Niyə Qurani-kərim 23 il ərzində hissə-hissə endirildi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 3-04-2016, 01:26 | Şərh sayı: (1) | Baxılıb: 1279
Niyə Qurani-kərim 23 il ərzində hissə-hissə endirildi?
Sual: Niyə Qurani-kərim 23 il ərzində hissə-hissə endirildi? Birbaşa nazil olması və insanlara bütöv çatdırılması mümkün deyildimi?
Cavab: Allah Həzrət Mühəmməd Peyğəmbərə (s) Quranı birbaşa göndərib əmr edə bilərdi ki, onu bütövlükdə xalqa elan etsin. Lakin bu zaman Quran ayələrinin mənasını, daşıdıqları hökmü insanlar anlaya bilməzdilər. Quran 23 il ərzində hissə-hissə Peyğəmbərə vəhy olundu və Onun tərəfindən insanlara çatdırıldı. Hər bir şəraitə, hadisəyə, insanların əhval-ruhiyyəsinə, problemlərinə uyğun olaraq müvafiq ayələr gəlirdi. Məsələn, Məkkə dövründə daha çox tövhid və axirətlə bağlı ayələr nazil olurdu ki, müsəlmanlarda düzgün əqidəvi bilik formalaşsın. Mədinə dövründə daha çox şəriət hökmləri, müharibə qaydaları ilə bağlı ayələr nazil olmağa başladı. Çünki artıq Mədinədə İslam cəmiyyəti qurulmuşdu və bu cəmiyyətdə dini qaydalara ehtiyac duyulurdu. Təbiidir ki, Məkkə dövründə məsələn, cihadla bağlı ayələrin nazil olması mənasız olardı. Yaxud məsələn, oruc hökmü verilməzdən əvvəl oruc ayələrinin endirilməsi də insanlar tərəfindən qəribə qarşılanardı. Ona görə də, Quran hər bir şəraitə uyğun olan hissələr şəklində nazil oldu.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər