RSS
 

Login:
Şifrə:
» » Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir ?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir ?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-01-2016, 00:44 | Şərh sayı: (0) | Baxılıb: 1427

Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir ?


Nə üçün şiələr “Ya Rəsuləllah”(s), və ya “ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir ?


Sual: Nə üçün şiələr "Ya Rəsuləllah”(s), və ya "ya Əli”(ə) deyərkən sünnə əhli etiraz edir və bildirir ki, dünyadan getmiş adamı çağırmaq şirkdir və təkcə "ya Allah” demək olar?

Cavab: Bu etirazları doğuran İbn Teymiyyə və İbn Bazın "ölüləri çağırmaq şirk və küfrdür” kimi sözləridir. Əvvəla müsəlmanlığın meyarı şəhadət kəlmələri deməkdir. Həmin kəlmələri deyən şəxsin canı və malı möhtərəmdir, həm də insan belə sözlər deməklə dindən çıxmaz.
"Səhihe Buxari”də Ömər ibn Xəttabdan nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mən xalq "la ilahə illəllah” deyənədək onlarla vuruşmağa məmuram. Kim "la ilahə illəllah” desə malı və canı amandadır...” Bu rəvayət "Səhihe Müslim”də də nəql olunmuşdur.
"Səhihe-Buxari”də belə bir rəvayət də nəql olunmuşdur:
"Allahın Rəsulu (s) Bədr döyüşündə öldürülmüş iyirmi dörd nəfərin cəsədini Bədr quyularından birinə atmağı əmr etdi. Üç gündən sonra səhabələri ilə buradan keçərkən quyuya yaxınlaşıb onları adbaad çağırdı və buyurdu: " Əgər Allaha və onun rəsuluna itaət etsəydiniz, şad olmazdınızmı? Həqiqətən də, biz Allahın vəd etdiyini tapdıq. Siz də Onun vəd etdiyini tapdınızmı?” Ömər Peyğəmbərdən soruşdu ki, cansız cəsədlərləmi danışır? Həzrət (s) buyurdu ki, and olsun o kəsə ki, Məhəmmədin canı onun əlindədir, dediyim sözləri onlar sizdən daha yaxşı eşidir.” Başqa bir rəvayətdə nəql olunur ki, Allahın Rəsulu (s) qəbir ziyarətində ölülərə xitabla buyururdu: "Salam olsun sizə, ey qəbir əhli...”
Digər bir rəvayətdə nəql olunur ki, Ömərin oğlu Əbdullah Peyğəmbəri (s), Əbu Bəkri və Öməri ziyarət edərkən dedi: "Əssəlamu ələykə ya rəsulallah, əssəlamu ələykə ya Əbu Bəkr, əssəlamu ələykə ya əbəta”
Qeyd edək ki, dünyanın bütün müsəlmanları namazın təşəhhüdündə deyirlər: "Əssəlamu ələykə əyyuhənnəbiyy”, yəni "salam olsun sənə, ey Allahın rəsulu.”
İbn Teymiyyə və İbn Bazın sözlərindən belə çıxır ki, hər gün namazda Peyğəmbərə (s) salam göndərən müsəlmanlar müşrik və kafirdirlər.

Kiçik bir mübahisə

Məscidün-nəbidə namazdan sonra üzümü Peyğəmbərin (s) məzarına tutub dedim: "Əssəlamu ələykə ya rəsuləllah”. Yanımda dayanan şəxs dedi: "Nə üçün bu qədər uzaqdan "ya rəsuləllah” deyirsən? Bu caiz deyil.”
Dedim: Məgər "ya rəsuləllah” kəlməsi ilə "ya əyyuhənnəbiyy” kəlməsi arasında fərq var? Məgər sən hər namazında Peyğəmbərə (s) salam vermirsən?.. Müsahibim səhvini anlayıb, üzr istədi və uzaqlaşdı.
Bəzən deyirlər ki, şiələr ibadət ünvanı ilə məsumları çağırırlar. Hansı ki, kimsə ibadət məqsədi ilə "ya rəsuləllah”, "ya Əli” demir.
Qeyd edək ki, sünnə əhli, hətta İbn Teymiyyə və İbn Baz etiraf edirlər ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldığından cavab da verirlər. Amma öz dediklərinə zidd çıxaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayırlar. Əslində isə kiminsə ölülərə ibadət etməsi, Peyğəmbəri (s) və Əlini (ə) xaliq sayması gülünc iddiadır.
Məscidün-nəbinin kənarında vəhhabilərdən biri bir şiəyə deyirdi ki, siz Əlini Allah bilir və ehtiyaclarınızı ondan istəyirsiniz. Şiə belə cavab verdi: "Mən özünü Allah sayan Əlini (ə) qəbul etmirəm.”

Geniş bir mübahisə

Onlardan biri mənə dedi: "Şiələr Peyğəmbərə (s) və Bəqidəki imamlara ibadət edirlər. Üzü qəbirlərə doğru dayanır, əllərini dua üçün açır və onlardan arzularını, xəstələrinə şəfa diləyirlər.”
Dedim: "Şiələr dualarında deyirlər: "Çarəsiz qalıb Ona dua edən kəsin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisi buyuran Allah daha yaxşı deyilmi?! Məgər Allahdan başqa tanrımı var?! Sən hansı əsasla şiələri qınayırsan?! Gəl Məşhəd şəhərinə və gör ki, minlərlə insan imam Rizanın (ə) qəbri arxada qaldığı halda, üzünü qibləyə tutub namaz qılır. Əlbəttə ki, məsumların ziyarətindən sonra dua zamanı üzü qibləyə tutmaq müstəhəbdir. Nə edək ki, bəziləri bu məsələyə diqqətsiz yanaşır. Amma üzü qəbrə dayanıb dua üçün əlləri qaldırmaq qəbir sahibinə ibadət sayılmamalıdır. Bu adamların hər biri Allaha yalvarır, ya da Peyğəmbər və imamları vasitəçi seçir ki, onlar Allaha vəsilə olsunlar. Heç bir şiə öz arzusunu Peyğəmbər (s) və imamlardan istəmir və anlayır ki, bütün işlər yalnız Allahın əlindədir.”
Dedi: "Elə müşriklər də bütləri vasitəçi seçiblər. "Allahı qoyub bütləri dost tutanlar deyirlər ki, bizi Allaha yaxınlaşdırmaları üçün bütlərə ibadət edirik.” Şiələr də Allaha yaxınlaşmaq üçün imamları çağırırlar.”
Dedim: "Misal gətirdiyin ayədə sualının cavabı var. Həmin ayədə deyilir ki, müşriklər bütlərə ibadət edirdilər. Bəli, bütpərəstlər bütlərə səcdə edir, onlara nəzir boyun alırdılar. Bir şiənin imama səcdə etdiyini görmüsənmi?! Bir şiə risaləsini gözdən keçirsəydin, belə sözlər danışmazdın. Bütün şiə risalələrində bildirilir ki, namaz yalnız "qürbətən iləllah”, yəni Allaha yaxınlaşmaq məqsədi ilə qılınmalıdır. Belə olmasa namaz, oruc, zəkat, həcc, bir sözlə bütün ibadətlər batildir.”
Dedi: "Biz şiələrin zahirən əməllərinə baxır, danışdıqlarını eşidirik. Həm də bizə deyirlər ki, şiələr "ya Allah” əvəzinə "ya Əli” çağırır, Hüseyn və Əbülfəzldən kömək istəyirlər.”
Dedim: "Əvvəla bir şəxsi çağırmaq ona ibadət etmək deyil. İbadət bir varlığı Allah sayaraq ona təzim etməkdir. Şiələr heç vaxt bu məqsədlə Allahdan qeyrisinə təzim etmirlər. Sən özün də buna şahid ola bilərsən. Şiələr cümə axşamı "Kumeyl”, ramazanda "İftitah” və "Əbu Həmzə”, qədr gecələrində "Cuşən-kəbir” dualarını oxuyurlar. Yüz bəndlik duanın hər bəndində "subhanəkə ya la ilahə illa əntə...”sözləri təkrarlanır.”
Dedi: "Doğrudurmu ki, şiələr Peyğəmbərdən sonrakı üç xəlifəni lənətləyirlər?”
Dedim: "Şiə rəvayətlərində mömini lənətləmək qadağan olunmuşdur. İmamlarımız buyururlar ki, lənət nahaq olduqda şəxsin özünə qayıdır.”
Dedi: "Xeyr xəlifələrə lənət oxumaq şirk və küfrdən də pisdir. Onlar behişt əhlidirlər və onlara lənət oxuyanlar cəzalandırılacaqlar. Bu işin qarşısı alınmalıdır.”
Dedim: "Əvvəla şiələr heç vaxt behişt əhlini lənətləməmiş və lənətləməzlər. İkincisi, de görüm Əli ibn Əbu Talib həmin xəlifələrdəndir, yoxsa yox? O, behişt əhli deyilmi?”
Dedi: "Əlbəttə ki, o, behişt əhlidir və raşidi xəlifələrdəndir.”
Dedim: "Bəs nə üçün Müaviyə onu düşmən tutur, onunla vuruşur, ona lənət oxumayanları cəzalandırırdı? Nə üçün Mədinə hakimi Mərvan Peyğəmbər (s) səhabələrinə əmr edirdi ki, Əliyə lənət oxusunlar? Məgər Əliyə lənət oxumaq şirk və küfrdən pis deyilmi? Bundan əlavə, xəlifələrə lənət oxumağın şirk və küfrdən pis olması hansı ayədə bəyan olunub? Bəli, möminə behişt əhlinə lənət oxumaq haramdır.
Bunu nəzərə alaraq, şiələr Əliyə lənət oxutduran Müaviyə və ali-Mərvana pis baxırlar.”
Dedi: "Axı bu barədə rəvayət yoxdur.”
Dedim: "Mötəbər kitabınız "Səhihe-Müslim”i yaxşı mütaliə et. Bəsrədə, Süffeyndə, Nəhrəvanda həzrət Əli ilə döyüşənlər, onu şəhid edənlər üçün Əliyə (ə) lənət oxumaq asan işdir.”
Müsahibim bir qədər fikrə gedib, sonra dedi: "Mən bu məsələni hökmən araşdıraram. Bir kitabda oxumuşam ki, şiələr sarı bir keçini dövrəyə alıb, onu Aişə adlandıraraq gülürlər. Doğrudanmı belə edirsiniz?”
Dedim: "Şiələrə qarşı böhtanlardan biri də budur. Şiəliyə qarşı yazılmış kitablarda mən də belə uydurma əhvalatlar oxumuşam. Əslində isə şiəlik ruhu bu səviyyədən çox-çox ucadır. Bəli, Aişənin ikili hərəkətləri şiələri narahat edir və suallar doğurur. Aişə Peyğəmbərin xanımı, "ümmül-möminin” olsa da öz hörmətini saxlamamışdır. Hər kəs özünə hörmət etməlidir ki, başqaları da ona hörmət etsin. Ömərin cəsədini naməhrəm hesab edib qəbirlə öz arasına divar çəkən Aişə günlərin bir günü dəvəyə minib, naməhrəm kişilərlə çiyin-çiyinə Peyğəmbərin (s) xəlifəsi ilə savaşa qalxır. Beləcə, Peyğəmbərin (s), həm də özünün hörmətini sındırır.”
Dedi: "Bu söhbətlər tarixdə qalıb, yaxşı olar ki, bu barədə danışmayaq.”
Təklif etdim ki, söhbətin ardını sabaha saxlayaq. O, razılaşdı və "hələ suallarım var”, dedi.
Səhəri gün həmsöhbətimin tək gəlmədiyini gördüm. O bildirdi ki, yanındakı şəxs dostudur və onun da sualları var. Məscidin bir kənarına çəkilib söhbətə başladıq. Dedilər: "Nə üçün şiələr Kərbəla torpağından şəfa istəyir, hətta şəfa üçün xəstəyə bu torpaqdan yedirirlər? Məgər torpaqdan şəfa olarmı?”
Dedim: "Allahın qüdrətinə şəkmi edirsiniz? Balı bir çox xəstəliklər üçün şəfa edən Allah üçün bu iş çətindirmi? Həzrət Yusifin köynəyini onun atasının gözlərinə dərman edən Allah deyildimi? Bu həmin Allahdır ki, Onun hökmü ilə bir parça ət ölüyə toxunan kimi ölü dirilir və öz qatilini tanıtdırır. Musanın əsasına böyük güc verən Allah Kərbəla torpağını şəfalı etməyə qadirdir. Ərəb olduğunuz halda Qurana bu qədər diqqətsizliyiniz təəccüb doğurur.”
Mən ayələri sadaladıqca onlar daha çox təəccüblənirdilər. Axır ki, deyilənləri qəbul etdilər və sonuncu suallarını verdilər:
"Nəzir Allaha aid olduğu halda, nə üçün şiələr imamlarına nəzir edirlər?”
Dedim: "Şiələr nəziri Allaha edir və onun savabını imamlara bağışlayırlar. Şiə fiqhində Allaha yaxınlıq məqsədi nəzirin niyyətində (siğəsində) qeyd olunur. Başqa şəkildə nəziri şiələr doğru saymır.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor