Özündəki eyibləri tapıb paklaşdırmaq və başqasından eyib tutmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-05-2016, 07:27 | Şərh sayı: (0) | Baxılıb: 822
Özündəki eyibləri tapıb paklaşdırmaq və başqasından eyib tutmaq
Mömin və gözəl əxlaqlı insanın xüsusiyyətlərindən biri də özündəki eyibləri tapıb paklaşdırmaqdır. Hamı bilir ki, başqasından eyib tutmaq pis və rəzil sifətlərdəndir, lakin özündəki eybi axtarıb aradan götürmək isə yaxşı və fəzilətli sifətlərdən sayılır. Çünki insan yalnız özündəki eyibləri paklaşdırdığı zaman kamillik dərəcəsinə çata bilər. Şübhə yoxdur ki, Məsumlardan(ə) başqa bütün insanlarda çatışmamazlıq və qüsurlar olub, onlar heç biri nöqsandan xali deyildir. Buna görə də hamı öz eybini axtarıb düzəltməlidir. Bu əməl o vaxt baş tuta bilər ki, insan öncə öz eyiblərini bilib onu etiraf etsin, çünki bəndə öz qüsur və eyiblərindən xəbərdar olub etiraf etməyincə onun çarəsi haqda fikirləşməz. Bəs, eyibləri necə tanımalı?
Cavab: Eyibləri üç yolla müəyyənləşdirmək olar:
1. Müraqibə (qorumaq) və mühasibə (hesablaşma) yolu ilə, yəni əgər insan öz əməl və rəftarını salehlərin, təqvalıların qəbul etdiyi ölçülərlə müqayisə edərsə, onlarda olan xüsusiyyətlərin onda olmadığını görüb eyiblərini yaxşı dərk edər.
2. Bəd əxlaqlı, pis rəftarlı əxlaqsız adamların əməllərindən ibrət almaqla. Sədi Şirazi deyir: Loğmandan soruşdular: "Ədəbi kimdən öyrəndin?”- dedi: "Biədəblərdən”.
3. Nəsihətini əsirgəməyən, xeyirxahlıq üzündən eyiblərini gözəlləşdirmədən və yaltaqlanmadan söyləyən sədaqətli adamlarla dostluq etməklə. Ağıllı adamların müxtəlif zamanlarda gizli xəstəliklərə düçar olmamaq üçün həkimə müraciət etdiyi kimi, əxlaqi məsələlərdə də təbib və əxlaq ustadına müraciət etmək lazımdır. Bəli, həqiqi və imanlı dost bu yolda ən yaxşı bələdçi olub müalicəsinin gecikməməsi üçün rəfiqini tutulduğu xəstəliklərdən xəbərdar edər. Əlbəttə, bu üsul o zaman yaxşı nəticə verə bilər ki, dərdli olan şəxs səmimi, mehriban dostların nəsihətinə qulaq asıb büdrəyərkən və səhv edərkən özünü ayıltmağı onlardan xahiş etsin. Yeddinci İmam Museyi Kazim(ə) buyurur: "Çalışın vaxtınızı dörd yerə böləsiz; bir hissəsini Allah ilə aranızı xəlvət edib ibadət etmək, bir hissəsini dolanışığınızı təmin etmək, bir hissəsini sizi eyiblərinizdən xəbərdar edib sizinlə qəlbən dostluq edənlərlə görüşmək və bir hissəsini də şərən heç bir maneəsi olmayan ləzzət çəkib istirahət etmək üçün ayırın. Bu ayırdığınız zaman (istirahət vaxtı) ilə özünüzü başqa işlərinizi yerinə yetirmək üçün hazırlaya bilərsiniz.”
Deməli, hər kim öz səhvini başa düşmək və nalayiq əməllərindən, danışığından xəbərdar olmaq istəyirsə, onunla mehriban və səmimi olan şəxslərdən özünün zəif cəhətlərini ona demələrini xahiş etsin.
Əxlaqi vəzifə:
İslamda etibarlı və saleh əməlli din qardaşları ilə oturub-durmaq tövsiyə olunduğu kimi, onların da vəzifəsi düzgün və xeyirli yolu göstərməyi özlərindən əsirgəməməkdir, çünki dost öz dostunun eybini ona deməlidir. Hədislərdə belə nəql olunur: "Dost odur ki, pis işlərdən çəkindirsin. Düşmənin odur ki, yalan danışıb səni aldatsın. (Pis əməllərini sənin gözündə yaxşı cilvələndirsin.)”
İmam Baqir(ə) Saleh adlı bir şəxsə buyurdu: "Ey Saleh! Səni güldürən və xeyirxahlığını istəməyən şəxsin dalınca getmə. O kəsin dalınca get (məşvərət et) ki, səni ağlatsın və sənin yaxşılığını istəsin.
Tezliklə hamınız Allah dərgahına dönəcəksiz. O zaman kimlərin həqiqi dost olduğunu dərk edəcəksiz.”
İmam Sadiq(ə) buyurdu: "Mənim ən sevimli qardaşım odur ki, eyiblərimi mənə desin.”
Deməli, hər kim dostluq iddiası edir, amma dostunun eyiblərini ona demirsə və gördüyü hər cür qüsurun üzərindən soyuqqanlıqla keçirsə, həqiqi dost deyildir. Bəzən düşmən münasibət bəsləyən şəxs (düşmənçilik üzündən olsa da) adama elə bir xidmət göstərib onun eybini deyir ki, əgər deməsəydi, həmin insan asanlıqla öz eybini başa düşməyəcəkdi. Peyğəmbər(s) buyurdu: " Mömin möminin güzgüsüdür. Mömin şəxs öz pis və yaxşı cəhətlərini öz mömin qardaşında pis görür."
Yəni güzgü qarşısında durarkən insan öz eybini gördüyü kimi, din qardaşı da güzgü kimi onun gözəllik və çirkinliklərini ona göstərir. Başqa bir rəvayətdə isə o ali Cənabdan belə nəql olunur: "Mömin öz qardaşı üçün çirkinlik və eybərcərlikləri özündə əks etdirən güzgü kimidir.”
Eybi gizlətmək xəyanətdir:
Eyib tutmaq haram və günah olduğu kimi, eybi gizlətmək də xəyanətdir. Mömin güzgü kimi din qardaşının gözəllik və çirkinliklərini yalnız onun özünə göstərməlidir. İmam Sadiq(ə) buyurur: "Hər kim öz din qardaşının nalayiq hərəkətini görüb onu bu işdən çəkindirmək iqtidarına malik olduğu halda mane olmazsa, (ona qarşı) xəyanət etmişdir.”
Eyib tutmaq yox, özünü eyiblərdən təmizləmək lazımdır
Biz özünü eyiblərdən təmizləmək barədə söhbət açdıq. Özünü eyiblərdən xilas etmənin xeyirli cəhətlərindən danışmaqla qurtarmaz. Burada isə bəhsimiz eyibtutma barədədir. Bunun da çirkinliyi haqda hər nə qədər danışılsa, yenə də azdır, amma bunların arasında çox incə fərqlər vardır, çünki eyibtutma ilə eybi özündən paklaşdırma zahiri xüsusiyyətlərinə görə oxşarlıq təşkil edirlər. Lakin birincisi (eyib tutmaq) təhqir və alçaltma kimi qeyd olunur, ikincisi (eybi özündən paklaşdırmaq) isə xeyirxahlıq və saflaşdırma mənasındadır. Birincisi düşmənçilik, kin-küdurət, ikincisi isə dostluq və mehribanlıq üzündəndir. Eybi deyən şəxsin məqsədi xeyirxahlıq olarsa, təbii ki, səmimiyyət və ehtiramla davranacaq, yox əgər məqsədi təhqir və alçaltmaq olarsa, hörmətsizlik göstərəcək. Daha qısa desək, hədəf və məqsəd vasitəyə aydınlıq gətirmir, əksinə, onu əhatə edir, yəni məqsəd vasitə ilə münasib seçilir.
"De: "Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər.” «İsra» - 84).
Kim ki birinin eybini özünə demək istəyirsə, yaxşı niyyət, təmiz qəlb və açıq ürəklə ona başa salmalı, danışarkən kəmali-ədəblə, ehtiramla sözünü deməli, rəfiqinin şəxsiyyətini alçaltmamaq üçün ehtiyatlı olmalı, düzgün, sağlam və islahedici tənqid sancmaq və eyib tutmağa çevrilməməlidir, yoxsa nəticəsi əksinə olarözlərini Allah qarşısında günahkar və naqis hesab edirlər. Nümunə olaraq İmam Səccad(ə)-dan bir misal gətiririk:
"İlahi! Məni pisliklərə sövq edən, sənin dərgahında günah etməyə təşviq edən, səhv iş görməyə yönəldən və sənin qəzəbinə düçar edən nəfsdən (nəfsi əmmarədən) sənə şikayətim var.”
Başqa bir duada isə o Həzrət Allah dərgahına əl açıb belə yalvarır:
"Ey mənim Ağam! Səni günah etməkdən lal olmuş bir dillə səsləyirəm. Pərvərdigara! Səninlə günahın çoxluğundan həlakət vadisinə yuvarlanmış bir qəlblə dərdi-dil edirəm.”
O, özünün Allah qarşısında acizliyini bildirərək deyir:
"Ey mənim Mövlam! Günahlarıma baxanda çox qorxuram. İlahi! Saysız-hesabsız günahlar məni əhatə etmiş, dilimi üzr istəməkdən qısaltmışdır. Daha bir üzrüm yoxdur ki, sənin dərgahına gətirim, bəhanəm qalmamışdır ki, onu sənə deyim və öz etdiyimdən bağışlanmaq istəyim...”
İmam Səccad(ə)-ın məsum və günahsız olmasına baxmayaraq, amma yenə də özünü günahkar bilir. Buna görə də hər bir şəxsin eybi və qüsuru özünə deyilməlidir. Yaradılış aləmində Allah-təala hamını bir yaratmamışdır. Yaxşı sifətlər və bəyənilmiş keyfiyyətlər kimi, hər bir şəxsdə eyib və qüsurlar da vardır, buna görə də insan heç kimdən nöqsan tutmalı, əksinə, təhqir etmədən, qəlbinə toxunmadan, səmimiyyət və mehribanlıqla rəfiqinin eybini yalnız özünə deməlidir, çünki İslamda mömininin şəxsiyyətinə xüsusi əhəmiyyət verilir. Başqalarının eybini danışmaq da zəruri bir işdir. Bu zərurəti möminin şəxsiyyətinə toxunmadan xüsusi şəkildə və təklikdə də demək olar: "Zəruri işlər gərək öz çərçivəsində həll olunsun”. Yəni öz çərçivəsindən kənara çıxmasın. Həzrət Əli(ə) buyurur: "Camaat arasında nəsihət etmək bir növ döyməkdir.” İmam Həsən Əsgəri(ə) buyurur: "Hər kim öz din qardaşına təklikdə öyüd-nəsihət verərsə, onu zinətləndirmiş və hər kim başqalarının yanında ona öyüd-nəsihət verərsə, onun xəcalət çəkməsinə səbəb olmuşdur.”
Eyib tutmanın pis aqibəti
Başqalarının səhv və xətalarını deməkdə məqsəd onları rüsvay etmək olarsa, şübhəsiz, bir gün Allah-təala onu da xalq arasında rüsvay edər. İmam Baqir(ə) Peyğəmbər(s)-dən belə nəql edir: "Ey dilində müsəlman olub qəlbi ilə müsəlman olmayanlar! Müsəlmanlara (onları rüsvay etmək üçün) eyib tutmağa çalışmayın. Çünki hər kim başqalarının eybini axtarmağa cəhd göstərərsə, Allah-təala eyiblərini üzə çıxarıb onu rüsvay edər.”
Digər rəvayətlərdə də söylənilir ki, evin içində və gizlində belə günah etsə, Allah-təala onu üzə çıxarıb rüsvay edəcəkdir.
Eyib tutma və küfr
Öz din qardaşına zahirdə dostluqdan dəm vurub onun etibarını qazanmağa cəhd göstərən, lakin daxildə ona qarşı düşmən münasibət bəsləyən və münasib bir vaxtda fürsət düşən kimi onu rüsvay etmək üçün dostunun səhvlərini və zəif cəhətlərini dəqiq surətdə özündə qeyd edənlər axırda özlərini küfrün sərhədinə yaxınlaşdırırlar. İmam Baqir(ə) buyurur: "İnsanı küfrə yaxınlaşdıran şeylərdən biri də öz din qardaşı ilə , çünki heç bir insan xətasız və səhvsiz deyildir. On dörd Məsumdan(ə) başqa heç kim səhvə yol vermədiyini iddia edə bilməz. Məsum olduqları halda belə, onlar da zahirdə din adından dostluq edib, fürsət düşən kimi onu rüsvay etmək üçün səhvlərini bir-birinin ardınca yadda saxlamaqdır.”
İmam Sadiq(ə) buyurur:
"İnsanı Allahdan daha çox uzaqlaşdıran hal fürsət düşən kimi rüsvay etmək üçün biri ilə üzdə dostluq edib onun eybini yadda saxlamaqdır.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər