RSS
 

Login:
Şifrə:
» » İslamın ilk illərində necə oruc tuturdular?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslamın ilk illərində necə oruc tuturdular?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-06-2016, 18:34 | Şərh sayı: (0) | Baxılıb: 442

İslamın ilk illərində necə oruc tuturdular?


İslamın ilk illərində necə oruc tuturdular?İslam dininin bütün əqidə prinsipləri və əməli göstərişləri 23 illik peyğəmbərlik dövrü ərzində Allah-Təala tərəfindən Həzrəti Muhəmməd (s.ə.s.) vəhy olunmuşdur. Peyğəmbərimiz aldığı əmr və qadağaları mərhələ-mərhələ müsəlmanlara çatdırırdı. Bu zaman o, vəhyə son dərəcə həssaslıqla yanaşır, özündən bircə kəlmə də artırıb-əskiltmirdi. Qurani-Kərimdə Allah-Təala Həzrəti Muhəmmədin (s.ə.s.) vəhyə əmanət və sədaqətini aşağıdakı ayələrlə təsdiq edir: "Əgər o (yəni Peyğəmbər) özündən bəzi sözlər uydurub bizə isnad etsəydi, biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! Heç biriniz bizim əzabımızı ondan uzaqlaşdıra bilməzdiniz" (Haqqə, 44-47).

Lakin Qurani-Kərimin vəhy olunma ardıcıllığını izləyərkən, bəzi İslam hökmlərinin zaman keçdikcə dəyişikliyə uğradığının şahidi oluruq. Yəni Quranın bəzi ayələri müəyyən bir hökmü təsdiq edir, lakin ondan sonra nazil olmuş ayələr bu hökmün aradan qaldırıldığını və ya tamamilə ləğv odluğunu, ya da onda dəyişikliklərin yarandığını bildirir. Birinci növ ayələrə "mənsux" (ləğv olunan), ikinci növ ayələrə isə "nasix" (ləğv edən) deyilir.

Burada bir neçə məqama diqqət yetirməyimiz vacibdir:

1. Nəsx məsələsi bilavasitə Allahın ixtiyarında olan həqiqətlərdən biridir və yalnız Allah-Təalanın hər hansı İslam qanununu ləğv etməyə, yaxud dəyişdirməyə ixtiyarı vardır. Hətta Peyğəmbər də Allahın əmri olmadan, bu və ya digər hökmdə dəyişiklik və düzəliş aparmağa səlahiyyətli deyildir.

2. Düzəliş və dəyişikliklər İslamın təməl prinspilərində ola bilməz. Yalnız ikinci dərəcəli şəriət hökmləri nəsx oluna bilər. İslam dininin əsasını təşkil edən əqidə prinsipləri (tövhid, nübüvvət, məad və s.), habelə, vacib ibadətlərin statusu (namaz, oruc, həcc, zəkat və s.-nin vacib olub-olmaması) dəyişiklik obyekti ola bilməz. Çünki onların dəyişdirilməsi İslamın ruhunun bütövlükdə dəyişilməsinə, təhrif olunmasına, bu dinin tamam başqa bir forma almasına səbəb olar.

3. İslam hökmlərində dəyişikliklər yalnız və yalnız Həzrəti Muhəmmədin (s) sağlığında baş vermişdir. O, 23 illik peyğəmbərliyi dövründə bütün hökmləri şəxsən, öz təcrübəsində insanlara çatdırmış, bütün düzəlişləri və dəyişiklikləri də vaxtında bəyan etmişdir. Həzrəti Muhəmmədin (s.ə.s.) vəfatından sonra Allahla bilavasitə (vəhy yolu ilə) əlaqə kəsildiyindən, heç bir dini hökmdə dəyişiklik etməkdən söz də gedə bilməz. Bütün dini məsələlər barədə Peyğəmbərin göstərişləri hədis və sünnə formasında mənbələrdə qeyd olunmuşdur. Onun vəfatından sonra müzakirə olunan məsələlər yalnız bu hədis və sünnələrin dərk olunması və interpretasiyası mövzusundadır. Fəqihlərin (şəriət alimlərinin) fətvaları arasındakı fərqlərin əsas səbəbi də onların bu və ya digər məsələ barəsində sünnədə rast gəlinən və rəvayət fərqlərindən irəli gələn ziddiyyətli məqamların hansı birini əsas tutmalarıdır. Belə ki, fəqihlərin biri müəyyən şəriət məsələsində bir qrup hədisi daha mötəbər sayaraq, ona əməl etməyi vacib bilir, başqa bir fəqih isə buna əks mövqeyi müdafiə edən hədislər qrupunu daha etibarlı sayaraq, ona əməl etməyin vacibliyini vurğulayır. Həzrəti Muhəmmədin (s) vəfatından sonra nə bir imamın, nə bir müctəhidin nə də bir fəqihin şəriətə özündən dəyişiklik gətirmək səlahiyyəti yoxdur. Müsəlman mənbələrində nəql olunan "Muhəmmədin (s.ə.s.) halalı qiyamətə kimi halal, haramı qiyamətə kimi haramdır" hədisi də dediklərimizi sübut edir.

4. Şəriət hökmlərində həyata keçirilmiş bütün dəyişikliklər yalnız və yalnız insanların xeyrinədir və bu hökmlərə icra etmədə asanlıq yaratmağa xidmət edir. Bütün nasix ayələr özündən əvvəlki ayələrdə əmr edilən ciddi və nisbətən ağır hökmlərin təsirini azaltmış, onları daha mülayim və mötədil formaya salmışdır. Bu da Allahın insanlara qarşı nə dərəcədə mərhəmətli olduğunu göstərən növbəti sübutdur. Allah heç vaxt insanları çəkə bildiklərindən artıq yük yükləməz və onların məşəqqətə, çətinliyə düçar olmalarını istəməz. Bu, Quranda belə ifadə olunur: "Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz" (Bəqərə, 286).

Bu kiçik müqəddimədən sonra İslamın ilk illərində oruc hökmlərinə edilmiş bir dəyişiklik barədə Sizə məlumat vermək istərdik. Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində buyurulur: "Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah öz nəfsinizə xəyanət edəcəyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı. Artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin. Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə ibadətdə olduğunuz zaman qadınlarınızla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, bunları aşmayın! Allah öz hökmlərini bu cür bildirir ki, bəlkə, insanlar təqvalı olsunlar".

İslam rəvayətlərindən məlum olur ki, orucun vacib edildiyi hicri 2-ci ildən hicri 5-ci ilə kimi həm gündüz, həm də gecə vaxtı müsəlmanlara öz həyat yoldaşları ilə cinsi əlaqədə olmaq qadağan idi. Həmçinin, müsəlmanlara yalnız orucluq gününün sonunda, yatmazdan əvvəl iftar etməyə icazə verilirdi. Hər kim müəyyən səbəblər üzündən axşam iftar açmadan yatsaydı, qida qəbul etmək imkanını itirmiş olurdu və ertəsi gün ac-susuz halda orucunu davam etdirməli idi. Orucluq hökmləri ilkin variantda bu cür təqdim olunmuşdu. Lakin bu qanun müsəlmanlar üçün çox ağır və həm fiziki, həm də psixoloji cəhətdən çətin olduğu üçün, Allah-Təala yuxarıda göstərilən ayə ilə orucluq hökmlərinə düzəlişlər gətirdi.

İslam mənbələrində bu ayənin nazil olma səbəbi barədə belə bir rəvayət göstərilir: Peyğəmbərin MutпїЅim ibn Cubeyr adlı səhabəsi fiziki cəhətdən zəif idi. Orucluq günlərinin birində MutпїЅim axşam evə qayıdır. İftar vaxtı gəlib çatsa da, evdə xörək hələ hazır deyilmiş. Həyat yoldaşı xörək bişirməklə məşğul ikən, MutпїЅimi yuxu aparır. O zamankı oruc qaydalarına görə, MutпїЅim yuxudan oyanandan sonra daha yemək yeyə bilməzdi. Buna görə də o, ac-susuz halda ertəsi gün orucunu davam etdirir. Hadisə Xəndək müharibəsi ərəfəsində baş vermişdi (hicri 5-ci il). Müsəlmanlar Mədinənin kənarında düşmənin qarşısını kəsmək üçün enli və dərin xəndək qazımaqla məşğul idilər. Bütün gün ərzində şəhərin kənarında gərgin iş gedirdi. Onsuz da zəif olan MutпїЅim qazıntı işləri zamanı huşunu itirir. Onun dünəndən yemək yeməməsi məlum olanda bir çox müsəlmanlar də həmin vəziyyətdə olduqlarını bildirirlər. Bu da aşkara çıxır ki, bəzi gənc müsəlmanlar gecə özlərini saxlaya bilməyib, həyat yoldaşları ilə əlaqədə olur və bununla da o zamankı oruc hökmlərini pozurmuşlar.

Bu hadisədən sonra Allah-Təala oruc qaydalarına asanlıq gətirmək üçün, yuxarıdakı ayəni Peyğəmbərə nazil etdi. Bununla da orucluq gecələrində (iftar vaxtından sübh açılana, obrazlı dillə desək, ağ sap qara sapdan seçilincəyə kimi) cinsi əlaqədə olmaq və qida qəbul etmək caiz edildi.




Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor