RSS
 

Login:
Şifrə:
» » Muhəmməd peyğəmbərin (s) siması Bibliyada

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Muhəmməd peyğəmbərin (s) siması Bibliyada

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-01-2017, 09:33 | Şərh sayı: (0) | Baxılıb: 329

Muhəmməd peyğəmbərin (s) siması Bibliyada


Muhəmməd peyğəmbərin (s) siması Bibliyada“Məryəmin oğlu İsa dedi: “Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyirəm” (Saff, 6).

***

“Öncə göndərilmiş hər peyğəmbər özündən sonrakını adı ilə tanıtdırmış, sonra gələn peyğəmbər isə özündən əvvəlkini xatırlatmışdır” (İmam Əli (ə), “Nəhc əl-bəlağə”, “İbtida” xütbəsindən).

***

“Onun (yəni Həzrət Muhəmmədin (s)) xüsusiyyətləri elm əhlinə gizli deyildi. Peyğəmbərlər onun barəsində öz kitablarında müjdə vermişdilər. Alimlər onun tərifində sözlər söyləmişdilər. Filosoflar onun sifətləri barədə fikirlər irəli sürmüşdülər” (İmam Cəfər Sadiq, Üsuli-Kafi, “Hüccət” kitabı, “Peyğəmbərin doğumu və vəfatı” babı, 17-ci hədisdən).

***

Yəhudi və xristian rahiblər Bibliyaya hər nə qədər “əl gəzdirib”, mətnini istədikləri kimi dəyişdirsələr də, yenə orada Həzrət Muhəmməd Peyğəmbər (s) haqqında xeyli işarə qalmışdır...

TÖVRAT

Tövratın “Təsniyə” kitabının 18-ci fəslində Allah Həzrət Musaya (ə) belə müraciət edir:

“Mən onlara (İsrail övladlarına) qardaşları arasından sənə (yəni Musaya) bənzər bir peyğəmbər təyin edəcəyəm; mən öz sözlərimi onun dili ilə deyəcəyəm; o, yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək” (Təsniyə kitabı, 18-ci fəsil, 18-ci cümlə).

Bəzi Bibliya şərhçiləri burada “Musaya bənzər” adlandırılan şəxsin Həzrət İsa Məsih (ə) olduğunu əsaslandırmağa çalışırlar. Lakin haqqında danışılan şəxs İslam Peyğəmbəridir. Məlumdur ki, Həzrət Muhəmmədin (s) mənsub olduğu ərəb milləti İbrahim Peyğəmbərin (ə) oğlu İsmailin (ə) nəslindən törəyib. Bəni-İsrail isə İbrahimin (ə) digər oğlu İshaqın (ə) oğlu Yəqubun (ə) nəslindən ibarətdir. Demək, ərəblər və Bəni-İsrail mənşə etibarilə iki qardaşın törəmələri sayılırlar. Allah Həzrət Musaya (ə) xəbər verir ki, Bəni-İsrail üçün onların qardaşları arasından bir peyğəmbər seçəcək. Deməli, bu peyğəmbər ərəblərdən olmalıdır. Özü də elə bir peyğəmbər olmalıdır ki, missiyası yalnız bir milləti deyil, bir çox millətləri əhatə etməli və Bəni-İsrail də ona tabe olmalıdır.

Bibliyadakı: “Mən öz sözdərimi onun dili ilə deyəcəyəm; o, yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək”, - cümlələri Qurani-kərimin məşhur bir ayəsinin eynidir. Quranın “Nəcm” surəsinin 3-4-cü ayələrində Allah-Təala Həzrət Muhəmməd Peyğəmbər (s) barəsində buyurur: “O, heç vaxt öz həvavü-həvəsi ilə söz deməz. Onun dediyi yalnız vəhydir”.

“Təsniyə” kitabının 33-cü fəslində Həzrət Musa Peyğəmbərin (ə) vəsiyyəti xatırlanır: “Bu, Allah adamı Musanın ölümqabağı İsrail övladlarına verdiyi xeyir-duadır. O dedi: “Rəbb Seynadan gəldi, onlara Sairdən göründü, Faran dağından təcəlla etdi və on min nəfər müqəddəslə gəldi; onların sağ əlində Onun qanun məşəli var idi” (Təsniyə kitabı, 33-cü fəsil, 1-2-ci cümlələr).

Musanın (ə) vəsiyyətində üç məkan adı çəkilir: Seyna, Sair və Faran dağı. Seyna – Həzrət Musanın (ə) özünə vəhyin gəldiyi dağın adıdır. Musaya (ə) bu dağda Tövrat nazil edilmişdi. Sair - İsa Məsih Peyğəmbərin (ə) vəhy aldığı yerin adıdır. Bəs, Faran dağı harada yerləşir?

Faran dağının yeri barədə dəqiq məlumat almaq üçün yenə Tövratın mətninə müraciət edirik. Bibliyanın “Təkvin” kitabında Həzrət İbrahim (ə) tərəfindən həyat yoldaşı Hacərlə körpə İsmailin (ə) səhraya atılması təsvir edilir. Həmin hadisənin sonunda belə deyilir:

“Və Allah yeniyetmə İsmail ilə idi; o böyüdü, səhrada yaşamağa başladı və oxatan oldu. O, Faran səhrasında yaşadı; anası onun üçün Misir torpağından arvad aldı” (Təkvin kitabı, 21-ci fəsil, 20-21-ci cümlələr).

Həzrət İbrahim (ə) Hacərlə İsmaili (ə) indiki Məkkə ətrafındakı səhrada azdırmışdı. On dörd əsrdir ki, hacılar Məkkə ətrafındakı Mərvə və Səfa təpələri arasında yeddi dəfə qaçaraq, susuz İsmail (ə) üçün su axtarmaq məqsədilə vurnuxan Hacərin hərəkətlərini təkrar edirlər. Həmin gün Allahın mərhəməti sayəsində körpə İsmailin (ə) ayağı altından Zəmzəm bulağı çağladı. Deməli, Bibliyada adı çəkilmiş Faran səhrası Məkkə ətrafındakı ərazidən başqa bir şey deyil. Elə isə, Faran dağının da Həra dağı ilə eyni olması şübhəsizdir. Beləliklə, aydın oldu ki, Rəbbin Faran dağından təcəlla etməsi - Həra mağarasında Həzrət Muhəmməd Peyğəmbərə (ə) vəhy nazil olmasıdır.

Musanın (ə) vəsiyyətinin ikinci hissəsində xəbər verilir ki, Rəbb 10000 nəfər müqəddəslə Farana gələcək. Hicrətin 8-ci ilində həqiqətən bu hadisə baş verdi: Həzrət Muhəmməd Peyğəmbər (s) 10000 nəfərlik qoşunla hərəkət edib Məkkə şəhərini tutdu. Musa (ə) özündən əsrlərlə sonra baş verəcək hadisələri peyğəmbərlik zəkası ilə irəlicədən görərək üstüörtülü şəkildə xəbər verirdi. Allahın 10000 nəfərlə Məkkəyə girəcəyi barədə xəbəri həqiqi deyil, məcazi mənada qəbul etməliyik. Müsəlmanlar tərəfindən Məkkənin fəthi zamanı şəhərə Allahın özü deyil, Onun varlığına inam və məhəbbətlə dolu insanlar daxil oldular. Məkkəni fəth edənlərin hər biri öz qəlbində Allahı gətirdi. Həmin əlamətdar hadisədən sonra bütpərəstlərin müqaviməti qırıldı və Allahın “od saçan qanunu” – İslam bütün Ərəbistana hakim oldu.

Qeyd edək ki, həm keçmiş, həm də müasir müsəlman alimləri Həzrət Muhəmməd peyğəmbərin (s) sonuncu ülul-üzm səma elçisi olduğunu isbat edərkən, Tövratın yuxarıda xatırlanan müjdələrindən faydalanmışlar. Məsələn, Nəsirəddin Tusi (1201-1274) “Nəqd əl-mühəssəl” kitabında bu mövzuya toxunmuşdur.

Burada mötəbər dualarımızdan birinin cümlələrini xatırlatmaq yerinə düşər. İmam Muhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən “Simat” duasında buyurulur: “İlahi, Seyna dağında zahir olmuş, bəndən və rəsulun Musa ibn İmranla (ə) danışdığın böyüklüyünə xatir! Sairdəki görüntünə (təcəllana) xatir! Faran dağındakı zühuruna xatir!..” Görünür, imamlar bu duada “Məkkə” deyil, “Faran” kəlməsini işlətməklə müsəlmanların diqqətini Tövrata doğru yönəltmək və keçmiş peyğəmbərlərin müjdəsi ilə onları tanış etmək istəmişlər.

Avvakum peyğəmbərin (ə) kitabı

Bibliyada “Avvakum Peyğəmbərin kitabı”nda yazılıb: “...Müqəddəs şəxs Faran dağından zühur edəcək. Səma onun böyüklüyü ilə örtüldü, yer isə onun şərəfi ilə doldu... O, qalxdı və yeri titrətdi, baxdı və xalqları vahiməyə saldı. Əsrlik dağlar yıxıldı, ilkin təpələr dağıldı. Onun yolları əbədidir” (Avvakumun kitabı, 3-cü fəsil, 3-6-cı cümlələr).

Avvakum Peyğəmbər (ə) də Həzrət Muhəmmədin (s) ilahi risalətinin Məkkədən başlanacağını bilirmişdi. Həzrət Muhəmmədin (s) əzəməti qarşısında ən adlı-sanlı hökmdarlar, alimlər və cəngavərlər özlərini itirib məğlub oldular. Əsrlik dağlara və qədim təpələrə bənzədilən nəhəng imperiyalar müsəlman qoşununa baş əydi. Sasani və Bizans imperiyaları kimi azman dövlətlər İslamın bayrağı qarşısında diz çökdü. İslamın və onun böyük peyğəmbərinin şöhrəti dünyanı bürüdü.

İslam əvəzolunmaz, məğlubedilməz dindir. Həzrət Muhəmməd Peyğəmbərin (s) şəriəti qiyamət gününədək öz gücünü saxlayacaq. İslamın yüksəliş dövrü hələ qarşıdadır. Elə buna görə də Avvakum Peyğəmbər (ə) buyurur: “Onun yolları əbədidir”.

Zəburda Həzrət Muhəmmədin (s) adı çəkilib

Bibliyada “Süleymanın nəğmələr nəğməsi” kitabı Həzrət Süleyman Peyğəmbərin (ə) öz xəyali sevgilisi barəsində qoşduğu şeirlərdən ibarətdir. Təsvir olunan sevgili obrazının xüsusiyyətlərindəki ziddiyyətlər bunu söyləməyə imkan verir ki, şeirlərin mətni xeyli təhrif olunub. Kitabın 5-ci fəslinin 16-cı cümləsində Həzrət Süleyman (ə) öz xəyali sevgilisini bu sözlərlə vəsf edir: “Onun sözləri şirindir, o, tamamilə lütfdür. Bax, budur mənim məhbubum və mənim dostum, ey Yerusəlim qızları!”

Həzrət Süleymanın (ə) sözlərinin yəhudicə orijinalına diqqət yetirsək, aydın olar ki, bunlar adi bəşəri hislərin təsiri altında qadın cinsi üçün deyilməmişdir. Bu sözlərin dərin irfani məna yükü vardır. Orijinalda cümlə belə səslənir: “Hikku məmtəqqim, vi kulu Muhəmmədim, zih dudi vi zih rii, binut Yiruşalam!” Süleyman Peyğəmbər (ə) Allahın sonuncu rəsulu Muhəmməd əleyhissəlamı ən gözəl ifadələrlə vəsf edir və onu “məhbubum”, “dostum” adlandırır. Hazırki Bibliya mətnlərində “lütf” kimi tərcümə olunmuş kəlmə isə əslində İslam Peyğəmbərinin adıdır.

İncildəki müjdə

Həzrət Muhəmməd Peyğəmbər (s) barəsində xəbərlər İncildə də qalmışdır. Biz kilsə tərəfindən qeyri-qanuni elan olunmuş Barnaba İncili barədə danışmayacağıq. Yalnız kilsənin qanuni mətnlərdən biri kimi tanıdığı İohann İncilindəki əlamətləri araşdıracağıq.

Həzrət İsa Məsihin (ə) öz həvariləi ilə son görüşü İohann İncilində ətraflı təsvir olunmuşdur. İsa (ə) yemək süfrəsi arxasında həvarilərlə halallaşıb onlara son tapşırıqlarını verirdi. İsanın (ə) sözləri tərcümədə belə səslənir:

“Mən də Atadan (burada Allah nəzərdə tutulur) xahiş edərəm, O, sizə başqa Təsəlliverici göndərər ki, əbədi olaraq sizinlə qalsın” (14-cü fəsil, 16-cı cümlə). “Ata tərəfindən sizə göndərəcəyim Təsəlliverici, yəni Atadan çıxan həqiqət ruhu gəldiyi zaman məni təsdiq edəcək” (15-ci fəsil, 26-cı cümlə). “Mən sizə düzünü deyirəm: mənim getməyim sizin üçün daha yaxşıdır. Çünki mən getməsəm, Təsəlliverici yanınıza gəlməyəcək. Əgər mən getsəm, onu sizə göndərərəm. O, gələndə dünyadakı günahları, yalanları və haqsız hökmləri ifşa edəcək... O, yəni həqiqət ruhu gələndə sizi həqiqətə doğru hidayət edəcək. Çünki o, özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək və gələcək barədə xəbər verəcək” (16-cı fəsil, 8-ci və 13-cü cümlələr).

Əvvəla, bunu deyək ki, o biri İncillər kimi İohann İncili də hal-hazırda yunan dilindədir. Halbuki, Həzrət İsa (ə) və onun şagirdləri yunan yox, arami dilində danışırdılar. Demək, İncillərdəki heç bir söz İsanın (ə) dilindən çıxan kəlmələrin orijinalı deyil. İohann İncilindəki Həzrət İsanın (ə) sözləri də yalnız tərcümədir.

İohann İncilinin yunanca mətnində işlənmiş “paraklitos” sözü “təsəlliverici”, bəzən isə “müdafiəçi, vəkil” kimi mənalandırılır. Əslində isə “paraklitos” sözü leksik baxımdan yunan dilinin tam ziddinədir və “periklitos” kəlməsinin dəyişdirilməsi nəticəsində yaranıb. İohann İncilinin ilkin yunan variantında “periklitos” ifadəsi işlənib, sonralar qərəzli məqsəd üzündən dəyəşdirilib “paraklitos” şəklinə salınıb.

Görəsən, bu təhrifin səbəbi nədir?

Yunan dilindən tərcümədə “PERİKLİTOS” (PERIQLYTOS) “çox bəyənilmiş, çox təriflənmiş” mənalarını bildirir. Bu sözün ərəb dilində qarşılığı isə “Əhməd”dir. Deməli, Həzrət İsa (ə) həvarilərinə xitabən nitq söyləyərkən İslam Peyğəmbərini ən məşhur ləqəbi ilə “Əhməd” adlandırmışdır (bax, Qurani-Kərim, Saff surəsi, 6-cı ayə). İncil qələmə alınarkən bu söz yunan dilinə “periklitos” kimi tərcümə olunmuş, daha sonra təhrif edilərək “paraklitos” (təsəlliverici) şəklinə salınmışdır.

Bəli, bu həmin Muhəmməd Peyğəmbər (s) - Əhməddir ki, Həzrət İsa (ə) onun insanlarla əbədi qalacağını (yəni şəriətinin əbədi olacağını), bəşəriyyəti doğru yola və həqiqətə sarı hidayət edəcəyini, günah və yalanların, haqsız hökmlərin iç üzünü açacağını, özündən deyil, Allah adından vəhylə danışacağını müjdə verirdi.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor