La ilahə illəllah – İlahi sığınacaq yeri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-04-2017, 22:52 | Şərh sayı: (0) | Baxılıb: 187
La ilahə illəllah – İlahi sığınacaq yeri
Şeyx Səduq (r) öz Məali kitabında sənədi həzrəti Imam Rzaya(ə) gedib cıxan, Həzrəti Nuh(ə)-a aid bir əhvalatı belə qeyd edir
“Həzrəti Huh gəmiyə mindiyi zaman Allah-təala ona vəhy edib belə buyurdu: Ey Nuh suda boğulmaq qorxusu sənə gələndə min dəfə mənim adıma təhlil ( la ilahə illallah) zikr et və qurtuluş üçün məni cağır,mən də sənə və səninlə olanlara nicat verim. Həzrəti Nuh(ə) və iman gətirənlər gəmiyə oturdular və yelkəni qaldırdılar. Qəfil güclü külək əsməyə başladı. Küləyin təsiri o qədər güclü idi ki, gəmidəkiləri təlaş bürüdü. Təlaş içində olanlar arasından Həzrəti Nuhun(ə) səsi ucaldı - min dəfə la ilahə illallah. Bu bərəkətli zikirdən sonra yelkən aramlaşdı, gəmi də rahatca yoluna davam etməyə başladi. Bunu görən Həzrəti Nuh(ə) dedi: Yaxşı olmaz ki, Rəbbimin mənə öyrətdiyi və onun vasitəsi ilə mənə nicat verdiyi bu zikri tərk edim. Sonra isə O həzrət bu zikri – ; min dəfə la ilahə illallah, ya rəbbi məni islah et; şəklində öz üzüyünə yazdırdı.” ( Məali- səhifə 722)
La ilahə illallah kəlməsi hər zaman bütün tovhid dinlərinin əsasını təşkil etmiş, bəşərə bu nurun işığında cəm olmağı təkid etmişdir.
Necə ki, Rəbbimiz öz müqəddəs kitabında buyurur: De (Ey Rəsulum) sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəliməyə tərəf gəlin!
Allah ən yaxşı sığınacaq yeridir - Ya Muiin ! .
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər