Təlağın (boşanmanın) pislənilməsi |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 21-09-2016, 15:27 | Şərh sayı: (0) | Baxılıb: 298
Allahın Peyğəmbəri (s.a.v.v): Allah-taala, təlaq qədər nifrət etdiyi heç bir şeyi halal etməmişdir.
Allahın Peyğəmbəri (s.a.v.v): Allah daim öz zövqünü dəyişən kişiləri və qadınları düşmən bilər və ya öz rəhmətindən uzaqlaşdırar.
İmam Baqir (ə.s): Allah qadına çox təlaq verən və hər zaman qadını sınaqdan çıxaran kişilərə nifrət edər.
İmam Sadiq (ə.s): Allahın halal buyurduğu şeylərdən Onun yanında təlaq kimi nifrət olunmuş qeyri bir şey yoxdur.Allah çox qadına təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişini düşmən bilir.
İmam Sadiq (ə.s): Allah Təala içində toy olan evi sevər və içində təlaq olan evi düşmən bilər. Allah yanında təlaqdan mənfur qeyri bir şey yoxdur.
Üç dəfə verilən təlaqdakı hikmət:
Quran: Əgər (əri üçünçü dəfə) ona təlaq versə, başqa kişi ilə evlənməyincə ona halal olmaz. Əgər (ikinci əri) ona təlaq versə, (əvvəlki ər və arvad) Allahın hüdudlarını yerinə yetirə biləcəklərini başa düşdükləri təqdirdə (yeni bir kəbinlə) Bir-birinin yanına qayıtmalarında heç bir günah yoxdur. Bunlar anlayan bir camaat üçün Allahın açıqladığı hökmlərdir.
İmam Rza (ə.s): (Nəyə görə «iddi» təlağı ilə (yəni üç dəfə təlaq verilmiş) qadın başqa kişi ilə evlənməyincə öz ərinə halal olmaz? sualına cavabı): Allah iki dəfəyə qədər təlağa icazə vermiş və buyurmuşdur: Təlaq iki dəfədir.Ləyaqətlə saxlamaq və ya yaxşılıqla boşamaq. Yəni üçüncü təlaqda. Kişi üçüncü təlaqla Allaha xoş gəlməyən bir iş gördüyünə görə Allah həmin qadını ona haram etmişdir. Başqa bir kişi ilə evlənməyincə qadını ona halal bilməmişdir ki,insanlar təlağa yüngül yanaşmasın və qadınlara ziyan dəyməsin
İmam Rza (ə.s) (Üç dəfə təlağın səbəbi barəsində Məhəmməd ibn Sənana yazdığı məktubunda): Üç dəfə təlağın müəyyən olunmasının səbəbi budur ki, birinci təlaqdan üçüncü təlaqa qədər ailə həyatını yenidən başlamağa meyl, rəğbət yaranması, ya əgər arada əsəbilik və qəzəb olmuşsa onun aradan getməsi, həmçinin qadınların görub ibrət götürməklə ərlərinə itaətsizlik etməkdən çəkinmələri üçün bir fürsət vardır. Çünki qadın ərinə itaətsizlik kimi nalayiq əməlinə görə ayrılmağa və təlağa layiq olmuşdur. Doqquz dəfə təlaqdan sonra qadının kişiyə əbədi haram olmasının səbəbi isə budur ki, kişi təlağı bir oyuncağa çevirməsin, qadına əziyyət verməsin, öz işlərində gözüaçıq, ibrətgötürən olsun və bilsin ki, doqquz dəfə təlaqdan sonra onunla birgə yaşamaq ona əbədi haram olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər