Başçı kim olmalıdı? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-01-2016, 21:45 | Şərh sayı: (0) | Baxılıb: 636
Başçı kim olmalıdı?
Bildiyimiz kimi, ər və arvad hər ikisi eyni zamanda ailə başçılığını öhdəsinə ala bilməzlər. Bu cür müdiriyyətlərin nəticəsi hərc-mərclikdə, geridə qalmağa səbəb olur. Fərz edilən halda onların iki müxtəlif səliqələri və təfəkkür tərzləri ailəyə hakim olacaqdır. İkincisi, ailəni idarə etməkdə şərikli olsalar, onlardan heç biri lazımi qədər məsuliyyət hiss etməyəcək, evin işlərini bir-birinə tapşıracaq, nəticədə ailədə müvəffəqiyyət əldə edilməyəcəkdir. İkinci fərz budur ki, qadın ailənin idarə olunmasını şəxsən öz öhdəsinə alsın. Bu halda da qadının təbiətindəki xüsusiyyətlərini araşdırıb mülahizə etməliyik ki, görəsən qadın ailəyə başçı olmağa münasibdirmi? Cavabda deməliyik ki, qadınlar müxtəlif məsələlərdə xüsusi imtiyazlara malik olmaqlarına baxmayaraq, onların cismi və əxlaqi xüsusiyyətlərinin araşdırılması göstərir ki, onlar müəyyən cəhətlərdən başçı olmaq səlahiyyətinə malik deyillər və kişilərlə birlikdə, çiyin-çiyinə gələ bilməzlər. Özləri təbii olaraq istəyirlər ki, bir layiqli şəxsin başçılığı altında olsunlar. Məşhur psixoloq Xanım Tribo Dalson deyir: Mənim ən böyük istək və arzum kişilərin ruhiyyələrini araşdırmaqdır. Bu cəhətdən bir müddət bundan qabaq mənə məmuriyyət verdilər ki, kişi və qadının ruhiyyəsi barəsində tədqiqat aparam. Mən bu nəticəyə çatdım ki, bütün qadınlar istəyirlər ki, başqa bir şəxsin nəzarəti altında işləsinlər. Ümumiyyətlə rəisin nəzarəti altında işləməkdən xoşları gəlir. Bütün qadınlar onların təsirli olmasını bilmək istəyirlər. O belə nəticə alır ki, qadının bu iki ruhiyyəsi bəyan edir ki, qadınlar emosional xüsusiyyətlərə, kişilər isə əqlə tabedirlər. Tupinard aldlı məşhur alim müxtəlif tədqiqatlar apararaq belə nəticəyə çatıb ki, on beş min qadın və kişinin beyni içərisində qadınların beyninin orta çəkisi 1200 qram, kişləriniki isə 1361 qramdır. Başqa bir alimin nəzəri budur ki, bəşəriyyətdə elm, bilik, müdiriyyət nə qədər çox olsa, kişilərin kəllə beyninin böyüməsinə səbəb olur, amma qadınlarda bu iş əksinədir. İnsanlardan əlavə, heyvanların araşdırılması göstərir ki, dişi heyvanlar öz erkəklərinə ehtiram qoyur, onlarda qüdrə və qüvvət hiss edərək ləzzət alırlar. Nərlərin rəqabət mərkəzində olan dişi heyvanlar o erkək heyvana təslim olur ki, daha çox qüdrəti olsun. Əgər bir dişi heyvan öz balasını böyüdərkən (onun rabitəsi ər-arvadın rabitəsi kimidir) bu işdən boyun qaçırıb başqa bir erkək heyvanla yaxınlıq etsə, əvvəlkinin ciddi təbehinə məruz qalır. Üçüncü fərz budur ki, ailənin başçılığını kişilər öhdəsinə alsınlar və ailə qanunlarına müvafiq tərzdə ədalətə riayət etsinlər. İndi bu barədə olan ayə və hədisləri nəzərinizə çatdırırıq. Allah taala buyurur: "Kişilər qadınların başçısı və qəyyumudurlar–Allah taalanın etdiyi üstünlüklər səbəbi ilə. İkincisi, kişilər bu cəhətdən üstündürlər ki, onlar qadınların həyat xərclərini təmin edirlər.” Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirinin sonunda yazır: "Bu ayə ərin arvaddan üstün olmasını bəyan etməkdən əlavə, onda ümumi və külli bir qanunu anlamaq olar. Yəni ictimai məsələlərdə də kişilər qadınların idarə olunması məsuliyyətini daşıyır və məhz bu cəhətdən onlardan üstün sayılırlar. Mühüm ictimai işlərin, o cümlədən, hakimiyyət, məhkəmə, müharibə, müdafiə və s. kimi məslələrin məsuliyyəti kişilərin öhdəsinədər, bu kimi hallarda işlərə rəhbərlik etmək onların əlindədir. "Mümtəhinə” surəsinin 12-ci ayəsində arvadların Rəsuli Əkrəm ilə Məkkədə beyət etmələrini göstərir və onların vəzifələrini xatırladır, heç birinə ictimai məsuliyyəti qadınlara həvalə etmir. Bundan əlavə, tarix boyu, habelə imamların, peyğəmbərlərin sünnəti belə olmuşdur ki, qadınlar heç vaxt ailənin idarə olunması məsuliyyətini öhdələrinə almamışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Öz ümumi işlərini arvadların ixtiyarına qoyanlar heç vaxt səadətə və xoşbəxtliyə çatmazlar.” Yenə buyurur: "Qadınlara tabe olub onlara itaət etmək peşmançılığa səbəb olar.” Əli (əleyhissalam) qadınların hökumət və rəisliyi barəsində buyurur: "Hər kişinin hakimi və tədbir tökəni qadın olsa, o kişi lənətlənmişdir.” Həzrət bir hədisdə xatırladır ki, "Əgər sizin rəhbərləriniz, əmirləriniz şər, sərvətliləriniz paxıl olsalar və qadınlarınız işlərin idarə olunmasını öhdələrinə alsalar, bu vaxt ölüm sizin üçün yaşamaqdan daha yaxşıdır.” Əli (əleyhissalam) bu hədisdə öz əziz övladına qadınlarla hətta məşvərət etməyi belə qadağan edir və buyurur: "Məbada onlarla məşvərət edəsən! Çünki onlar uzaqgörənlikdə zəif, qərarları, yol göstərmələri süst və dəyərsizdir.” Cabir Cufi imam Baqir (əleyhissalam)-dan müfəssəl bir hədisdə belə nəql edir: "Qadınlar üçün ictimai mənsəblər, o cümlədən, qəzavət, mühakimə, hakimlik və sair siyasi işlər, məşvərət və s. layiqli deyildir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Kişi ailə üzvlərinin bütün məsuliyyətini və rəyasətini öhdəsinə alır. Qadın isə evin daxili işlərində əsaslı rol oynayır və evin işləri evin xanımının nəzarəti altında baş verir.” Deməli, bu ayə və rəvayətlər, habelə mütəxəssislərin etiraf etdiklərindən nəticə alırıq ki, qadınlar ailəyə başçılıq etməkdə öz ərləri sağ ikən onlardan sonrakı mərhələdə yer tuturlar. Həqiqətdə isə onun müavini hökmündədir. Amma bəzi hallarda elə qadınlara rast gəlinir ki, öz ərlərindən daha agah olur. Bilirik ki, islami qanunlar ictimaiyyətin, ümumxalqın məsləhətləri əsasında qurulmuşdur və heç vaxt bu cür məsələlər nəzərə alınmır. Bu fəsildə qeyd olunan dəlillər qadınların ictimai məsələlərdəki sərpərəstliyini, başçılıq etməsini nəhy edir. Bu barədə gələcək fəsillərdə çoxlu rəvayətləri görəcəksiniz. İslam dini xüsusi məsələlər üçün daha çox dəyər verir, bu cəhətdən də qadınlar övladların tərbiyə olunması, böyüdülməsi, evdarlıq, övladlarının təmizliyi və s. kimi işlərdə mütəxəssis olduqlarına görə, kişilərdən irəlidədir, kişilər onların istədikləri məsələ barəsində onlarla məşvərət edə bilər.
Bu fəslin axırında qeyd etmək istəyirik ki, bu fəsildə qeyd olunan məsələlər qadının ailəyə başçılıq etməsini qadağan olunduğunu xatırladır. Bu danılmaz bir fikri məsələdir ki, bizim böyük fəqihlərimiz onun barəsində fətva vermişlər. Həzrət İmam Xomeyni də "Təhrirül-vəsilə”nin 2-ci cildinin 407-ci səhifəsində onların bəzilərinə işarə etmişdir. (58-ci fəsildə qadının işləməsi barəsində bəzi şeyləri qeyd edəcəyik.)
Ailə başçısı
Bəşər cəmiyyətlərində olan nəzm və inzibat insanların tərəqqisində və inkişafında mühüm və təsirli amillərdən biri sayılır. Bu qanuna tabe olan hər cəmiyyət, şübhəsiz, mütərəqqi və inkişaf etmiş olmuşlar. Bu məsələni nəzərə almamaq hərc-mərcliyə, narazılığa, əmin-amanlığın təhlükəyə düşməsinə, ədalətsizliyə səbəb olur və yüzlərlə ictimai problemlərin yaranmasına gətirib çıxardır. Əli (əleyhissalam) öz mübarək ömrünün axır saatlarında (bu anlar hamı üçün həssas və həyəcanlıdır) övladlarına və dostlarına xitabən cəmiyyətdə və bütün işlərdə nəzm-inzibatçılıq məsələsini irəli çəkərək buyurur: "Ey oğlanlarım Həsən və Hüseyn, sizə və sair əhli-beytimə, habelə mənim bu yazılarım çatan hər bir şəxsə Allah qarşısında təqvalı olmağı, işlərinizdə inzibatçı, qanunçu olmağı tövsiyə edirəm. Hər kəsin ömrünün son anlarındakı tövsiyəsi onun bir ömürlük təcrübələrinin nişanəsidir. Xüsuilə camaat özlərinin milli sərkərdələrinin, böyük şəxsiyyətlərinin vəsiyyətlərindən ibrət götürürlər. Əli (əleyhissalam) da ibadət mehrabında zərbətləndikdən sonra keçirdiyi çoxlu narahatlıqlara, camaatın və övladlarının suallarına çox qısa şəkildə cavab verməsinə baxmayaraq axır sözünü son dərəcədə dolğun, mənalı vəsiyyətnaməsində buyurdu, onda inzibata, nəzmə, ictimai qanunçuluğa, ailədəki inzibata riayət etməyi ictimaiyyətin inkişafı üçün zəruri bir amil kimi təqdim etdi. Əgər bu məsələyə dərindən nəzər salsaq, görərik ki, nəzm və nizam dəyər cəhətindən sair ictimai məsələlərin başında dayanır. Hətta iki nəfərdən ibarət olan bir ailə belə nəzmə və inzibata riayət etmədən müvəffəqiyyət qazana bilməz, ona riayət etmədikdə hərc-mərclik və sair xoşagəlməz hadisələr ailənin məhvə sürüklənməsinə səbəb olar. Ailə, çox kiçik və məhdud bir cəmiyyət olmasına baxmayaraq ictimaiyyətdə əsas rolu öhdəsinə alıb. Çünki cəmiyyətin bütün ürəyiyanar, bacarıqlı və istedadlı insanları ailə mühitində doğulurlar. Buna əsasən, ailələrin dəyərli bünövrəsini qanun, nəzm və inzibat əsasında qurmaq lazımdır. Onun başçısı və qayda qanunları tamamilə aydınlaşmalıdır. Onun üzvlərinin qarşılıqlı rabitələri, habelə ictimai qanunlar aydın olmalıdır. Bütün milli-dövlət təşkilatlarının, müəssisələrin, zavod və fabriklərin, şirkətlərin və s. hamısının başçısı və məxsus məramnaməsi vardır. İşin gedişatı, qayda-qanunlar onda təyin edilmişdir. Bunların hamısından da daha həssas və daha dəyərli olan ailə qanun və başçısı olmadan öz yolunu davam etdirə bilməz. Buna əsasən, ailə həyatında hər kəs əqli müdiriyyət, ictimai məsələlərə agahlıq cəhətindən daha layiqli olsa, bu məsuliyyəti öhdəsinə almalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər