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)» (Müddəssir, 42-47).
İslam Peyğəmbəri namazı tərk etməyi imanla küfrü ayıran sərhədə bənzədirdi: «İmanla küfrün arasında namazı tərk etmək durur». Hədisin mənası budur ki, namaz qılmamaq insanı imandan çıxarıb küfrə salan əməldir və imandan küfrə doğru uzanan bir addımdır.
Namaza ehtiramsız yanaşmaq, barmaqarası baxmaq da böyük günahlardandır. Namazı qəsdən vaxtında qılmamaq, vaxtını keçirib qəzaya saxlamaq, namaz əməllərinin qayda-qanunlarını pozmaq, namazı düzgün qılmaq üçün lazımi bilikləri qəsdən öyrənməmək və öyrədənlərin sözünə etinasız yanaşmaq, namazı tələsik qılmaq bu ibadətə qarşı hörmətsizlik göstərməyə bərabər sayılır. Xüsusilə, bir müddət namaz qılıb sonra bunu tərk etmək, «vaxtım yoxdur, şəraitim yoxdur, sağlamlığım imkan vermir, namaz sözlərini əzbərləyə bilmirəm» kimi bəhanələrlə özünə haqq qazandırmaq tamamilə əsassızdır. Rəvayətə görə, İmam Cəfər Sadiq (ə) ömrünün son anında bütün qohumlarını və yaxın tərəfdarlarını toplamağı tapşırır. Hamı yığılıb hazır olanda İmam buyurur: «Namaza etinasız yanaşanlara bizim şəfaətimiz şamil olmayacaq». Qiyamət günündə hər birmizin şəfaətə ehtiyacı olacaq. Günahlarımızın çoxluğu üzündən müqəddəslərin bizim bağışlanmağımız haqqında Allah qarşısında vasitəçilik etmələrini həsrətlə gözləyəcəyik. Belə bir vaxtda son ümiddən – şəfaətdən məhrum qalmaq həqiqətən, böyük bədbəxtlikdir.
Qurani-kərimdə namazı tərk edib şəhvətə uyan şəxslərin cəhənnəmdəki ən dəhşətli məkana – Fəyy dərəsinə düşəcəkləri bildirilir (Məryəm, 59). Başqa bir ayədə isə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar (namazlarında) riyakarlıq edər və camaatı zəkat verməkdən çəkindirərlər» (Maun, 4-7).
Namaz qılmayan şəxslər bu dünyadan köçdükdən sonra tezliklə öz səhvlərini anlayıb peşman olacaqlar. Hətta qiyamətdən də əvvəl, qəbirdə sorğu-sual mələklərinin namaz haqda sualına cavab verməkdən aciz qalıb əzab çəkəcəklər. Bir çoxları bu dünyaya qayıdıb qılmadığı namazları, tutmadığı orucları, vermədiyi zəkatları qəza etmək, incitdiyi şəxslərdən halallıq almaq, etdiyi günahların cəriməsini vermək arzusunda olduğunu bildirəcək. Lakin o zaman peşmançılığın heç bir faydası olmayacaq. Çünki əməl məkanı bu dünyadır. Dünyadan köçdükdən sonra heç kəsə öz səhvini düzəltmək, itirilmiş fürsəti geri qaytarmaq, etmədiyini etmək imkanı verilməyəcək. O gün əməl dəftəri bağlanıb bir də qiyamət günündə – Allahın ədalət divanında açılacaq. «Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Ey Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm. Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (bərzəx aləmi) vardır» (Möminun, 99-100).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor