Niyə İmam Kazim (ə) Harun ər-Rəşidin verdiyi Fədəki qəbul etmədi? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-04-2017, 11:35 | Şərh sayı: (0) | Baxılıb: 170
Niyə İmam Kazim (ə) Harun ər-Rəşidin verdiyi Fədəki qəbul etmədi?
Abbasilərin ən qüdrətli xəlifəsi Harun ər-Rəşid Fədəki İmam Musa Kazimə vermək istəyəndə İmamın maraqlı reaksiyası ilə qarşılaşıb. İslaminSesi.info – Fədək hicri-qəməri tarixinin 7-ci ilində Xeybər qalasının fəthi zamanı yerli əhali tərəfindən Peyğəmbərə verilən bir abadlıq idi. Bu kiçik kənd Fədək adlanırdı. Bu abadlığı Peyğəmbər ailəsi ondan sonra çətinliklə üzləşməsinlər və izzətli həyat sürsünlər deyə onu həzrət Fatimeyi-Zəhraya bağışladı. Peyğəmbərin vəfatından sonra Fədək birinci xəlifə tərəfindən müsadirə edildi. Amma 99 hicri ilində Uməyyə hakimi Ömər ibni Əbdüləziz Fədəki yenidən Həzrət Fatimənin övladlarına qaytardı. Daha sonra Fədək imamlardan yenidən müsadirə edildi. Zəməxşəri Rəbiul-Əbrar əsərində yazır ki Harun ər-Rəşid (763-809) İmam Musa Kazimi özünə cəlb etmək üçün bir dəfə ona Fədəki vermək istədi. Amma İmam onun bu addımını qəbul etmədi. Harun ər-Rəşid israr etdi. İmam onun israrını görüb, bir şərtlə Fədəki qəbul edəcəyini dedi. İmam buyurdu: O şərtlə qəbul edirəm ki, Fədək üçün mənim təyin etdiyim malikanənin bütün sərhədləri olaraq onu mənə verəsən. Harun dedi o nahsı hüdudlardır? İmam buyurdu: O Fədəkin bir sərhəddi Ədən (Yəmən) bir hüdudu Səmərqənd, digər hüdudu Afrika, dördüncü hüdudu isə Ərməniyyə və Xəzərdir. Bunu eşidən Harun qəzəbli halda dedi: Bəs bizə nə qalacaq? İmam buyurdu: Mən bilirdim ki Fədəkin həqiqi hüdudlarını tələb etsəm onu bizə verən deyilsən. Bundan sonra Harun həmişə İmamı aradan götürmək niyyətinə düşdü. İmam bu sözlə Fədəkin əslində imamət rəmzi olduğunu və onun hüdudlarının bütün islam dünyası olduğunu ortaya qoydu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər