Toy ərəfəsində dua |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 21-01-2016, 21:56 | Şərh sayı: (0) | Baxılıb: 1980
Toy ərəfəsində dua
Allahla münacat etmək, dua edərək ondan nə isə diləmək bütün hallarda bəyənilir və bu iş ibadət kimi dəyərləndirilir.
Dua, əlini Allaha açma zamanlarından biri də toy mərasimindən öncəki günlərdir.
Bu zaman duanın qəbul olunma ümidi daha çoxdur. Çünki bu zaman şər᾽i istək və diləklərin həyata keçməsinə daha çox zəmin yaranmışdır.
Əmirəl-mö᾽minin Əli (ə) buyurmuşdur: «Ailə qurmaq məqsədi olan şəxs iki rək᾽ət namaz qılaraq, «Həmd» və «Yasin» surəsini oxusun. Namazını sona yetirdikdən sonra Allaha həmd-səna edərək desin: «İlahi! Mənə əməlisaleh, məni sevən, övlad dünyaya gətirən, məmnun olan, qənaətcil və qeyrətli bir zövcə nəsib et. Belə ki, ona yaxşılıq etdikdə təşəkkür etsin, haqqında xətaya düşdüyümdə məni əfv etsin. Səni yad etdikdə mənə kömək etsin, bunu unutduqda yadıma salsın. Mən onunla birlikdə olmadıqda heysiyyətimi qorusun, onun yanına gəldikdə isə qəlbi sevinclə dolsun. Əmr etdikdə əmrimə müt᾽i olsun, and verdikdə anda riayət etsin, ona qarşı qəzəbləndikdə razı qalsın. Pərvərdigara! Bu diləkləri mənə əta et. Mən yalnız səndən dilədim. Sənin təqdirindən qeyrisi nəsibim olmaz». Sonda Həzrət buyurdu: «İzdivac ərəfəsində bu işi görən şəxs Allahın lütf və mərhəməti ilə diləklərinə yetəcəkdir»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər