Ayətəl kürsi və onun təsirləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-04-2017, 10:46 | Şərh sayı: (0) | Baxılıb: 301
Ayətəl kürsi və onun təsirləri
Cənab Zahidi məktublarının birində belə nəql edirdi:
Kərəminijadın xahişinə əsasən, dostlardan birinin Ayətullah Behcət haqqında nəql etdiyi bir əhvalatı sizin üçün yazıram. Ümidvaram bu əhvalat möminlərin ürəyincə olsun, inşallah.
“Qum elmi hövzəsinin fazil şəxslərindən Urumiyə şəhərindən olan Mirzə Yusif başına gələn qəribə bir əhvalatı mənim üçün danışaraq dedi: Bir-iki il olardı ki, təhsil almaq üçün Qum elmi hövzəsinə gəlmişdim. Çoxlu dərs və mütaliə nəticəsində gözlərim ağrımağa başladı. Artıq üzbəüzdəki şeyləri görə bilirdim. Yavaş-yavaş ağrılarım şiddətlənməyə başladı. Qum şəhərindəki göz həkimlərinin əlindən bir şey gəlmədiyinə görə məni Tehrana göndərdilər. Tehrandakı mütəxəssis həkim gözlərimi müayinə edəndən sonra bir iynə vurdu və gözlərim sağalmağa başladı. Bir-iki aydan sonra yenə həmin xəstəlik üzə çıxdı. Əvvəl yanına getdiyim həkimin yanına getdim və yenə bir iynə vurdu. Bu dəfə iki-üç həftədən sonra yenə həmin ağrılar başladıqda həkimə müraciə etdim. Həminki kimi iynə vurub ağrılarımı sakitləşdirdi. Artıq bu dəfə iki-üç gün keçməmiş gözüm əvvəlkindən qat-qat şiddətli ağrımağa başladı. Həkim artıq heç bir şey edə bilmədi.
Dəfələrlə aparılan müayinələrdən sonra həkimlər mənim bu xəstəliyimin əlacsız olduğunu dedilər. Mən dedim: Əgər xarici ölkələrdə bu xəstəliyi müalicə edə bilərlərsə, mən getməyə hazıram. Amma həkimlər qəti olaraq dedilər: “Bu xəstəliyin müalicəsi yoxdur.” Naümid halda Quma qayıtdım. Məsciddə Ayətullah Behcət ilə namaz qılandan sonra onun ardınca getdim. Sualı olan hər kəs cavabını alıb gedəndən sonra mənim də sual edəcəyimi başa düşüb dedi: “Buyur, sözünü de.” Kədər məni boğa-boğa başıma gələnləri Ayətullah Behcətə danışdım. Gülümsünüb dedi: “Gündəlik vacibi namazlardan sonra əllərini gözlərinin üstünə qoy və bir Ayətəl kürsi oxu. Sonra bu cümləni de: “Allahum-məhfəz hədəqəti bihəqqi hədəqətəy Əli ibn Əbi Talib!”
Mirzə Yusif deyir: Altı-yeddi gün mən Ayətullah Behcətin dediyi tapşırığa əməl etdim və gözlərim tamamilə sağaldı. Həmin hadisədən on iki-on üç il keçməsinə və gecə-gündüz mütaliə etməyimə baxmayaraq həmin xəstəlikdən əsər-əlamət də yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər