RSS
 

Login:
Şifrə:
» » Dini etiqadlara yiyələnməyin faydaları

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dini etiqadlara yiyələnməyin faydaları

 
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 12-09-2016, 22:26 | Şərh sayı: (0) | Baxılıb: 167

Dini etiqadlara yiyələnməyin faydaları
Dini etiqadlara yiyələnməyin bir çox faydaları vardır ki,onların bə'zisinə işarə edirik:

1. İnsanın istək və arzularının mö'tədilləşməsi:
Şübhəsiz hər bir insanın daxilində bir sıra istək və meyllər (cinsi istəklər, qəzəb və s... bu kimi) vardır ki, onlar orta səviyyədən çıxıb ifrat və ya təfritə varsa insanı azğınlıq, zülm və fəsadlara çəkər.Lakin həqiqi şəkildə dini e'tiqadlara yiyələnmiş hər bir şəxs, bu cür azğınlıq və rüsvayçılıqdan çox-çox uzaqdır.

2. Əxlaqi sifətlərin möhkəmlənməsi;
Hamının bildiyi kimi əxlaqi səciyyələrə can atmaq hər bir insanın fitrətində əzəldən qoyulmuşdur və heç bir sağlam düşüncəyə malik olan şəxs, doğruluq, yaxşılıq və fədakarlığın pisliyini təsdiq etmir.

Hər bir insan yaxşılıq, fədakarlıq və bu kimi dəyərli işlərə can atır, xəyanət, yalan və s.. bu kimi yaramaz işlərdən boyun qaçırır. Elə buna görə də din alimləri din və şəriəti əxlaqi səciyyələr üçün ən böyük arxa sayırlar. Bu isə dini e'tiqadlara yiyələnməyin digər faydası hesab olunur. [1]

3. Çətinliklər və hadisələr qarşısında təmkinli olmaq:
Dini e'tiqadlardan kənar olan şəxs kiçik bir hadisədən bərk narahat olur və bə'zi vaxtlar özünü intihar etməklə həyatına son qoyur.Bu cür şəxslər həyatda olan müxtəlif çətinliklər qarşısında sarsılır və özlərini itirirlər. Dini e'tiqadlara yiyələnmiş şəxs isə bu cür hadisələr və çətinliklər qarşısında təmkinli olaraq möhkəm dayanır, xoşagəlməz hadisələr qarşısında mətanətlə müqavimət göstərir.

4. Həyatda hədəflə yaşamaq:
Hədəfsiz həyatın nə dərəcədə təhlükəli olmasını bilmək istəsəniz qarşınızda olan hər növ vəzifə və məs'uliyyəti bir saatlığa kənara qoyun. Belə bir halda hər növ fə'aliyyətdən çəkinəcək və əcaib həyat sürəcək, nəticədə isə bu cür yaşayışdan bezib, qorxulu işlərə əl atacaqsınız.Dini əqidəsi möhkəm olan şəxs isə öz yaşayışını mə'nalı və hədəfli körüb həmişə fəaliyyət göstərir.Belə şəxslər heç vaxt həyatdan bezib intihara üz gətirmir,puç həyat sürmür.

5. Nigarançılıq və iztirabın aradan getməsi:
Adətən insanın ruhi iztirabları iki şeydən yaranır:
Birinci: Keçmişdə baş vermiş xoşagəlməz işlər;
İkinci: Gələcəkdə olacaq hadisə və xoşagəlməz işlər;
Bir sözlə desək, Allaha iman gətirib dini əqidələri mənimsəmək, insanları hər növ keçmiş və gələcək zamanlarına aid olan ruhi sıxıntı və iztirablardan xilas edir. Qur'ani-kərimdə oxuyuruq: «Agah olun ki, yalnız Allahı yad etməklə ürəklər rahat olur.»[2]


DİNSİZLİYƏ YÖNƏLMƏNİN AMİLLƏRİ
1. Ruhi amillər:
Məs'uliyyətdən boyun qaçırmaq, rahatlığı sevmək və mütləq şəkildə azad olmaq kimi istəklər dinsizliyə səbəb olan ruhi amillərdən sayılır.
Təbii məsələdir ki, hər növ məs'uliyyət və mükəlləfiyyətdən boyun qaçırıb özünün dəyərsiz və alçaq istəklərin ardınca olan şəxslər, bir sıra məhdudiyyətlərdən üz döndərib onunla mübarizəyə qalxacaq və dindar olmaq əvəzinə Allahı inkar edib dinsizlər cərkəsinə qoşulacaqdır.
Çünki dindar olmaq bir sıra dini hökm və təkliflərə əməl etməyi tələb edir və bu cür hökmlərə əməl etmək öz coşğun ehtiraslarının ardınca olanlar üçün çətin və xoşagəlməz bir işdir.

2. İctimai amillər:
Dinsizliyə tərəf yönəlmənin digər bir amili də bir sıra üzdəniraq ictimayi vəziyyətlərin yaranmasıdır.
Mənfi olan belə bir ictimayi şəraitin canlı nümunəsini 16-cı əsrdə Almaniyalı Martin Luterin rəhbərliyi altında baş vermiş qiyamda müşahidə etmək olar.
«Ronesans»-(yeni doğuluş) adlanan bu dövranda məsihilər kilsə rəhbərlərinin bir çox sahələrdə yaratdıqları nalayiq işləri görüb dindən üz döndərdi və Martin Luterin ideyalarına tabe olub onun qondardığı «Protestant» məzhəbinə üz gətirdilər. Bu isə «məsihi» dininə vurulan böyük zərbə idi. Əlbəttə din xadimləri öz boyunlarında olan ağır vəzifənin əhəmiyyətini bilməli və onu ciddi saymalıdırlar.

3. Fikri amillər:
İnsanları dinsizliyə çəkən amillərdən biri də insan zehnində vücuda gəlmiş şübhələr və başqalarından eşitdiyi yalnış əqidələrdir. Qeyd etmək lazımdır ki, bə'zi vaxtlar təbii olaraq insanın qarşısında bir sıra suallar yaranır və o, bu suallara cavab tapmaq üçün mütəxəssis olmayan şəxslərə və yaxud zahirdə ruhani olub həqiqətdə isə heç bir dini təhsilə malik olmayan şəxslərə müraciət edir. Nəticədə öz suallarına doğru, düzgün və məntiqi cavab ala bilməyən şəxs müraciət etdiyi şəxsi deyil, ilahi dini nöqsanlı hesab edir və bununla da öz batinində dinə qarşı ikrah hissi yarandığını duyur.[3]


ÇIXIŞ YOLU
1. Din yolundan uzaqlaşmağa səbəb olan ruhi amilləri aradan qaldırmaq üçün insanın düzgün olan dini tərbiyəyə ehtiyacı vardır.

Qeyd etmək lazımdır ki, bu dünyanın fani olmasına, axirət aləminin isə əbədiyyətinə inanmağın, ateizmə səbəb olan ruhi amillərin aradan qaldırılmasında böyük rolu vardır.

2. Dini azğınlıqda mühüm rol oynayan ictimayi amilləri aradan qaldırmaq üçün hər bir dövrə xarakterik olan ictimayi şəraitləri lazımınca araşdırmalı, din ilə müsəlmanlar arasında fərq qoymalı, savadsız və mürtəç şəxslərin nalayiq işlərini dinə deyil, yalnız onların özlərinə aid etmək lazımdır.

3. Amma fikri amillərdən yaxa qurtarmaq üçün son dərəcə diqqətli olmaq lazımdır. Öz dini suallarımızı, xüsusilə e'tiqadi şubhələrimizi təsadüfi şəxslər və yalnız zahirdə ruhani libasına bürünmüş din xadimlərindən soruşmamalıyıq.

Yadda saxlamaq lazımdır ki, insan üçün qorxulu xəstəlik ehtimalı verildikdə daha yaxşı mütəxəssis və təcrübəli həkimə müraciət etdiyi kimi, e'tiqadını sual altında qoyan şübhələrini aradan qaldırmaqda da ən savadlı və mötəbər din xadimlərinə müraciət etməlidir.

DİNİ ƏQİDƏLƏR VƏ YA ÜSULİDDİN
Dini e'tiqadlara aid olan müxtəlif mövzular barədə qısa söhbətlərdən sonra üç hissədən təşkil olunmuş müqəddəs İslam tə'limlərinin birinci hissəsi haqda izaha başlayırıq.

Bildiyiniz kimi, İslam tə'limləri üç hissədən (e'tiqadlar, əməllər və əxlaqdan) ibarətdir.

Burada İslam e'tiqadları haqqqında söhbət açacaq və beş hissədən ibarət olan bu bəhsdə onların hər biri haqda lazımlı mətləbləri qeyd edəcəyik.

İslam dinin əsası bu 5 əqidə üzərində möhkəmləndiyi üçün alimlərimiz ona «Üsuliddin» adını vermişlər. Üsuliddin sözünün mə'nası «dinin kökü və əsasları» deməkdir. Əgər müqəddəs İslam dinini bir ağaca bənzətsək, köksüz ağacın heç bir faydası olmadığı kimi, əqidəsiz dinin də heç bir əhəmiyyətə malik olmadığını aydın şəkildə təsəvvür edə bilərik.

Belə olan halda heç bir əməl və əxlaqın da dəyəri olmayacaqdır.

Qeyd etmək lazımdır ki, müqəddəs İslam dininin əməl (füruiddin) və əxlaq sahələrinin əksinə olaraq, əqidəvi məsələlərdə digər şəxslərdən təqlid etməyimizə icazə verilmir. İslam dininin qəti göstərişlərinə əsasən, hər bir müsəlman öz dini əqidələrini əldə etmək üçün ciddi surətdə çalışmalı, dəlil və sübutla onlara yiyələnməlidir.

[1] İlahiyyat, səh 17-18,Usuli əqaid, səh.22

[2] Rə'd surəsi, ayə.28

[3] Əqaid (Misbah),cild 1, səh.120-123,
Üsuli Əqaid (Möhsün Qiraəti),səh.39-40


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor