Güman |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-01-2016, 14:23 | Şərh sayı: (0) | Baxılıb: 288
Güman
Güman və əql
3907. İmam Əli (ə): «İnsanın gümanı onun əqli qədərdir.»
3908. İmam Əli (ə): «Ağıllı insanın gümanı nadanın əminliyindən daha doğrudur.»
3909. İmam Əli (ə): «Möminlərin ehtimalından və gümanlarından qorxun. Çünki, Allah-taala həqiqəti onların dillərində qərar vermişdir.»
1195. Qardaşının rəftarını ən yaxşı tərzdə qəbul et
3910. Allahın Peyğəmbəri (s): «Qardaşının söz və əməllərində bir üzr axtar və əgər tapmasan özün bir üzr düzəlt.»
3911. İmam Əli(ə): «Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının rəftarını ən gözəl tərzdə qəbul et. Onun ağzından çıxan sözə yaxşı yozum tapıncaya qədər ona bədgüman olma.»
1196. Xoşgümanlığın dəyəri
3912. İmam Əli (ə): «Xoşgümanlıq qəlbin və dinin sağlamlıq mənşəyidir.»
3913. İmam Əli (ə): «Xoşgüman qəm-qüssəni azaldar və günahın tələsinə düşməkdən xilas edər.»
3914. İmam Əli (ə): «Kim xalqa qarşı xoşgüman olsa, onların məhəbbətini qazanar.»
3915. İmam Əli (ə): «Ən üstün təqva xoşgümanlıqdır.»
1197. Bədgümanlıqdan çəkinmək
Qur‘an:
«Ey iman gətirənlər, çox gümanlardan uzaqlaşın. Çünki gümanların bəziləri günahdır."
Hədis:
3916. Allahın Peyğəmbəri (s): «(Bəd) Gümandan çəkinin. Çünki, (bəd) güman yalanların yalanıdır.»
3917. Allahın Peyğəmbəri (s): «Gümana düşdükdə, onun ətrafında axtarış və təhqiqat aparmayın. Paxıllığınız tutduqda, paxıllığın ardınca getməyin və fal bəd gəldikdə (ona əhəmiyyət vermədən) öz işinizi görün.»
3918. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında): «Həqiqətən, xəsislik, qorxaqlıq və hərislik kökündə Allaha bədgümanlıq dayanan ayrı-ayrı xasiyyətlərdir.»
3919. İmam Əli (ə): «İman bədgümanlıqla uyğun gəlməz.»
3920. İmam Əli (ə): «Bədgümanlıq işləri korlayar və cürbəcür pis işlərə üz tutmağa səbəb olar.»
3921. İmam Əli (ə): «Bədgümanlıqdan çəkin. Çünki, bədgümanlıq ibadəti korlayar.»
3922. İmam Əli (ə): «Şər-xəta adam, heç kəsin barəsində yaxşı gümanda olmaz. Çünki, hamını özü xasiyyətdə və xislətdə görər.»
1197. Başqalarına bədgüman olmağa sövq edənlərdən çəkinmək
3923. İmam Əli (ə): «Özünü töhmət və bədgümanlıq hədəfinə çevirən şəxs, ona bədgüman olanları məzəmmət etməməlidir.»[
3924. İmam Əli(ə) «Pis yerlərə gedib-gəldiyinə görə ittiham olunan və özünü töhmət hədəfinə çevirən şəxs onun barəsində bədgüman olanları məzəmmət etməməlidir.»
3925. İmam Əli(ə): «Pis adamlarla yoldaşlıq, yaxşı insanlara bədgünmanlıqla nəticələnər.»
3926. İmam Əli (ə): «Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbi qaralığına görə heç kəsə etimad etməyən və pis rəftarına görə də heç kəsin etimad etmədiyidir.»
3927. İmam Əli (ə): «Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.»
1199. Bədgüman olmağa icazə verilən hallar
3928. Allahın Peyğəmbəri (s): «Bədgümanlıqla özünüzü xalqın zərərindən qoruyun.»
3929. İmam Əli (ə): «Zəmanəyə və xalqa doğruluq, paklıq hakim olanda kimsə başqasından bir günah əməl görmədiyi surətdə onun barəsində bədgüman olarsa, ona zülm etmişdir. Ancaq, fəsad və ədalətsizlik zəmanəyə, xalqa hakim kəsiləndə bir şəxs digərini yaxşı qəbul edib nikbin olarsa, aldanmışdır.»
3930. İmam Kazim (ə): «Zülm və ədalətsizliyin haqq və doğruluqdan çox olduğu zəmanədə yaxşılığını bildiyi haldan başqa heç kəsin digəri barədə xoşgüman olması rəva deyil.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər