Müsəlmanlar qardaşdırlar! |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-09-2015, 22:41 | Şərh sayı: (0) | Baxılıb: 347
Müsəlmanlar qardaşdırlar!
Peyğəmbərin (s) bəlkə də Mədinəyə daxil olduğu ilk aylarda gördüyü işlərdən biri müsəlmanlar arasında qardaşlıq yaratmaq idi. O, müsəlmanları bir-birilə qardaş etdi. Bir-birimizlə qardaş olduğumuzu deməyimiz İslamda bir kompliment deyil. Yəni müsəlmanlar həqiqətən bir-birlərinə qarşı qardaşlıq haqqına malikdirlər, bir-birinə borcludurlar; (doğma) qardaşların bir-birinə qarşı öhdəlikli olduqları və qarşılıqlı hüquqlara əməl etməli olduqları kimi. Peyğəmbər (s) bunu həyata keçirdi.
O, müsəlmanlari iki-iki formada bir-birinə qardaş etdi. Bunların təbəqələrinə, ailələrinə, Mədinə və Qüreyş zadəganlarının zadəganlığına riayət etmədi; qara qulu böyük bir şəxslə, azad olunmuş qulu Bəni-Haşimin, yaxud Qüreyşin məşhur bir ağa övladı ilə qardaş etdi. Hər halda bu qardaşlığın müxtəlif cəhətləri vardı. Onun ən mühüm cəhətlərindən biri bu idi ki, müsəlmanlar bir-birinə qarşı qardaşlıq hissi keçirsinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər