RSS
 

Login:
Şifrə:
» » Mir Heydər ağanın günbəzi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mir Heydər ağanın günbəzi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-12-2015, 22:48 | Şərh sayı: (0) | Baxılıb: 475

Mir Heydər ağanın günbəzi


Mir Heydər ağanın günbəzi


Mir Heydər, Hacı Mir Cəlal oğlu 1886-cı ildə İrəvan quberniyasının Zəngibasar mahalının Necli kəndində dünyaya göz açıb. Onlar 6 qardaş olublar, Mir Heydər ağa ailənin böyük övladı olub. Atalarının adı Mir Cəlil, əmiləri Mir Əsgər, Mir Əsəd, Mir Sadıq, Mir Əziz, Mir Tağı idi. Bu seyid ailəsinin nəsil şəcərəsi altıncı imam Cəfər Sadiqə (ə) gedib çatır.

Hacı Mir Cəlil ağa çox dövlətli adam idi. Deyilənlərə görə onun min hektarlarla torpağı, dəyirmanı və s. mülkləri olub, torpağının tən yarısını fəqir-füqəraya paylayıbmış. Torpaqlarından götürdüyü böyük məhsulun çəltik, buğdanın da xeyli hissəsini kasıblara verərmiş. O, əkini olanlar üçün iki baş, ya dörd baş öküz qoşqusunu ayırıb hədiyyə edərdi. O, həmişə övladlarına tapşırarmış ki, heç zaman elə yeyib işməyin, elə geyməyin ki, ətrafınızdakıların gücündən xaric işlər olmasın, çalışın xalqla bir səviyyədə yaşayın. Onların evinə gələni atalarının tapşırığı ilə süfrə açıb qonaqlayardılar. Seyid Mir Heydər ağagil üç qardaş olublar: Mir Heydər, Mir Məmməd, Mir Yu¬nis. Onların ata yurdunda Mir Məmməd ağa yaşayıb. Mir Yunis ağa uzun illər müəllim işləyib. Onların hər ikisi Bakıda rəhmətə getdilər və orada dəfn edildilər. Mir Heydər ağa ilk təhsilini molla məktəbində almışdı. Maddi vəziyyətləri yuxarı olduğuna görə atası onu Peterburq gimnaziyasına təhsil almağa yola salır. Seyid Mir Heydər ağa buranı əla qiymətlərlə başa vurub fərqlənmə diplomuyla bitirir. Bundan sonra isə Qori Müəllimlər Seminariyasında oxuyub. Təhsilini başa vurub, geri Ermənistana qayıdır, maarif şöbəsində çalışır, sonra burada müəllim işləyir, 3-4 il işlədikdən sonra bu təhsilinin yanında dini savada da malik olmaq üçün ağa, Xorasana gedir, Müqəddəs Məşhəd şəhərində mədrəsədə dərin dini təhsil alır. O, çox istedadlı adam olub, birinci dünya müharibəsində və erməni-müsəlman savaşında yuzbaçı rütbəsiylə hərbi döyüşlərdə iştirak edib. O, 30 il müddətində Zəngibasarda Uluxanlı kəndində rus dili və ədəbiyyat fənnindən dərs demişdi, bununla yanaşı dini fəaliyyətindən qalmamış, xalqın dini işlərinə rəhbərlik etmişdir. Sovetlər hakimiyyətə gəldikdən sonra ataları varlı olduğuna görə bu ailəyə qarşı təqiblər başlanır, onlar bir neçə dəfə məcburi surətdə Araz çayını o tərəf bu tərəfə keçməli olublar. Onlar Naxçıvanın Şərur mahalından bir kəndin yanından keçərkən ataları Mir Cəlil ağa xəstələnir, ölümcül yatağa düşür, vəfat edir, onu orada dəfn edib iri qara çay daşını başdaşı olaraq nişanə qoyurlar. Onlar yenidən İrana keçirlər, olmazın əziyyət çəkən imam övladları məcbur olub bir qədər sonra geri qayıtmalı olurlar, yolda ağanın iki bacısı rəhmətə gedir, nəhayət onlar Ermənistanda öz yurdlarında qərar tuturlar. O, yenidən maarif sahəsində bir qədər işləyir, lakin bədxah adamlar onu rahat buraxmır, onu işdən çıxardırlar. Ailənin yükü boynuna düşən Seyid Mir Heydər ağanın çox ağır günləri başlayır, o, çox götür-qoy edir, bir gün yuxusunda görür ki, məclisdir atası da orada əyləşib, yanındakı adamlar üzlərini göstərmir, atası onu çağırıb çiyni üzərindən ona bir vərəq və qələm uzadıb. Yuxudan oyanan seyid hiss edir ki, yaxın günlərdə onu xoş xəbər gözləyir. Elə həmin günün sabahı onu maarif şöbəsinə çağırıb Uluxanlı məktəbinə müəllim təyin edirlər. Sovet məmurları yenə ondan əl çəkmir, ondan atasının qızıllarını tələb edirdilər. Mir Heydər ağa deyirmiş ki, atam o qədər varlı idi ki, məni göndərərdi Batuma, qatarla taxıllarını yola salardı, orada bəzən məhsulu vaxtında satıb qurtara bilmirdim, atam xəbər göndərib deyirdi ki, nə qalıb payla xalqa, tez qayıt məhsul batır. Eyni zamanda Neclidəki adamlarına kasıblara buğda payladardı.

Bir dəfə yenə ağanı NKVD-yə çağırıb sorğu-suala tutub qızıl tələb edəndə həmin məmura zəng gəldi, o, bir nəfəri dindirdiyini dedikdə telefonun o başında olan şəxs dindirilənin kimliyiylə maraqlanır. Məmur Mir Heydər ağanın adını çəkdikdə o şəxs bərk qəzəblənmiş, onu təhqir edərək tez sərbəst buraxmasını tələb etmişdi.

Bir neçə il Uluxanlıda dərs deyəndən sonra 1953-cü ildə Mir Heydər ağagil Ucar rayonunun Alpout kəndinə köçüb gəliblər. Onun bir oğlu və bir qızı artıq Neclidə dünyaya gəlmişdi. (Onların ata yurdunda sonrakı illərdə baş verən hadisələrin səbəbiylə Mir Heydər ağanın qohumları evlərini ermənilərlə Bakıya dəyişmək məcburiyyətində qalmışlar. Evə gələn ermənilər içəri daxil olduqda dəhşətə gəlmişlər, içəri ilanla dolu imiş, onlar nə qədər çalışsalar da bir çarə tapa bilməmişlər. Deyilənə görə o ev hələ də boşdur, heç kim yaşamır. İstəyiblər buldozer gətirib uçursunlar, lakin sürücü və fəhlələr ilanları görən kimi oradan qaçıblar.) Ağa bu illərdə kömək edib öz kəndləri Neclidə ibtidai məktəb tikdirdi, bacısı oğlu Əlirza müəllimi oxutduqdan sonra oraya düzəltdi, o da uzun illər bu məktəbdə dərs dedi.
1956-cı ildə isə Mir Heydər ağagil Daştəpə kəndinə köçürlər. Ağanın üç oğlu dörd qızı olub: Mir Cəlil, Mir Cəmil, Mir Həsən, Xədicəbəyim, Səriyəbəyim, Fatiməbəyim, Laləbəyim. Onun 21 nəvəsi, 22 nəticəsi var. Onlar kəndə gələndən sonra bir qədər kirayədə qalıb sonra torpaq sahəsi götürüb kiçik bir ev tikdilər. Ağa Ucardan özüylə bir qədər mal-qarasını da gətirmişdi. Oğlu Mir Cəmil ağa nəql edir ki, atamın bir qara yunlu Sərxan adlı qoçu vardı. Onu özünə elə oyrətmişdi ki, ondan ayrılmırdı. Kənddən üç nəfər ağanın qoçunu oğurlayıb kəsmək istəyirlər, lakin görürlər ki, heyvan dişidir, onlar məəttəl qalırlar, çünki erkək olduğunu dəqiq bilirdilər. Burada başa düşürlər ki, nə isə qeyri-adi iş baş verir, onlar bərk qorxuya düşürlər, dəlil kimi erkəyi sağıb südü və qoçu da özləriylə gətirib ağaya göstərmiş, onun əl-ayağına düşüb bağışlanmalarını istəmişlər. Onlardan bir nəfər seyiddən uşaqlarından birinin kirvəsi olmasını xahiş etmişdi.

Onların həyətində dəfələrlə ilanların süründüyünü görənlər olub, qorxuya düşüblər, ağa onlara qorxmayın deyərək ilanlara yaxınlaşıb başlarına sığal çəkərək –gedin ey Allahın heyvanları, gedin- demişdi.

Seyidin bir kəraməti də bu idi ki, onun qapısına üz tutan əli boş qayıtmazdı. Xəstələrə, dərdi olanlara dua edər, mərəzlərinə məlhəm olardı. İmir Musa adlı bir şəxsi cünun olmaq səbəbiylə arabaya bağlayıb gətirmişdilər. Ağanın bir duasıyla elə orada şəfa tapmışdı. O şəxs seyidin bu yaxşılığını uzun illər unutmamış, əkdiyi bostanın məhsulundan həmişə ağaya hədiyyə gətirərdi.

Ağanın kəramətlərini saymaqla tükənməz. Bundan başqa o, ərəb-fars dillərini mükəmməl bilmiş, cavanlara anlamlı olsun deyə öz gözəl dəst-xətti ilə kitabları kiril əlifbasına çevirərdi. Ağanın ərəb əlifbasıyla yazılmış xeyli kitabı olub. Ağa həm də incə təbə malik şair idi, onun gözəl şerləri olub. Ağanın iti ağlı, güclü hafizəsi vardı. Bəzən danışdığı hər hansı bir sözü 50 il qabaq öyrəndiyini deyərdi. O, sovetlər dövründə keçirilən təziyə məclislərində iştirak edər, dərin məzmunlu dini söhbətlər edərdi. O, klassiklərin şerlərindən çoxunu əzbər bilərdi. Onların şerlərindən seçmələri 400 səhifəlik əlyazma şəklində yazıb toplamışdı. O, balacaboy, ağbəniz, çox səliqəli və sağlam adam idi. Dəqiq rejimlə həmişə halal və təmiz təamlar yeyər, bal və ədviyyələrdən şərbətlər düzəldər, bitkilərin dəmləməsini içərdi. O, öz əliylə sirkə hazırlayar, yediyi xörəyə bir-iki qaşıq töküb yeyərdi. Heç zaman mağazadan alınma yağ yeməzdi, evdə hazırlanan kərə yağından istifadə edərdi. Yediyi xörəklər əsasən əriştəli aş və döymənc və bu kimi sadə yeməklər olardı. Səhərdən-axşama qədər fiziki işlə məşğul olardı, bağ-bağçada işləyər, ağacları budayar, diqqətlə qulluq edərdi. Müxtəlif məclislərə gedəndə yüzlərlə adam onun ayağına qalxardı. O, sözə başlayanda hamı bir nəfər kimi ona qulaq asardı. Ağanın altı dəfə evliliyi olub, lakin övladları çox gec dünyaya gəlib. Onun sonuncu qızı anadan olanda 86 yaşı var idi. Uzun və bərəkətli ömür sürdü Mir Heydər ağa, nəhayət 1980-ci il avqustun 26-da fani dünyaya vida edib öz Rəbbinin rəhmətinə qovuşdu. Onun məqbərəsi Daştəpə kənd qəbiristanlığında ziyarətgahdır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor