Valideynlərə yeniyetmələrin düzgün tərbiyəsi haqqında bəzi məsləhətlər |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 15-09-2016, 22:05 | Şərh sayı: (0) | Baxılıb: 308
Uşaq tərbiyəsi İslam dinində diqqət mərkəzində olan mövzulardan biridir. Valideyn övladın nütfəsi qoyulan ilk gündən övladına tərbiyə verər. Bu tərbiyə uşağın yaşı artdıqca, daha da çətinləşər və diqqət tələb edər. Uşaq tərbiyəsində ən çətin dövr yeniyetmə dövrüdür. Bu elə bir dövrdür ki,uşaq 2 yol ayrıcında olur: uşaqlıq və cavanlıq.
Ona görə də valideyn cəmiyyətə sağlam cavan təqdim etmək üçün səy göstərməli və övlad tərbiyəsində daha diqqətli olmalıdır. Yeniyemənin həm cismi və həm də ruhi ehtyacları artar və bu ehtiyaclardan biri də cinsi ehtiyaclardır ki, valideyn gərək onu düzgün tərəfə yönləndəriə bilsin. Bunun üçün bəzi tövsiyələr verilir ki, onlara diqqət edək.
Yeməyinə diqqət etmək:
Yeniyetmə yaşında cinsi sapmaların qarşısını almaq üçün valideyn övladının yeməyinə diqqət etməlidir. Yeməklərdə daha çox paxla bitkilərinə, meyvələrə, tərəvəz yeməklərinə yer versin. Əti müəyyən həddə istifadə etsin və kəskin ədviyyatlardan çəkinsin. Bundan başqa, yeməyi həddən artıq çox yemək də bu cür sapmalara səbəb ola bilər.
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Üç şey vardır ki, özümdən sonra ümmətimə görə ondan qorxuram: agahlıqdan sonra yolunu azmaqdan, yolunu azan imtahanlar edilməsindən, mədə və cinsi şəhvətdən”.
Paltarına diqqət etmək:
Həm oyaq və həm də yatan zaman dar paltar, xüsusilə də dar şalvar geyinməsinə imkan verməmək.
İstirahət:
Yeniyetmə ona lazım olan qədər yatmalıdır və əgər kifayət qədər yatmazsa və istirahət etməzsə, fikirləri yanlış yönlərə gedə bilir.
Dostluq rabitələrinə diqqət etmək:
Valideyn övladının kimlərlə dostluq etdiyənə diqqət etməlidir. Yəni, evdən bayırda kimlərlə dostluq edir və hansı məşğuliyyətlərlə məşğul olur.
Valideyn rabitəsi:
Valideyn gərək kiçik yaşlarından övladlarına öyrətsin ki,yataq otağına icazəsiz girmək olmaz. Valideynin yataq otağı uşaqların otağından ayrı olmalıdır.
"Ey iman gətirənlər, sizin qullarınız və həddi-büluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir." (Nur,ayə 58).
Peyğəmbər (s.a.v.v) buyurur: O zaman ki,övladınız yeddi yaşına çatdı, yatağını ayırın.
Bacı və qardaş münasibəti:
Bacı və qardaşın yataq otaqları ayrı olmalıdır. Əgər buna imkan yoxdursa,bir pərdə və ya kitab şkafı ilə ayırmaq olar. İmam Əli (ə.s) buyurur: 6 yaşlı uşaqların yatağını bir-birindən ayırın.
Peyğəmbər (s.a.v.v) buyurur: "On yaşlı uşaqların: istər oğlan oğlanla olsun, istər qızla oğlan olsun və istərsə də qız qızla olsun, gərək bir-birindən ayrı olsun."
Məşğuliyyət yaratmaq:
Yeniyetmənin boş vaxtı olmamalıdır. Valideynlər çalışmalıdır ki, onun gündəlik proqramını elə tərtib etsin ki, boş vaxtı qalmasın. İdman, həyətdə ağac əkmək, kitab oxumaq, incəsənət sahəsində dərs alması kimi məşğuliyyətlər tapa bilər.
İffət və əxlaq:
Hər bir valideyn övladına iffətli və əxlaqlı olmağı öyrətməlidir. Bu yolda hədislərdən yardım ala bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər