Kullu vəşrəbu hətta yətəbəyyənə... |
Müəllif: L-e-y-l-a | Bölmə: Məqalələr | Vaxt: 7-06-2016, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 660
Kullu vəşrəbu hətta yətəbəyyənə...
"(Sübhün) ağ sapı (gecənin) qara sapından seçilənə qədər yeyin və için, sonra gecəyə qədər orucu tamamlayın."
Müsəlmanların nə vaxt yeyib-içməyi durdurmaqları, nə vaxt oruc tutmalı olduqları və nə vaxt iftar edə bilmələri barədə Allah- taala buyurur: Ağ sap qara sapdan seçilənə qədər yeyin və için.
Əzizi oxucular, bildiyiniz kimi Qurani-Kərim 1400 il bundan öncə saatın və radio - televiziyanın olmadığı zamanda nazil olunan kitabdır. Buna görə də zaman məsələsi imkan dairəsində insanların başa düşdüyü kimi izah olunmalıdır. Odur ki, Allah-taala ağ sapın qara sapdan seçilməsinə qədər yeyin və için buyurur.
Yazılır ki, bu ayə nazil olduqdan sonra Ədiy ibn Hatəm iki ağ və qara sap hazırlayıb obaşdan zamanı, səhərin açıldığını başa düşmək üçün onlara baxır lakin anlaya bilmirdi. Həmin gün İslam peyğəmbərinin(s) hüzuruna gəlib dedi: Ey Allahın rəsulu, ağ sapla qara sapa nə qədər baxdımsa da səhərin açılmasını başa düşə bilmədim. Peyğəmbəri-Əkrəm(s) elə güldü ki, dişləri göründü. Sonra buyurdu: Hatəmin oğlu, Allah-taalanın buyurduğunun mənası belədir: Gündüzün işıqlığı gecənin qaranlığına qalib olan zamandan oruc tutun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər