RSS
 

Login:
Şifrə:
» » Bəzi qabaqcıl şiələrin tərcümeyi-halı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bəzi qabaqcıl şiələrin tərcümeyi-halı

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-03-2016, 19:59 | Şərh sayı: (0) | Baxılıb: 1800

Bəzi qabaqcıl şiələrin tərcümeyi-halı


Bəzi qabaqcıl şiələrin tərcümeyi-halıSalman Farsi Salmanın soy-kökü iranlıdır. Lakin İranın hansı vilayətindən olduğu haqda fikir ayrılığı mövcuddur. Bəzilərinə görə, İsfahanın Cey mahalından, bəzilərinə görə, Fars vilayətinin İstəxr mahalından, digər bir versiyaya görə isə Ramhürmüzdəndir. O, öncə Zərdüşt dinində olmuş, apardığı tədqiqatlar nəticəsində Xristianlığı, Xəndək döyüşündən öncə isə İslamı qəbul etmişdir. O, az bir zamanda Peyğəmbərin (s) fədakar və sadiq dostlarından birinə çevrildi. Belə ki, miqrantlar da yerli mədinəlilər olan ənsar da onu özlərindən hesab edirdilər. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: "Salman biz əhli-beyitdəndir”.Salman Peyğəmbər (ə) xanədanına mənsubluğu ilə səhabələr arasında özünəməxsus yer açdı. O, bütün döyüşlərdə Peyğəmbərlə (s) çiyin-çiyinə durub müşriklərlə döyüşdü.Salman hələ Peyğəmbər (s) dövründə Əli (ə) tərəfdarlarından idi. Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrin hakimiyyəti ələ keçirdiyini gördükdə farsca dedi: "Etməli olmadığınızı etdiniz, etməli olduğunuzu etmədiniz” və beləcə, Əliyə (ə) qarşı rəva görülən haqsızlıqları tənqid atəşinə tutdu. Salman Əlinin (ə) ən vəfalı dostlarından olub, ilk dörd və ən sadiq şiələrdən biri idi.Şübhəsiz, onun sadə həyat tərzinin, Əlini (ə) daim himayə etməsinin həmvətənlərinin şiə olmasında böyük təsiri olmuşdur.Əbuzər QifariƏbuzər İslamdan öncə də təkallahlı olmuşdur. O, Məkkədə Peyğəmbərin (s) İslama dəvətini, Quran ayələrini eşidərkən axtardığının məhz bu olduğunu bilib müsəlman oldu. Tarixçilər onun İslamı qəbul edən beşinci müsəlman olduğunu qeyd edirlər. İslamı təbliğ etdiyi üçün özünü təhlükəyə atdığını görən Peyğəmbər (s) onu qəbiləsini haqq yola dəvət etməyə göndərdi. Peyğəmbər (s) ona sonsuz hörmət göstərirdi.O, üçüncü xəlifənin hakimiyyəti dövründə xəlifə və müşavirlərinin, xüsusilə Mərvanın yol verdiyi israfçılığa etiraz etdiyi üçün, xəlifə onu "Rəbəzə” adlı kiçik bir kəndə sürgün etdi. Əli (ə) və övladları onu yola salıb vidalaşdılar. O, Peyğəmbərin (s) sadiq dostu idi. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: "Əbuzər tənha yaşayar, tənha ölər və (qiyamət səhnəsinə) tənha gələr”.Miqdad ibn ƏmrMiqdad Kində və ya Bührə qəbiləsindən, cənub ərəblərindəndir. O, Peyğəmbərin (s) səhabələrindən, mühacirlərdən biri idi. Bir versiyaya görə, İslamı altıncı qəbul edən Miqdad olmuşdur. O, Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə hicrət etmiş və bütün döyüşlərdə İslamı müdafiə uğrunda Peyğəmbərlə (s) yanaşı fədakarcasına döyüşmüşdür. Miqdad döyüşlərdən birində Peyğəmbərə (s) dedi: "Ey Allahın rəsulu! Biz Bəni-İsrail qövmü deyilik ki, "Sən və Allahın döyüşə gedin”, - deyək. Biz istənilən an, istənilən məkanda səni və Allahın dinini himayə etməyə hazırıq”.O, dörd əsas şiələrdən biri, Əlinin (ə) hələ Peyğəmbər (s) zamanında ilk tərəfdarlarından idi.Əmmar ibn YasirƏmmar və ata-anası İslamı ilk qəbul edənlərdən, Peyğəmbərə (s) ilk iman gətirənlərdən idilər. Qüreyşlilər Əmmara, atası Yasirə və anası Süməyyəyə işgəncə vermişdilər. Peyğəmbər (s) bunu görür, lakin onlara yardım edə bilmirdi. Peyğəmbərin (s) buyurduğu məşhur kəlamda deyilir: "Yasir ailəsinə Allahın behiştini müjdə verirəm”.Əmmar da Peyğəmbərin (s) digər səhabələri kimi Mədinəyə hicrət etmişdi. Mühacir və ənsar arasında qardaşlıq əqdi bağladığı zaman Peyğəmbər (s) onunla Hüzeyfə ibn Yəman arasında qardaşlıq əqdi oxudu. Həzrət (s) münafiqlərin adlarını onlara açıqladı və elə buna görə də bu iki səhabəni münafiqşünas adlandırmışlar.Əmmar bütün döyüşlərdə Peyğəmbərin (s) yanında olmuşdur. Belə ki, Peyğəmbər (s) buyurardı: "Əmmarın qatili cəhənnəm odunda olacaqdır”."Səni zülmkar qruplaşmalar qətlə yetirəcəklər”. O, doxsan üç və ya doxsan dörd yaşında Siffeyn döyüşündə Əli (ə) ilə birgə Müaviyəyə qarşı döyüşdü. Elə həmin döyüşdə şəhid olarkən Müaviyənin əsgərləri tərəddüdə qərq oldular. Əlini (ə) şübhə ilə dəstəkləyənlər isə haqq yolda olduqlarına bir daha əmin oldular.Qaynaqlar Əmmarın ilk şiələrin dördüncüsü və daim Əlini (ə) dəstəkləyənlərdən olduğunu göstərir.Xüzeymə ibn SabitXüzeymə ənsardan, Övs qəbiləsindədir. Peyğəmbər (s) onun şahidliyini iki şahidə bərabər hesab edirdi. Elə buna görə də onu "zu əş-şəhadəteyn” adlandırırlar. Məkkənin fəthi zamanı Bəni-Xitbə qəbiləsinin bayrağı onun əlində idi. "Cəməl” və "Siffeyn” döyüşlərində Əlinin (ə) yanında idi. Sonda isə Müaviyənin qoşunu tərəfindən şəhid edildi.O, Əliyə (ə) beyət edərkən ənsardan ilk beyət edənlərin ikincisi və nümayəndəsi olaraq nitq söylədi. Bu onun Əliyə (ə) olan inamının, sədaqətinin göstəricisidir.Yəqubi yazır: "Sonra "zu əş-şəhadəteyn” Xüzeymə ibn Sabit qalxıb dedi: "Ey möminlərin əmiri! Mən sənə şəxsi işlərim üçün beyət etmirəm. Buna səbəb sənin ən layiqli olmandır. Əgər sənin haqqında ən doğru olanını demək istəsəm, deməliyəm ki, sən iman və bilik baxımından insanların ən üstünüsən. Allaha and olsun ki, sən Peyğəmbəri (s) ən yaxşı tanıyan və ona daha çox imanı olan möminsən. Onların (möminlərin) sahib olduqları hər şey səndə var. Səndə olan özəlliklər isə onlarda yoxdur”.Bərra ibn AzibƏnsarın böyüklərindən biri olan Bərra ibn Azib "Xəzrəc” tayfasından idi. O, on beş və ya on yeddi döyüşdə iştirak etmişdir. Peyğəmbərdən (s) sonra isə Əliyə (ə) beyət etdi. Onunla birgə "Cəməl” və "Siffeyn” döyüşlərində iştirak edib o həzrətə (ə) qarşı çıxanlarla mübarizə apardı. Sonunda isə Müsəb ibn Zübeyrin dövründə, Kufədə dünyasını dəyişdi.Əbu əl-Heysəm ibn TəyyihanO, birinci və ikinci "əqəbə” müqaviləsi zamanı Məkkədə Peyğəmbəri (s) görmək şərəfinə nail olan ənsar nümayəndələrindəndir. Həmin görüşlərdən sonra o, Mədinəyə qayıdıb İslamı təbliğ etməklə məşğul oldu. O, bütün döyüşlərdə Peyğəmbərin (s) yanında idi. Əbu əl-Heysəm Peyğəmbərin (s), həzrət İsanın (ə) həvariləri kimi hesab etdiyi on iki nəfərdən biri olmuşdur.Əbu əl-Heysəm ənsarın nümayəndəsi kimi Əliyə (ə) beyət edən ilk şəxslərdəndir. Bir versiyaya görə, o, "Siffeyn” döyüşündə şəhid edilmişdir.Xalid ibn Səid ibn As ibn Üməyyə ibn Əbd əş-ŞəmsXalid Peyğəmbərə (s) dördüncü və ya beşinci, öz qəbiləsindən isə ilk iman gətirən şəxs olmuşdur. O, Həbəşəyə hər iki hicrətdə iştirak etmişdir, Mədinəyə qayıtdıqdan sonra isə Məkkənin fəthində, "Hüneyn”, "Taif” və "Təbuk” döyüşlərində iştirak etmişdir. Sonradan o, Peyğəmbər (s) tərəfindən nümayəndə olaraq zəkat yığmaq məqsədi ilə Yəmənə yollandı, Peyğəmbərin (s) vəfatından sonra Mədinəyə qayıdıb Əbu Bəkrə beyətə qarşı çıxaraq Əliyə (ə) beyət etdi. O, həzrətə (ə) beyət edərkən dedi: "And olsun Allaha ki, Peyğəmbərin (s) yerini tutamağa səndən ləyaqətli adam yoxdur”.Bəzi tarixçilərə görə, o, ikinci xəlifə dönəmində, bəzilərinə görə isə hicrətin on dördüncü ilində şəhid edilmişdir. Əbu Əyyub ƏnsariƏbu Əyyub Əqəbədə Peyğəmbərə (s) beyət etdi. Həzrət (s) Mədinəyə getdikdən sonra onun üçün ev tikilənə qədər Əbu Əyyubun evində məskunlaşdı. O, bütün döyüşlərdə Peyğəmbərlə (s) çiyin-çiyinə İslamı müdafiə edirdi.Osman öldürüldükdən sonra Əbu Əyyub Ənsari Əlini (ə) müdafiə edən ilk şəxslərdən oldu. Sonradan isə İmam (ə) tərəfindən Mədinə hakimi təyin edildi.O, "Cəməl”, Siffeyn” və "Nəhrəvan” döyüşlərində Əli (ə) ilə yanaşı döyüşdü. Onun Kufə əhalisi qarşısındakı çıxışları İmama (ə) imanının göstəricisidir.O, 52-ci ildə vəfat etdi və Konstantinopol yaxınlığında dəfn edildi. Hüzeyfə ibn YəmanHüzeyfə Peyğəmbərin (s) ənsarlı səhabələrinin öndə gedən isimlərindən olmuşdur. O, hədis rəvayətçisi olmuş və bütün döyüşlərdə iştirak etmişdir. Hələ Peyğəmbər (s) dönəmində Əlinin (ə) tərəfdarlarından olmuş, o həzrətin (ə) vəfatından sonra isə Əlinin (ə) ən yaxın müdafiəçilərindən biri kimi yadda qalmışdır. Onun övladları da atalarının yolunu davam etdirərək İmam Əlini (ə) müdafiə edib, "Siffeyn” döyüşündə şəhid oldular.Osman ibn HüneyfOsman ibn Hüneyf ənsardan, Övs qəbiləsindən idi. Tirmiziyə görə o, Bədr səhabələrindən olmuşdur. Digərlərinin fikrincə isə o, Bədr döyüşündən başqa Peyğəmbərin (s) digər döyüşlərində də iştirak etmişdir. Osman ibn Hüneyf üçüncü xəlifə öldürüldükdən sonra Əliyə (ə) beyət etdi və Bəsrə valisi təyin edildi. Cəməl döyüşçüləri Bəsrəyə qoşun yürütdükdə öncə vali Osmanla, İmamın (ə) qoşununu gözləmək haqda saziş bağladılar, lakin sazişə sadiq qalmayıb hücuma keçdilər. Valinin saqqalını qopardılar, gözətçilərini qətlə yetirib beytülmalı qarət etdilər.Bu hadisədən sonra Osman ibn Hüneyf Kufədə məskunlaşdı və nəhayət, Müaviyə dönəmində fani həyatla vidalaşdı.Səhl ibn HüneyfSəhl ibn Hüneyf ənsardan, Övs qəbiləsindən idi. O, bütün döyüşlərdə iştirak etmişdir, Peyğəmbərlə (s) ölüm peymanı bağlayan bir neçə nəfərdən biridir. Səhl, "Vadi əl-qüra” döyüşündə Peyğəmbərin (s) bayraqdarlarından biri idi.Səhl, Füls döyüşündə Peyğəmbər (s) Əlini (ə) Süləyy bütxanasını dağıtmağa göndərdikdə İmamın (ə) bayraqdarı idi.O, Əlinin (ə) vəfalı dostlarından idi. Belə ki, o həzrətlə (ə) birgə Siffeyn və Cəməl döyüşlərində iştirak etmişdir. O, hicri 38-ci ildə dünyasını dəyişmişdir.Əbu ət-Tüfeyl Amir ibn VasilƏbu ət-Tüfeyl Amir ibn Vasil Ühüd döyüşü baş verən ildə dünyaya göz açdı. Mühacirlərin övladlarından idi. Ömrünün səkkiz ili Peyğəmbərin (s) həyatda olduğu dönəmə təsadüf etmişdir. Həmin zaman kəsiyində o, Peyğəmbəri (s) görmək şərəfinə nail olmuşdur. Əbu ət-Tüfeyl Amir ibn Vasil Əlinin (ə) sadiq dostlarından idi. Belə ki, o həzrətlə (ə) çiyin-çiyinə bütün döyüşlərdə iştirak etmişdir. Əlinin (ə) şəhadətindən sonra isə Məkkədə məskunlaşmış, ömrünün sonuna qədər orada qalmışdır. Bəzi tarixçilərə görə isə o, Kufədə yaşamışdır.Əbu ət-Tüfeyl Əlinin (ə) digər xəlifələrdən üstün olduğu qənaətində idi. İmamı (ə) onlardan daha fəzilətli hesab edirdi. Onu Əlinin (ə) sadiq səhabələri arasında seçilən şair, fəzilət sahibi, yüksək zəkalı, gözəl nitq qabiliyyətinə malık və hazırcavab bir fərd olaraq yad etmişlər.Əli (ə) şiələri yuxarıda adı çəkilənlərlə bitmir. Bu sıralamanı davam etdirmək və aşağıdakıları da daxil etmək olar:Hind ibn Əbu Halə Təmimi, Cədə ibn Cübeyrə, Hücr ibn Ədi Kindi, Əmr ibn Həmiq Xüzai, Cabir ibn Abdullah Ənsari, Məhəmməd ibn Əbu Bəkr, Əban ibn Səid, Zeyd ibn Suhan Zeydi və başqaları.


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor