RSS
 

Login:
Şifrə:
» » İMAM SADİQİN (Ə) ELMİ-FİQHİ MƏQAMI

Xəbər lenti

Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM...
Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İMAM SADİQİN (Ə) ELMİ-FİQHİ MƏQAMI

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-12-2016, 13:52 | Şərh sayı: (0) | Baxılıb: 297

İMAM SADİQİN (Ə) ELMİ-FİQHİ MƏQAMI


İMAM SADİQİN (Ə) ELMİ-FİQHİ MƏQAMIRəbiul-əvvəl ayının 17-i (Dekabr-17) İslam Peyğəmbərinin (ə) və o həzrətin altıncı xəlifəsi imam Cəfər Sadiqin (ə) doğum günüdür. Bu münasibətlə həmvətənlərimiz və oxucularımızı təbrik edir, öncədən İslam Peyğəmbəri (ə) haqda məqalə verdiyimiz üçün, bu yazıda imam Sadiqin (ə) həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq:

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının 17-i Mədinə şəhərində dünyaya göz açmış və 148-ci ilin Şəvval ayının 25-də 65 yaşında ikən Abbasi xəlifəsi Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarında yerləşir. O həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. On övladı – 7 oğul və 3 qızı olmuşdur.

İmam Sadiq (ə) 114-cü hicri-qəməri ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, 132-ci ildə Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir.

İMAM SADİQİN (Ə) ƏXLAQİ, ELMİ-FİQHİ ŞƏXSİYYƏTİ

Şiə etiqadına əsasən, imam Sadiq (ə) Allah tərəfindən imamət məqamına təyin edilmişdir və belə bir inanc tərzinin yaranmasına səbəb olan məsələ o həzrətin imamətə xas olan şərtlərə sahib olmasıdır. İmam Sadiq (ə) əhli-sünnə arasında da böyük elmi şəxsiyyət kimi tanınır. Əbu Hənifə və Malik ibn Ənəs kimi əhli-sünnə alimləri və öndərləri imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. “Maliki” məzhəbinin təsisçisi və imamı Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edənlərdən biri kimi, o həzrətin şəxsiyyətini belə vəsf edir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)

Əbu Hənifə də imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Muhəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)

Üçüncü əsrin məşhur alimlərindən olan Cahiz imam Sadiqin (ə) haqqında belə söyləyir: “Cəfər ibn Muhəmməd (ə) elə bir şəxsiyyətdir ki, elmi və fiqhi bütün dünyanı tutmuşdur. Əbu Hənifə və Süfyan Surinin onun şagirdlərindən olduqları deyilir. Onların o həzrətin şagirdlərindən olması onun elmi əzəmətinin sübutuna kifayətdir.” (“Ər-rəsail”, Cahiz, səh.106.)

Məşhur “Miləl və Nihəl” kitabının müəllifi Şəhristani imam Sadiqin (ə) elmi və əxlaqi şəxsiyyəti haqqında belə yazır: “O, dini məsələlərdə sonsuz elmə, hikmətdə kamil ədəbə, dünya və onun bərbəzəyi qarşısında isə güclü zöhd və təqvaya sahib, nəfsin istəklərindən uzaq bir şəxs idi.” (“Əl-miləlu vən-nihəl”, 1-ci cild, səh.147.)

Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.

Bir sözlə, imam Sadiq (ə) öz dövründə – xüsusilə, cəmiyyətin alim və mütəfəkkirləri təbəqəsinin nəzərində – heyrətləndirici bir əzəmətə sahib idi. Əbu Zöhrə bu barədə belə yazır: “İslam alimləri o qədər fikirayrılıqlarına və məktəblərinin müxtəlifliyinə baxmayaraq, imam Sadiqdən (ə) və onun elmi məqamından başqa, kiminsə haqqında yekdil fikirdə olmamışlar.” (“Əl-imamus-Sadiq (ə)”, Əbu Zuhrə, səh.66.)

Böyük şiə alimi Şeyx Müfid o həzrət haqda yazır: “İslam alimlərinin o həzrətdən nəql etdikləri hədislərin sayı qədər digər imamlardan nəql etməmişlər.” (“Kəsful-ğummə”, 2-ci cild, səh.166.)

İmam Sadiqdən (ə) nəql olunan İslam maarifi və hədislərin həcmi böyük olduğundan “şiə” məzhəbi “Cəfəri məzhəbi” adı ilə o həzrətə mənsubdur. O həzrətin hədislərinin çoxluğu iki səbəbdən qaynaqlanırdı:

Birinci səbəb odur ki, imam Sadiq (ə) digər imamlardan çox yaşamış və altmış beş yaşı ilə Əhli-beyt imamlarının ən yaşlısı sayılır (hicri-qəməri təqvimi ilə 83-148). İkinci səbəb isə birinci səbəbdən daha önəmlidir, o da imam Sadiqin (ə) yaşadığı dövrə hakim xüsusi şəraitdir. O həzrətin imamət dönəmi Əməvilər hakimiyyətinin süqutuna, qüdrət və hakimiyyətin Əməvilər sülaləsindən Abbasilər sülaləsinə keçməsi və Abbasilər hakimiyyətin başlanğıcına təsadüf edirdi. O həzrət bu fürsətdən və siyasi qüdrətin zəifliyi və boşluğundan səmərəli istifadə etmiş, dini maarifin təbliği və nəşri ilə məşğul olmuşdur. Elə o həzrətin dönəmində şiə məzhəbi kəlam, əxlaq, fiqh və digər elmi sahələrdə müstəqil hüviyyətə sahib oldu. Deyə bilərik ki, imam Sadiqin (ə) elmi-mədəni cihadının əhəmiyyət və təsiri şəhidlər sərvəri imam Hüseynin (ə) qanlı Aşura qiyamından az deyildir.

Rza Şükürlü



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor