Fatimə necə doğuldu? |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 15-05-2016, 22:10 | Şərh sayı: (0) | Baxılıb: 392
Fatimə necə doğuldu?

Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır və mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq».
Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bəzi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıq – Sarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə) bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi.(«Bəhar».)
Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa məbud yoxdur və atam onun peyğəmbəridir».
Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər