Ramazan ayının ancaq gecələrində olunan əməllər |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide, Dualar | Vaxt: 7-06-2016, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 879
Ramazan ayının ancaq gecələrində olunan əməllər
Ərəbcə
اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ] مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ
Oxunuşu
Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəlt.
Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs səmiul əlim.
Bismillahir rəhmanir rəhim, ya vasiəl məğfirəti iğfir li.
Əllahummə rəbbə şəhri rə-məzanəlləzi ənzəltə fihil Qur`-an, vəftərəztə əla ibadikə fihis siyam, səlli əla Muhəmmədin və ali Muhəmməd, vərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli am, vəğfir li tilkəz zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya Rəhimu ya Əllam.
Tərcüməsi
Bir neçə əməldən ibarətdir:
1. İftar etmək. Şam namazını qılıb sonra iftar etmək müstəhəbdir. Əgər zəiflik ona qələbə çalsa və ya onu başqaları gözləməsələr.
2. Haramdan, şübhədən pak şeylə iftarını açsın. Ən yaxşısı, namazının savabı yüz bərabər olsun deyə, halal xurma ilə iftar etməkdir.
Xurma, su, rütəb xurma, süd, halva, nabat və isti su ilə də iftar etsə, yaxşıdır.
3. İftar vaxtı nəql olunmuş duaları oxusun. O cümlədən:
İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və Sənə təvəkkül etdim.
duasını oxusa, Allah taala ona bütün oruc tutanların savabını verər. Əgər Seyid və Kəfəminin "Əllahummə rəbbin nuril əzim” duasını oxusa daha çox fəzilət əldə edər. Bir rəvayətdə deyilir ki, Həzrət Əli (ə) iftar etmək istədikdə deyərdi:
Allahın adı ilə! Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et. Çünki Sən eşidən və bilənsən.
4. Hər kəs birinci tikəsində:
Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla! desə, Allah taala onu bağışlayar. Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan sənin də onlardan biri olmağını istə.
5. İftar vaxtı "Qədr” surəsini oxusun.
6. Sədəqə verin və oruc tutanları bir xurma, ya bir içim şərbətlə olsa belə, iftar versin. Peyğəmbər (s)-dən rəvayət olunur ki, hər kəs bir oruc tutana iftar versə, özündən bir şey azaltmadan onun savabı qədər savab qazanmışdır. İftar edən şəxsin də yemək yeməklə qazandığı savabdan ona da yetişəcəkdir. Əllamə Hilli. "Sədiyyə” adlı risaləsində belə yazır: "Hər kəs ramazan ayında mömin bəndəyə bir tikə ilə olsa belə, yedizdirsə onun üçün otuz mömin bəndəni azad etmiş şəxsin savabı yazılar və bir duası Allah dərgahında rəva olunar.”
7. Hər gecə min dəfə "Qədr” surəsini oxumaq nəql olunmuşdur.
8. Hər gecə əgər imkan olsa yüz dəfə "Duxan” surəsini oxusun.
9. Seyid rəvayət edir ki, hər kəs bu duanı ramazan ayının gecələrində oxusa, onun qırx illik günahları bağışlanar. Dua belədir:
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!
10. Hər gecə məğribdən sonra "Həcc” duasını oxusun (birinci fəsildə keçdi).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər