İslamda zarafat |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-12-2015, 14:25 | Şərh sayı: (1) | Baxılıb: 1871
İslamda zarafat
İslam dininin ən önəm verdiyi məsələlərdən biri də əxlaqdır. Bunu biz tarixə nəzər saldıqda da görə bilərik. Belə ki, İslam peyğəmbərinin (s) ətrafına toplaşan və onun gətirdiyi dini qəbul edən insanların çox böyük hissəsi Onun gözəl əxlaqına xatir islamı qəbul etmişdirlər. Necə ki peyğəmbər də öz kəlamında buyurur: “Mən əxlaqın gözəlliklərini kamillşdirmək üçün seçilmişəm.” Bu kəlam bir daha islamın əxlaqa verdiyi dəyəri çatdırır.
Biz müsəlmanların hazırkı zamanda öhdəmizə düşən ən mühüm vəzifələrimizdən biri də Peyğəmbərin (s) bu gözəl əxlaqını öz həyatımızda yaşamaqla başqa insanlara göstərək və islamı dilimizlə deyil əməlimizlə təbliğ etməkdir.
Hazırkı məqalədə haqqında bəhs edəcəyimiz mövzu, zarafat isə əxlaqi və ictimai bir mövzudur.
Belə ki çox az millət və cəmiyyət tapmaq olar ki, o cəmiyyətin arasında zarafat deyə bir şey movcud olmasın. İctimai həyatın sıxıntılarının çox olması və insanların bu sıxıntılardan çıxması və sağlam rabitə qurması üçün zarafat kimi şeylər zəruridir. Əslində zarafat insanın fitrətindən gələn bir haldır. Zarafat insanda xoş duyğular əmələ gətirir və insana xoş ruhiyə bəxş edir. Cism və ruhun yorğunluğu sağlam gəzinti və zarafat ilə aradan qaldırılır.
İctimaiyyətdə bəzi insanlar həyatlarında zarafata daha çox yer verirlər bəzi insanlar isə daha az. Lakin islam dinində zarafat etməyin öz ədəbləri mövcuddur ki, müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməlidir. Nə insan həddindən çox zarafat etməməlidir ki, bu iş insanın şəxsiyyətinin aşağı düşməsinə səbəb olur, nə də ki zarafatdan uzaq olmamalıdır çünki həmişə sıxıntı halındı olmaq və həmişə yorğun halda olmaq İslamı kobud bir din kimi tanıtmağa səbəb olar. Amma dinimizdə xoşhal olmaq, başqalarını şad etmək bəyənilmiş xüsusiyyətlərdəndir həddindən çox olmamaq şərti ilə. Əhli-beyt (ə) məktəbinin rəhbərləri də bu cür olublar. Zarafat etmək əgər ağlasığan səviyyədə olarsa, sevinc gətirər. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, insanları şənləndirmək bəyənilmiş işlərdəndir. O Həzrət buyurur: “Allah yanında ən sevimli iş odur ki, möminin qəlbini şadlandırasan”. Peyğəmbər (s) öz həyatı zamanında həmişə o kəslə zarafat edərdi ki onu şad edə. Peyğəmbər bizim üçün nümunədir biz də gərək zarafatlarımızda və başqa işlərimizdə ondan itaət edək. Onun rəftarlarını öz rəftarlarımızda tətbiq edək.
Məsumlardan (ə) bizə catan hədislərə əsasən bizə aydın olur ki zarafat etmək bir həddə qəbul olunur ki həddi aşmayasan və islamdan kənara cixmayasan. İmamlarımız mütləq surətdə zarafat etməyi qadağan etməyiblər. Bəlkə onların özləri də xüsusi şəraitlərdə zarafat ediblər.
Peyğəmbər (s) buyurur: “Mən zarafat edirəm amma haqqdan başqasını demirəm”.
İmam Sadiq bir şəxsə buyurur: “Aya bir-birinizlə zarafat edirsizmi? O kişi dedi: Çox az zarafat edirik. İmam (ə) buyurdu: Belə olmayın zarafat edin çünki zarafat şadlığın nişanəsidir zarafatın vasitəsi ilə öz din qardaşınızı şad edin. Sonra buyurdu: Allahın rəsulu başqasını şad etmək üçün onunla zarafat edərdi”.
Başqa bir yerdə isə həzrət Əli (ə) buyurur: “Allahın rəsulu (s) nə vaxt ki, öz səhabəsini kədərli görsəydi onu, zaraftla xoşhal edərdi”.
Bu hədislərdə Peyğəmbərimiz (s) və məsum İmamlarımız (ə) bizlərə mömin qardaşlarımızın kədərli anlarında onlarla zarafat etməyimizi və onları şad etməyimizi tövsiyə ediblər. Zarafatla və ya başqa bir vasitə ilə bir mömini xoşhal etmək onun qəlbini sevinclə doldurmaq Allahı şad edər. Və biz insanların da dünyadaki ən böyük müvəffəqiyətimiz yalnız və yalnız Allahın razılığını qazanmaq və iblisi yox Onu şad etməyimizdi
Zarafatın İslamdaki hədləri
Çox zaman cəmiyyətdə olunan zarafatlar lağ etmə, yalan, yersiz və hətda söyüncla olunan zarafatlardırlar. Əgər bir cavan başqa bir cavanla zarafat edirsə bir-birlərinə lağ edir ve bəzən da ela bir həddə çatır ki, zarafatlarında özlərini yetərsiz görüb valideynlərinə də yer ayırırlar. Və başlayırlar bir-birlərinin valideynlərinə lağ etməyə hətta bəzən hədlərini aşıb onlara söyməyə. Bu vaziyyət çox pis bir hal olmağına baxmayaraq təəssüflər olsun ki, cəmiyyətdə adi hala cevirilibdir. O insanlar ki, islamda onlara “off” demək belə qadağan olunub amma biz nəinki onlara of deyirik hətda dostlar arasında zarafatlaşanda bir-birimizin valideynlərimizə lağ etməklə yanaşı onlara edilən söyünçləri də gülər üzlə qarşılayırıq. Bu bizi heç də narahat etmir əksinə adını zarafat qoyub gülür əylənirik də. Ola bilsin də bəzi zamanlar belə zarafatlar birinin xətrinə dəyə amma dostdumdur deyib susmağı öz valideynlərinin haqqında daha üstün bilirlər.
Şeyx Abbas Qumi öz kitabında lağ etməyin aqibəti barəsində bir hadisə nəql edir yazır ki: Bağdad şəhərində bir qadını gördülər ki tələsik harasa gedir, ondan soruşdular: Belə tələsik hara gedirsən? Dedi: İmam Musa ibni Cəfərin (ə) hərəminə gedirəm oğlum zindana düşüb İmamdan (ə) istəyəcəm ki o, zindandan azad olsun. Hənbəli məzhəbindən olan bir kişi lağla dedi: Musa ibni Cəfər (ə) özü zindanda öldü, necə ondan istəyəcən ki o, sənin oğlunu azad etsin? O qadın həmin yerdə əllərini dua etmək üçün göyə qaldırdı və dedi: Allahım o, kəski zindanda öldürüldü ona xatir öz qüdrətini mənə aşkar et!. Qadın du etdiyi halda gördüki oğlu zindandan azad olub və ona tərəf gəlir, və bu zaman bir nəfər həmin hənbəli məzhəbindən olan kişiyə xəbər gətirdiki oğlu zindana düşüb. (Ənvar-əl-bəhiyyə s.320)
Müsəlmanların bir-birinə rişxənd etməsi onların arasındaki sevgini yox edir. Allah rəsulu (s) buyurur: Müsəlman müsəlmanın qardaşıdır. O, onun xətrinə dəymir, onu köməksiz qoymur və ona həqarətlə baxmır, təqva bax burdadır.
Bu hədisdə müsəlman müsəlmanın qardaşıdır. O, onun xetrinə dəymir və onu köməksiz qoymur deyə buyurulur. Görəsən bizim zarafatlarımız necə öz qardaşımızın xetrinə dəyir ya yox. Bəzən edilən zarafat qarşındakının xətrinə dəysə də amma müsəlman qardaşıdır deyə o öz narahatcılığını biruzə vermir.
Bu hallar həddindən artıq zarafat etməkdən irəli gəlir.
Həzrət Peyğəmbər (s) buyurur: “Həddən artıq zarafat etmək abır-həyanı aparar və həddən artıq gülmək imanı məhv edər”.
Başqa bir hədisdə isə İmam Əli (ə) buyurur: “O kəs ki, həddən artıq zarafat edər, ona görə yüngül təbiətli olar, o kəs ki, həddən artıq gülər, vüqarı aradan gedər”.
O zaman ki zarafat həddini aşır və ifrat həddinə çatır təhqirə səbəb olar. Bu isə iki möminin arasında kin-küdurətə səbəb olar. Bizim isə əvvəldə dediyimiz kimi zarafat etməkdən məqsədimiz möminin kedərini aradan aparmaq olmalıdı onu kedarlandirmək yox.
Hədislərdən göründüyü kimi, hər bir işin həddi olduğu kimi, zarafatın da həddi vardır. Peyğəmbərimiz (s), İmamlarımız (ə) zarafatcıl insanlar olublar, ancaq heç bir zaman hədlərini aşmayıblar.
Həddini aşan və yersiz zarafatlar sahibini xar edər, şəxsiyyətini alçaldar və vüqarını ayaqlar altına salar. Ona görə də zarafatın həddini bilək ki, davamlı və səmimi dostluğ rabitələrinə malik ola bilək. Zarafat həddini aşanda insan zarafatın yerlərini də unudur və nə vaxt və harda olur olsun zarafat edir hətda namazda belə. Namazın vaxtı catanda gərək bizdə mənəvi bir hal ola cünki bütün aləmin sahibi bizə bir vaxt təyin edib ki onunla söhbət edək. Əgər biz bu söhbət zamanını dəyərsiz bilir və öz dostlarımızla zarafat ediriksə yəqinən bilək ki biz hələ bilmirik kimin qarşısında dayanmışıq və kiminlə söhət edirik.
İslam dini şəriətlə tamamlanan bir din deyil. Peyğəmbər (s) bizim üçün yalnız şəriəti gətirməyib ilk növbədə bizim üçün gözəl əxlaqı gətirib və peyğəmbərliyə seçilməsinin ən üstün hədəflərindən biri də əxlaqdır. İnsan gərək həyatındakı hər bir işində Məsumları (ə) özünə nümunə bilə hətda zarafat etməkdə belə. Əgər belə etmiriksə hansı haqqla özümüzü şiyə adlandırıq.
Allah bizi mömin qardaşımızı şadlandıran zarafat edənlərdən qərar versin və o zarafatlar ki, Allahı və bəndəni narahat edir bizdən uzaq etsin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər