Xudpəsəndlik |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-01-2016, 05:44 | Şərh sayı: (0) | Baxılıb: 1406
Xudpəsəndlik
3981. İmam Əli (ə): «Heç bir tənhalıq xudpəsəndlik qədər qorxu yaradan deyil.»
3982. İmam Əli (ə): Xudpəsəndlik çatışmazlıqları üzə çıxarar.»
3983. İmam Əli (ə): «Xudpəsəndlik axmaqlıqdır.»
3984. İmam Əli (ə): «Ona görə Allahın yanında narahat olacağın günah, xudpəsəndliyə və qürura düçar edəcək yaxşı əməldən yaxşıdır.»
3985. İmam Əli (ə): «Məbada özündən razı olasan. Belə olan halda səndən narazılar çox olar.»
3986. İmam Əli (ə): «Xudpəsəndliyin meyvəsi düşmənçilik və kindir.»
3987. İmam Əli (ə): «Xudpəsəndlik düzgün fikirləşməyin düşməni və ağılların bəlasıdır.»
3988. İmam Əli (ə): «Xudpəsəndlik ağlı korlayar.»
3989. İmam Əli (ə): «Xudpəsəndlik tərəqqi və kamala maneədir.»
3990. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Allah-taala buyurur: Bəndələrdən bəziləri, onları sevməyim üçün Məndən ibadətin uğurunu nəsibləri etməyimi diləyir. Ancaq bunu onlara nəsib etmərəm ki, məbada öz əməllərindən qürur duyar və xudpəsəndliyə düçar olarlar.»
3991. İmam Sadiq (ə): «Kimə xudpəsəndlik yol taparsa puç olar.»
1210. Özünün yaxşı əməllərini az bilməyə həvəsləndirmək.
3992. Allahın Peyğəmbəri (s)(Ağıllıları təsvir edərkən): «Başqalarının azacıq yaxşılıqlarını çox sayar, özlərinin çox yaxşılıqlarını az bilərlər.»
3993. İmam Baqir (ə): «Nəfsin Allaha çox ibadət etsə də, yenə onu az bil ki, bu yolla nəfsini rəzil edib özünü (Allahın) əfvinə çatdırasan.»
3994. İmam Sadiq (ə): «İblis (Allah ona lənət etsin) öz qoşununa dedi: Üç işdə Adəm övladına üstün gəlsəm, onun nə edəcəyindən qorxum olmaz. Çünki, onun əməlləri artıq qəbul olunmayacaq: Əməlini çox hesab etsə, günahını unutsa və xudpəsənd olsa.»
1211. Xudpəsəndliyin dərmanı.
3995. İmam Əli (ə): «Adəm övladının xudpəsəndliklə nə işi? Başlanğıcı iylənmiş bir su, sonu murdar bir leş, bunların arasında isə nəcasətlərin kisəsidir.»
3996. İmam Baqir (ə): «Xudpəsəndlik yolunu özünü tanımaqla bağla.»
3997. İmam Sadiq (ə): «Sirat körpüsündən keçmək həqiqətsə, bəs onda xudpəsəndlik nəyə lazım?!»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər