Böyük irfan ustadının öz tələbəsinə yazdığı məktub |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-07-2016, 13:54 | Şərh sayı: (0) | Baxılıb: 429
Böyük irfan ustadının öz tələbəsinə yazdığı məktub
"Sizə və əqidə dostlarıma Allaha yaxınlaşmaq üçün faydalı olacaq şeyləri təzəkkür babından xatırlatmağı lazımlı gördüm."
Böyük irfan ustadı, Ayətullah Səadətpərvər Pəhləvaninin öz tələbəsinə yazdığı məktubu diqqətinizə çatdırır.
"Bismihi Təala
Sizə və əqidə dostlarıma Allaha yaxınlaşmaq üçün faydalı olacaq şeyləri təzəkkür babından xatırlatmağı lazımlı gördüm. Dediklərim diqqətə alındığı təqdirdə 100 illik yol, bir ildə qət edilər - İnşəllah.
1.Vacib əməllər yerinə yetirilməli, haram və günahlar tərk edilməlidir..
Bu əməldən sonra imkan dairəsində müstəhəblərin yerinə yetirilməsi və məkruhların tərk edilməsi lazımdır. Müstəhəblərdən, gecə namazı qılınmalı, sübh namazından əvvəl oyanmaq və namazların vaxtında qılınması lazımdır. Quran oxumaq, Peyğəmbər və Əhlibeytinə (ə) təvəssül tərk edilməməlidir.
2. Ustadın lazımlılığını dərk etmək, onun dediklərini yerinə yetirmək, hal, söz və görəcəyi müşahidə və hətta gördüyü yuxuları belə ona söyləmək və ustad yanında öz fikirini bildirməmək lazımdır.
3. Hər şeydə ifrat və təfritdən çəkinmək,
4.Diqqət və hissləri dağdacaq söhbətlərdən, eyni şəkildə söz və davranışlarından, qeydsiz olan dostluq münasibətlərindən çəkinmək lazımdır.
5. Müraqib olan şəxslərlə dostluq çox yaxşıdır, ancaq onların ustadının dediklərinə uyğun olmayan dediklərinə diqqət edilməməlidir. Çünki, ayrılıq yarada bilər.
6. Dünya əhli, yemək, yatmaq və hər şeyin yaxşısını əldə etməkdən başqa bir səyi olmayanlarla əlaqələr zərərlidir, ancaq zərurət miqdarı qədər olmalıdır.
7. Bu yolu gedənlərin dərdi ancaq özü olmalı və özünün mənəvi halı üçün məşğul olmalıdır. Qeybət və onun bunun dalınca danışmaqdan çəkinməlidir, hətta qeybət olmasa belə.
8. Sükuta fikir verməli, lazım olan miqdarda danışmalıdır. Çünki, (mənəvi) problemlərin çoxu dildən qaynaqlanır.
9. Nəfsani istəklərdən çəkinməli, hər hadisədə və nəfsinin itaətsizliyində heç olmasa özü üçün bir seçim nöqtəsi tapmaq üçün istiharəyə baxılmalıdır.
10. Hər iş və əməli gücü çatdığı təqdirdə etməlidir. Ustad və bu yolu gedən dostlarla müşavirə çox lazımlıdır.
11. Bu yolu gedənlər başına gələn işləri, əminlik mərhələsinə yetişənə qədər ustadından başqasına deməməlidir.
12. Allahın qullarını pisləməkdən çəkinməli, özünün islah düşüncəsinə qapılmalı və özündəki nöqtələrin üzərində möhkəm dayanmalıdır ki, beləliklə başqalarının eyibləri nəzərinə gəlməmiş olsun. Əlbəttə əmr be məruf və nəhyəz munkər başqa mövzudur. (Bu tərk edilməməlidir).
13. Bütün mücahidə və zəhmətlər ruhun möhkəmlətmə olması və nəfsin bu təbiət aləmindən qopmasından ötəri olduğundan onun möhkəmlətməsi üçün səy sərf edilməlidir. Onun möhkəmləndirilməsinin yolu isə zikr edilən mövzulara imkan ölçüsündə əhəmiyyət verməkdən keçər. Ehtiyac xaricindəki maddi istiqamətlərin möhkəmlətməsindən çəkinmək lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər