RSS
 

Login:
Şifrə:
» » Әmr sahibləri kimlərə deyilir?

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Әmr sahibləri kimlərə deyilir?

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-11-2015, 23:17 | Şərh sayı: (0) | Baxılıb: 353

Әmr sahibləri kimlərə deyilir?


Әmr sahibləri kimlərə deyilir?


«Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin. Әgər bir məsələdə ixtilaf etsəniz, Allaha və qiyamət gününə iman gətirmişsinizsə, o məsələni Allaha və Peyğəmbərə həvalə edin. Bu, xeyirli və nəticə etibarı ilə daha yaxşıdır.»
Allah-taala bu ayədə bütün möminlərə özünə, Peyğəmbərə və «əmr sahiblərinə» mütləq şəkildə itaət etməyi əmr edir. Ayədə itaət əmrinin mütləq və istisnasız olduğu diqqətdən kənarda qalmamalıdır. Allah-taala özünün və məsum Peyğəmbərinin itaətinin vacib olduğu miqdarda «əmr sahiblərinin» də itaətini də vacib etmişdir.
Allah-taalaya öz bəndələri tərəfindən mütləq şəkildə itaət olunması müzakirə və təhlilə ehtiyacı olmayan bir məsələdir. Həmçinin Peyğəmbərə (s) itaətin sorğusuz-sualsız vacib olması o qədər də dərin fikir və araşdırma tələb etmir. Çünki, Peyğəmbər (s) ilk növbədə ilahi vəhylə həmişə rabitədədir, buyurduğu bütün əmrlər bilavasitə ilahi əmr kimi qəbul olunur. Lakin «əmr sahiblərinin» itaətinin mütləq şəkildə əmr olunması, yəni onun itaətinin Allah və Peyğəmbərin (s) itaəti ilə fərqli olmaması bir anlaşılmazlıq və sual doğurandır: Bu «əmr sahibləri» kimlərə deyilir? Şübhəsiz ki, söhbət bütün ümmətin vahid rəhbərə itaət etməsindən gedir. Lakin bu rəhbər hansı keyfiyyətlərə malik olmalı, kim tərəfindən təyin olunmalıdır? Ötən bəhslərimizdə İslam ümmətinin rəhbərinin təyin olunması yolları barədə söhbət açmışdıq.
Bu ayədə itaətin vacib olunduğu «əmr sahibləri» qeyd olunan yolların hansı biri ilə təyin olunan rəhbərlərə deyilir?
1.İrsi yolla təyin olunan rəhbərlər;
2.Zor gücü ilə hakim olan rəhbərlər;
3.İcma və səs vermə yolu ilə təyin olunan rəhbərlər.
Çox təəssüflər olsun ki, bəzi alimlər kor-koranə şəkildə təyin olunma üsulundan asılı olmayaraq,
bütün hakim və rəhbərlərin «əmr sahibi» olduğunu və onlara itaətin vacib olduğunu demişlər.
Bu fikrin batil və bütün səmavi dinlərin mahiyyətinə zidd olduğunu isbat etmək o qədər də çətin deyil.
Elə isə ilahi peyğəmbərlər nə üçün öz zamanlarının zalım hakimlərinə itaət etmədilər? Nə üçün Musa peyğəmbər Fironun, İbrahim peyğəmbər Nəmrudun zülm və tüğyanları qarşısında qiyam etdi?
Zahirindən göründüyü kimi, bu təfəkkür tərzinin bünövrəsi qəsbkar əməvilər sülaləsinin hakimiyyət illərinə təsadüf edir. Demək istəyirlər ki, imam Hüseyn (ə) Allahın dinini təkzib edən mənfur Yezid ibni Müaviyəni (l.ə.) əmr sahibi hesab edərək onun əllərini öpməli idi!?
Söhbət yalnız icma və səsvermə üsulu ilə seçilən rəhbərdən gedə bilər ki, Allah-taala bu üsulla təyin olunan rəhbərə mütləq şəkildə itaət olunmasını vacib etmişdirmi? Diqqət etsək cavabın mənfi olduğunu qəbul etməli olacağıq.
İcma və səsvermə yolu ilə təyin olunan rəhbərin müəyyən dərəcədə səhv etməsinə ehtimal olunmurmu?
Xalqın əksəriyyətinin seçdiyi hər hansı bir şəxs günahdan uzaq və məsum hesab olunurmu?
Şübhəsiz ki, insanların zahiri keyfiyyətlərlə qiymətləndirib seçdikləri heç bir şəxs səhv və günah ehtimalından uzaq deyil. Çünki, biz insanlar bir-birimizin batinini görmək, qəlbindən xəbər verməyə qadir deyilik. Bəzən insanları tanımaqda, öz nikbinliklərimizdə elə böyük səhvlərə yol veririk ki, illərlə peşmançılıq çəkirik. Bəs Allah-taala səhv və günah ehtimalı olunan bir şəxsin (ehtimal az olsa belə) itaətini Öz itaəti qədərində vacib edə bilərmi?
Bu, yolu yaxşı tanımayan bir şəxsi başqalarına bələdçi təyin etməyə bənzəmirmi? Bütün aqil insanlar qəbul edirlər ki, mütləq şəkildə itaəti vacib olan şəxs hökmən məsum və günah ehtimalından uzaq olmalıdır.
İmam Fəxri Razi «Məfatihul-ğeyb» təfsirində bu ayəni şərh edərkən yazır:
«Әgər bu ayədə «əmr sahiblərinin» məsum olmadığını desək, iki zidd məfhumu bir yerə cəm etmiş olarıq – gecə ilə gündüzün bir vaxtda cəm olması kimi... (iki zidd məfhum dedikdə günah və itaəti nəzərdə tutur).»
Bəli, təsdiq etməliyik ki, itaəti sorğusuz-sualsız vacib olan şəxs mütləq məsum olmalıdır.
Bəs məsum şəxslər kimlərdir?
Ötən bəhslərimizin birində Әhzab surəsinin 33-cü ayəsində Әhli-beytin bütün günah və pisliklərdən paklanması və məsum olması barədə məlumat vermişik. Müxtəlif əhli-sünnət kitablarında Әhli-beytin Әli (ə)-a və onun övladlarına şamil olduğunu bəyan etdik. Bu barədə bir neçə mötəbər hədis gətirməklə bir daha həqiqəti açıqlayırıq:
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında Peyğəmbərdən (s) nəql edir:
«Mən, Әli, Həsən, Hüseyn və Hüseynin övladlarından doqquz şəxs bütün pisliklərdən paklanmış və bütün günahlardan məsumdurlar.»
Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında Salman Farsidən nəql edir:
«Peyğəmbər (s) əlini imam Hüseynin çiyninə qoyub buyurdu: O, imam oğlu imamdır. Onun sülbündən gələn doqquz imam ən yaxşı insanlar, əmanətdar və məsumdurlar.»
Gördüyünüz kimi bütün mötəbər hədislər göstərir ki, itaəti vacib olan «əmr sahibləri» ilahi əmrlə təyin olunan məsum imamlardır.
Bundan əlavə, digər hədislərdə və bu ayənin şərhində «əmr sahiblərinin» Әli (ə) və onun övladları olduğu açıq şəkildə bəyan edilmişdir:
Әbu İshaq Şeyxul-islam Həmvini «Fəraidus-simətəyn» kitabında, özünün mötəbər saydığı hədislərə istinad edərək yazır:
«Peyğəmbərdən (s) bizim əlimizə belə çatmışdır ki, «əmr sahibləri» Әli (ə) və digər Әhli-beytdir.»
İsa ibni Yusif Həmədani Şafei Səlim ibni Qeysdən nəql edir:
«Bir gün Әli (ə) bir dəstə səhabənin müqabilində Peyğəmbərdən (s) «əmr sahibləri» barəsində soruşdu. Həzrət buyurdu: Ya Әli! Sən onların birincisisən.»
Məhəmməd ibni Mömin «Risalətul-etiqadat» kitabında yazır:
«Әmr sahibləri Әli (ə)-ın barəsində nazil olmuşdur.»
Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında yazır:
«Peyğəmbər (s) Әlini Mədinədə canişin təyin edəndən sonra bu ayə Әlinin barəsində nazil oldu.»



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor