RSS
 

Login:
Şifrə:
» » Devalvasiyadan sonra istehlak bazarındakı qiymətlərin son durumu və gözləntilər - ARAŞDIRMA

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Devalvasiyadan sonra istehlak bazarındakı qiymətlərin son durumu və gözləntilər - ARAŞDIRMA

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 23:48 | Şərh sayı: (0) | Baxılıb: 885

Devalvasiyadan sonra istehlak bazarındakı qiymətlərin son durumu və gözləntilər - ARAŞDIRMA


Devalvasiyadan sonra istehlak bazarındakı qiymətlərin son durumu və gözləntilər - ARAŞDIRMA


Dekabrın 21-də Azərbaycanda baş verən devalvasiyadan sonra istehlak bazarında qiymət artımı müşahidə olunmaqdadır.

APA-nın apardığı araşdırma göstərir ki, gündəlik tələbat məhsullarının əksəriyyətinin qiymətində 20-30%-lik artım baş verib.

Paytaxtın iri mağazalarının satıcıları ilə söhbət əsnasında öyrəndik ki, qiymətlər bu gün səhər saatlarından etibarən qalxıb. "Səhər firmalar gətirdikləri məhsulların yeni qiymətlərini təqdim ediblər və yeni qiymətlərə uyğun olaraq satış həyata keçirilir", - deyə satıcılardan biri bildirib.

Qiyməti artan məhsullara gəlincə, bu qəbildən olan mallara ərzaq məhsulları aiddir. Məsələn, devalvasiyayadək qiyməti 5 manat olan "Azərçay" hazırda 7,30 manata, 0,68 manata olan "Lafarella" makaronları 0,85 manata, 0,57 manata olan "Doymak" makaronu 0,70 manata, 3,99 manata olan 500 qramlıq "Westgold" yağları 4,90 manata, salfetlər 0,50 manatdan 0,60-0,70 manatadək bahalaşıb.

Satıcılar ən çox qiymət artımının yağ məhsullarında qeydə alındığını bildirib. Bundan başqa, tütün məmulatlarının qiymətində də bahalaşma müşahidə olunur.

Maraqlıdır ki, alıcılar istehlak məhsullarını devalvasiyaya qədər olduğu kimi az miqdarda (normasında) deyil, böyük həcmdə almaqda israrlıdır. Bunun qarşısını almaq məqsədilə bir sıra iri mağazalar alınacaq məhsulların sayına limit tətbiq edir.

Artıq məsələ ilə bağlı bazardakı iri şirkətlər də öz mövqeyini bildirib. "Veysəloğlu" Şirkətlər Qrupunun açıqlamasında qeyd edilir ki, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi onun distributorluq etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək: "Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir". Şirkət iddia edir ki, bu gün hər hansı süni qiymət artımından söhbət gedə bilməz, yalnız yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib.

"Gilan Holdinq"dən isə APA-ya bildiriblər ki, milli valyutamızın devalvasiyaya uğraması idxala əsaslanan məhsulların bahalaşmasına səbəb ola bilər. Bununla yanaşı, açıqlamada qeyd edilir ki, yerli istehsala əsaslanan məhsulların satış qiymətində ciddi artım müşahidə olunmayacaq.

Məhsulları ilə istehlak bazarında ciddi mövqeyə sahiblənən "Azərsun Holdinq" məsələyə münasibət bildirməyib.

Devalvasiyanın tikinti və tikinti materialları bazarına təsiri barəsində danışan "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə bildirib ki, tikinti materialları bazarında qiymət artımı gözləniləndir: "Tikinti bazarında qiymət artımının baş verəcəyi gözlənilir. Təbii ki, idxal olunan tikinti materiallarında qiymət artımının olması gözləniləndir. Bununla yanaşı, devalvasiyadan sonra yerli tikinti məhsullarının da qiyməti arta bilər. Bu məsələdə bir neçə amil var. Ümumilikdə, tikinti materiallarının qiyməti 15-20% civarında artacaq".

Tikinti sektorundakı qiymətlərlə bağlı gözləntilərini dilə gətirən ekspert bunları qeyd edib: "Tikinti bazarında tikinti materiallarının ümumi maya dəyəri 38-40%-dir. Əgər tikinti materiallarının qiyməti 7-8% qalxarsa demək ki, tikintinin maya dəyərində onun payı 3% olacaq, ondan artıq olmayacaq".

Avtomobil bazarını da qiymət artımı gözləyir. Yaponiya istehsalı avtomobillərin Bakıdakı rəsmi dillerinin rəhbəri Mustafa Abbasbəyli bildirir ki, manatın devalivasiyası ölkəyə gətirilən maşınların qiymətinin artırmasına səbəb olacaq: "Qiymət artımı devalvasiyaya proporsional və ya ona yaxın həddə baş verəcək".

M.Abbasbəyli əlavə edib ki, onsuz da, passiv vəziyyətdə olan "ikinci əl" avtomobil bazarı devalvasiyadan sonra daha da passivləşəcək. Ekspertin fikrincə, "ikinci əl" bazarda qiymətlər 15-20% enəcək.

Yeri gəlmişkən, bu gün Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev istehlak bazarında baş verə biləcək proseslərdən danışıb. Nazirin sözlərinə görə, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq məqsədilə bütün zəruri tədbirlər görüləcək: "Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq".

Ş.Mustafayevin rəhbərlik etdiyi qurumun yaydığı bəyanatda isə deyilir ki, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.

Bununla əlaqədar Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor