Məhərrəm - fədakarlıq və şəhadət ayı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-10-2015, 23:59 | Şərh sayı: (0) | Baxılıb: 310
Məhərrəm - fədakarlıq və şəhadət ayı
İmam Hüseyn (ə) ayı, fədakarlıq və şəhadət ayı, ən üstün əxlaqi keyfiyyətlərin aşkara çıxması ayı olan bu ayın sayəsində möhkəm, əsaslı və xalqın müxtəlif təbəqələrinin ehtiyac duyduğu mətləblərlə cəmiyyətimizi və xalqımızı yüksəliş və təkamülə bir addım da yaxınlaşdırıb Allahın razılığını qazana biləsiniz.
"Biz məhərrəmin nəticələrini öz həyatımızda görürük!”
Biz inqilab məhərrəmi və İmam Hüseyn (ə) məhərrəmi ərəfəsindəyik. Bu hərəkatın məhsullarından biri İslam Respublikası quruluşudur. İnqilab dövrünün məhərrəmi inqilabdan öncə bizim dövrümüzdəki və bizdən qabaqkı məhərrəmlərlə fərqlənir. Bu məhərrəmlər mənəviyyatın, ruhun və düzgün məqsədlərin aydın hiss olunduğu məhərrəmlərdir. Biz öz həyatımızda məhərrəmin nəticələrini görürük. İslam hakimiyyəti, İslam sözünün ucalığı, İslamın sayəsində dünya məzlumlarının qəlbində ümid yaranması məhərrəmin təsirlərindəndir.
Biz öz dövrümüzdə məhərrəmə onun məhsulu ilə birgə sahib olmuşuq. Bu məhərrəmlə necə rəftar etməliyik? Cavab budur ki, biz ruhanilər, bütün din alimləri, bütün təbliğatçı və məddahlar Aşura məsələsinə və Hüseyn ibn Əlinin (ə) müsibətlərinə ciddi, əsaslı və şüardan uzaq bir məsələ kimi diqqət yetirməlidirlər. Doğrudan, əgər məsələyə ciddi yanaşmaq istəyiriksə, bunun yolu nədir?
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər