İmam Rza (ə.s) və Culudi adlı zalım sərkərdə |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 31-08-2016, 23:00 | Şərh sayı: (0) | Baxılıb: 300
İmam Rzanın (ə) imamət dövrü 20 il (203-283 h.q) sürüb. İmam bu dövrdə Harun ər-Rəşid, oğulları Əmin və Məmunla eyni zamanda yaşayıb. İmam Harunun dövründə müxtəlif zülmlərə məruz qalsa da, Məmunun dövründə nisbətən xəlifə Məmunun fitnələrindən amanda qalıb.
Bir gün Harunun zalım sərkərdələrindən biri Culudi xəlifədən əmr alır ki, Mədinədə Əli ailələrini təftiş və onların əmlaklarını müsadirə etsin. Harun əmr etdi ki, Əli nəslinin qadınlarında yalnız geyinməyə bir paltar qalmalıdır.
Əmri canla-başla yerinə yetirmək istəyən Culudi Mədinədə Əli ailələrinin qaldığı məhəllələrə basqın etməyə başladı.
Çoxlu insanlar İmam Rzanın evinə sığınmışdı. İmam Rza qadınları böyük bir otağa salıb qapını bağladı.
Bura çatan Culudi əynində olan paltarlardan başqa qadınlardan bütün əşyaların alınacağını dedi.
Lakin imam Rza buna icazə verməyəcəyini və qapıdan çəkilməyəcəyini deyir.
Uzun çəkişmədən sonra İmam Rza ona “qadınların əşyalarını mən özüm alıb sənə verəcəyəm” təklifini verdi və Culudi razılaşdı.
İmam qadınların paltarlarını və zinət əşyalarını yığıb Culudiyə verdi.
Bir neçə il keçmişdi. İmam Rza Mərvdə xəlifə Məmunun yanında vəliəhd idi. Bu zaman bəzi ordu sərkərdələri və əsgərləri üsyan etmiş və tutulmuşdular.
Qəzəblənən Məmun onları bir-bir cəzalandırmaq istəyirdi. Onların arasında Culudi də var idi.
Üsyançı sərkərdələr bir-bir Məmunun qarşısına gətirilirdi.
Culudini görən İmam Məmuna tərəf əyilib, onun qulağına pıçıldayaraq dedi:
-Bu şəxsi mənə görə bağışla və edam etmə!
Məmun təəccüblə dedi:
-Bu həmin şəxsdir ki, Allah Rəsulunun xanədanının qadınlarını soymağa cəsarət etdi. Onların nəyi var idi qarət etdi. Niyə onun üçün şəfaət edirsən?!
İmam Rza dedi: Hər halda onu bağışla!
Bunu görən Culudi fikirləşdi ki, İmam bu şəkildə danışmaqla onun edam edilməsini istəyir. Buna görə Culudi Məmuna xitabən dedi:
-Ey “möminlərin əmiri”! Sizi Allaha and verirəm. Sizə və atanıza çoxlu xidmətlər etmişəm. Sizdən xahiş edirəm Əli ibni Musanın sözünü qəbul etməyin!
Məmun dedi: Yaxşı onun sözünü qəbul etmirəm. Amma bunu bil ki, o sənin bağışlanmağını istəmişdi. İndi mən də sənin istədiyin kimi onun sözünü qəbul etmirəm. Cəllad boynunu vur!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər