Yarımçıq salavat |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-09-2015, 01:53 | Şərh sayı: (0) | Baxılıb: 459
Yarımçıq salavat
Peyğəmbərin adını dilə gətirdikdə və ya yazdıqda təkcə onun özünə salavat göndərirlər. (Yəni salavatdakı "və alihi” kəlməsini demirlər.) Özü də Peyğəmbərin özünə təklikdə salavat göndərməyi nəhy etməsini bilirlər. Bu barədə mühəddislərin rəvayət etdikləri hədislər həddən artıqdır. O cümlədən, Peyğəmbər buyurmuşdur:
"Mənə naqis (yarımçıq) salavat göndərməyin”. Soruşdular ki, ya Rəsuləllah, naqis salavat nədir? Buyurdu: "Naqis salavat budur ki, mənə salavat göndərəsiniz, amma övladlarıma göndərməyəsiniz.”
Göründüyü kimi, bu hədis Peyğəmbərə təklikdə salavat göndərməyi nəhy edib, bizə əmr edir ki, Həzrətin özünə və övladlarına–hər ikisinə bir yerdə salavat göndərək.
O cümlədən, bu barədə olan hədislərdən biri Kəb ibni Əczənin nəql etdiyi hədisdir. O, Peyğəmbərdən soruşdu: "Ya Rəsuləllah, sənə salam verməyi öyrəndik, bəs salavatı necə göndərək?” Peyğəmbər buyurdu: "Salavat göndərən vaxt belə deyin:
"Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin kəma səlləytə əla İbrahimə və Ali-İbrahimə, innəkə Həmidun Məcid.”
Bu hədis necə salavat göndərməyi bizə öyrədir. Həmçinin onun məfhumundan başa düşülür ki, salavat göndərərkən Peyğəmbərə və onun övladlarına birlikdə salavat göndərmək lazımdır.
Amma bu kimi mötəbər rəvayətlərin mövcud olması ilə bərabər, elm və mərifət iddiası edənlərin çoxu salavat göndərəndə hələ də Əhli-Beyt (əleyhimussalam)-ın adını zikr etməməkdə israr edirlər! Görəsən, bu bir düşmənçilik və inadkarlıq, yaxud cəhalət və nadanlıqdan irəli gəlmirmi? Yaxud da (bu iş) Peyğəmbərin Əhli-Beyti ilə düşmənçilik və kindən irəli gəlmirmi? Yaxud şiələrin Peyğəmbərə və onun övladlarına salavat göndərməyi zəruri bildikləri üçün deyilmi? (Hansı ki, salavat şiələrin şüarları hesab olunur.)
Buna görə də onlar bir belə rəvayətlərin mövcud olmasına baxmayaraq şiələrlə müxalifətlərinə görə Peyğəmbər Əhli-Beytinə salavat göndərməkdən imtina edirlər. Görəsən, bu bidət deyilmi? Görəsən, Ali-Peyğəmbərə salavat göndərməmək nəss (aydın dəlillər) qarşısında ictihad (özündən fikir söyləmək) deyilmi?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər