Aprelin 15-nə keçən gecə Rəğaib gecəsidir: gecənin əməlləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 13-04-2016, 22:14 | Şərh sayı: (0) | Baxılıb: 1062
Aprelin 15-nə keçən gecə Rəğaib gecəsidir: gecənin əməlləri
Həzrət Peyğəmbərdən (s) nəql olunur: ”Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni "Leylətül-rəğaib" deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır".
Rəcəb ayının fəzilətli başqa bir sıra aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi, yəni 4-cü gündən 5-ci günə keçən gecə (bu il aprelin 14-dən 15-nə keçən gecə), Leylətül Rəğaib adlanır və bu gün (yəni 4-cü gün) oruc tutmaq, həmin gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir.
İslamda Rəcəb ayı haram ayların ikincisidir. Allahın bu ayında ibadət, dua, istiğfar, tövbə möminlərin üzünü daha da nurlandırır, mömin olmayanların isə qəlbinə nüfuz edərək, onların da iman nuru ilə nurlanması ilə nəticələnir.
Rəğaib gecəsinin əməlləri haqda deyilir:
“Rəcəb ayının ilk cümə axşamı günü oruc tut.
Cümə gecəsinə daxil olduğun zaman şam və xiftən namazları arasında 12 rükət namaz qıl.
Bu namazın hər 2 rükətini .. salamla bitir.
Hər rükətdə 1 dəfə "Həmd"(Fatihə), 3 dəfə "İnna ənzəlnahu"(Qədr) və 12 dəfə "Qul huvallahu əhəd" (İxlas) oxu.
Namaz bitdikdən sonra 70 dəfə "Allahummə Səlli Əla Muhəmmədən Nəbi və Əla alihi" deyirsən.
Sonra isə səcdəyə gedib 70 dəfə "Sübbuhu, Quddusu, Rəbbul Məlaikəti vər Ruh" deyirsən.
Ondan sonra isə səcdədən qalxıb 70 dəfə "Rəbbi iğfirli vərhəm və təcavəz əmma təələm, innəkə əntəl Əliyyul Əzim" de.
Daha sonra isə yenidən səcdəyə get, bir daha 70 dəfə "Sübbuhu, Quddusu, Rəbbul Məlaikəti vər Ruh" dedikdən sonra Allahdan istədiyini dilə…".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər