ARI SANCMASI HANSI XƏSTƏLİYİN DƏRMANIDIR? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-01-2016, 03:16 | Şərh sayı: (0) | Baxılıb: 352
ARI SANCMASI HANSI XƏSTƏLİYİN DƏRMANIDIR?
Alimlər arı zəhərinin oynaq iltihabına gətirib çıxaran oynaqlardakı zərərli iltihabı idarə edə bildiyini aşkarlayıblar
Braziliyadakı Sao Paulo Universitetindən olan araşdırma qrupu, arı sancmasının bəzi narahatçılıqlara çarə ola biləcək yeni müalicə üsulları üçün istifadə ediləcəyini söyləyib.
Alimlər, arı sancmasından qaynaqlanan maye zəhərin oynaq iltihabını müalicə etməyə və hətta qarşısını almağa köməkçi olduğunu müəyyənləşdiriblər.
Onlar, arı zəhərinin oynaq iltihabına gətirib çıxaran oynaqlardakı zərərli iltihabı idarə edə bildiyini aşkarlayıblar. Bu zəhərin bədəndə iltihabı təşkil edən təbii hormonları artıran molekullar ehtiva etdiyi bildirilir.
Mütəxəssislər, arı zəhərinin oynaq iltihabı ağrısına çarə ola biləcək yeni müalicə üsulları kəşf edəcəyinə inanırlar.
Arı müalicəsi, revmatizm və oynaq iltihabı kimi problemlər yaşayan xəstələrdə gözlə görünən təsirlər yaradır. Zəhər qan dövranını sürətləndirir, ağrını azaldır və iltihabı yox edir. Bu müalicənin onsuz da astma və MS kimi xəstəliklərin müalicəsində alternativ kimi istifadə edildiyi bildirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər