Ölüm əlaqələri kəsir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-10-2015, 00:43 | Şərh sayı: (0) | Baxılıb: 1168
Ölüm əlaqələri kəsir
Ölüm əlaqələri kəsir
Diqqət yetirilməli mühüm məsələlərdən biri də budur ki, bərzəx aləminin çətinliklərindən bir qismi dünyada əlaqə bağladığı şeylərdən ayrılıq nəticəsində fəraq oduna yanmaqdır. Yəni əgər hər hansı bir şəxs bir şeyə əlaqə və məhəbbət bağlasa, ondan ayırlanda nə qədər zəhmətə düşür. Məsələn, əgər kişinin gözəl bir arvadı olsa, öləndən sonra (bu dünyada sağ qalan arvadı üçün) nə qədər təəssüflənir. Bəzən bu cür hadisələr camaatdan bəzilərinin hətta dəli olmasına gətirib çıxarır. Bizim qohumlardan birinin (Allah ona rəhmət eləsin) 20 yaşlı övladı ağır xəstəliyə tutulub can vermə halına düşdü. Oğlunu bu halda görən ata dəstəmaz alıb sidq-qəlbdən dedi: "İlahi, əgər oğlumu almaq istəyirsənsə, əvvəlcə məni apar.” Onun duası qəbul oldu: ata öldü, oğul isə diri qaldı.
Ölümün mənası
ölüm nə deməkdir? ölüm–yəni, fəraq, hicran, ayrılıq. Bəzilərini görürsən ki, arvad-uşağının, ailəsinin, sərvətinin fərağında yanır. Bu özü bərzəx aləminin ruhi əzablarından biridir ki, onun nümunəsi bu dünyada da mövcuddur. Amma bu dünyada insanlar özlərini tiryək, nə”şə, siqaret, qəzet oxumaq və s. ilə başını qatır, amma bərzəx aləmində bu cür baş qatmalar mövcud deyil. Məqsəd budur ki, insan bütün əlaqələrini bu dünya ilə kəsməlidir. Təki, bərzəxdə onların hicranında yanmasın.
Qeys ibni Asim Bəni Təmim qəbiləsindən olan bir dəstə ilə Mədinəyə, Həzrət Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna getdi. Həzrətin hüzuruna çatanda, ondan hərtərəfli xeyri olan bir möv”izə istədilər. (Qeys islamdan qabaq böyük alimlərdən və həkimlərdən sayılırdı.) Həzrət buyurdu: Hər izzətin müqabilində bir zillət vardır. Həyatdan sonra ölüm var, hər əməlin əcri, əvəzi var. Bu kəlamın mənası budur ki, baxma ki, bu halda ürəyin istədiyi işləri görürsən, amma bütün işlərin hesab-kitabı vardır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər