RSS
 

Login:
Şifrə:
» » Allah Rəsulu - Ən gözəl nümunə

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Allah Rəsulu - Ən gözəl nümunə

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-01-2017, 20:28 | Şərh sayı: (0) | Baxılıb: 304

Allah Rəsulu - Ən gözəl nümunə


Allah Rəsulu - Ən gözəl nümunəİsanların tərbiyəsində ilahi şəxsiyyətlərin həyat tərzi, rəftar və buyruqları böyük təsirə malikdir. Qurani-Kərimdə peyğəmbərlər və saleh insanlardan danışılmasının səbəbi də budur. Onların mələk siması təriflənir, həyat üsulu nümunə göstərilir. Allah-Taala Qurani-Kərimdə İslam Peyğəmbərini (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.”

“Qələm” surəsinin 4-cü ayəsində o həzrətin əxlaqı belə təriflənir:

وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ

“Həqiqətən, sən böyük əxlaqa sahibsən.”

İslam Peyğəmbəri (s) haqda bunu demək kifayətdir ki, Allah-Taala Qurani-Kərimdə o həzrəti böyük ehtiramla – “Ya əyyuhər-Rəsul!” (ey Rəsul) və “Ya əyyuhən-Nəbiyy!” (ey peyğəmbər) ləqəbləri ilə yad edir.

Peyğəmbər (s) müsəlmanları İslam cəmiyyətinin quruluşu üçün başlıca dayaq kimi əxlaq və rəftarlarını gözəlləşdirməyə dəvət edər və buyurardı:

إَنَّكُمْ لَنْ تَسَعُوا النّاسَ بِأَمْوالِكُمْ، فَسَعوهُم بِأَخْلاقِكُمْ

“Siz heç vaxt insanları mal-dövlətinizlə ələ ala bilməzsiniz, onları əxlaqınızla ələ alın.” (“Əl-mali”, Şeyx Səduq”, səh.68.)

Başqa bir hədisdə buyurur:

أَفاضِلُكُم أَحْسَنُكُم أَخْلاقاً، الْمُوَطِّئونَ أَكْنافاً، الَّذينَ يَأْلَفُونَ وَ يُؤْلَفُونَ، وَ تُوَطّأُ رِحالُهُم

“Sizin ən üstününüz ən yaxşı əxlaqı olan, ətrafındakılara kömək edib onlarla ünsiyyət yaradan, onları sevərək bir yerə toplayan və hacətlərini yerinə yetirən şəxsdir.” (“Üsuli-kafi”, 2-ci cild, səh.110.)

Peyğəmbər (s) xalq arasından çıxan, xalqla birgə dayanan dini, ictimai və siyasi bir rəhbər idi. Başqalarının məsləhəti və təcrübəsinə heç bir ehtiyacı olmadığı halda, onların rəy və fikirlərini qiymətləndirir, onlarla məşvərət və məsləhətləşirdi. Allah-Taala “Ali-İmran” surəsinin 159-cu aysində buyurur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

“Beləliklə, Allah tərəfindən olan rəhmətin sayəsində onlarla (öz ümmətinlə) mülayimdavrandın və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.”

Peyğəmbər (s) xalqa o qədər yaxın idi ki, xalq o həzrəti özündən bilir, sirlərini onunla bölüşürdü. Həzrətin evi rəhbərlik mərkəzi və xalqın toplaşdığı ev idi. Bu evdə yığıncaqlar təşkil olunardı, müsəlmanlar onun süfrəsi başına toplaşıb söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata varmışdılar ki, Həzrətin rahatlığını pozmuşdular, amma o həzrət kimsədən üz döndərmirdi. Bu zaman “Əhzab” surəsinin 53-cü ayəsi nazil oldu:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَن يُؤْذَنَ لَكُمْ إِلَى طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ إِنَّ ذَلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنكُمْ

“Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir).

İmam Əli (ə) də Peyğəmbərin (s) əxlaqı haqda buyurur: “Peyğəmbər (s) bir yerdə əyləşən və yaxud ayaqüstə bir işə görə həmsöhbət olan şəxs özü ayrılmayınca, o həzrət səbir edərdi. Ondan hacət istəyəni əliboş geri qaytarmaz, imkanı olmadıqda isə xoş bir sözlə yola salardı. O həzrətin hüzurunda heç kimin haqqı tapdanmaz, məclisində təmkin, həya, səbir və əmanətdarlıq tam gözlənilərdi, nə bir səs ucalar, nə nalayiq söz danışılar, nə də xətaları üzə deyilərdi və hamı bərabər hüquqa malik olardı. Bəzən görüşə gələn qərib adamın quru, mənasız danışıq və istəyini təmkinlə dinləyər, nəhayət, səhabələri işə qarışdıqda buyurardı: “Ehtiyacı olanı gördükdə, ona yardımınızı əsirgəməyin...” (“Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqi)”, Baqir Şərif əl-Qurəşi, səh.15.)

Peyğəmbər (s) hansısa bir ehtiyaclının ona müraciət etməsini gözləməzdi, özü onları arayıb-axtarardı. Hüquqların təmini üçün Həzrətin çalışqanlığı insanlara öyrədir ki, cəmiyyətə rəhbərlik edən şəxsin öhdəsinə necə böyük bir məsuliyyət düşür! Həzrət insanlara tapşırardı ki, fəryad çəkməyə gücü olmayanların istəklərini ona çatdırsınlar. Çalışardı ki, ilahi quruluş çərçivəsində, ictimai münasibətlərdə kimsənin ən kiçik hüququ belə pozulmasın.

O həzrət müsəlmanların bütün işlərinə rəhbər və bütün imkanlar onun ixtiyarında olduğu zaman ən zahid bir insan idi. Onun zahidanə həyat tərzi bəşəriyyət üçün nümunəvi ölçüdür. Rəhbər ikən, öz zahidanə həyatı ilə zəif insanlar arasında yaşayırdı. Bu da onun xalq arasında sevilməsinə səbəb olmuşdu.

Peyğəmbər (s) təvazökarlıq və sadəlik nümunəsi idi. Çünki o həzrət ilahi kamilliklərin ifadəsi və bütün insani dəyərlər onun şəxsiyyətində təcəssüm olunmuşdu. Yoldan keçənlərə, hətta uşaqlara salam vermək onun adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi.

O həzrət özünü başqalarından üstün tutmaz, bütün təbəqədən olan Allah bəndələri ilə təvazökarlıqla keçinərdi. O həzrət ən üstün insan olduğu halda, özünü xalqdan artıq bilmirdi. Möminlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-Taala da onun bu xasiyyətini tərifləyir ki, xalqı bu sayaq dinləmək və xalqa bu qədər etimad göstərməyin mühakiməsi yoxdur. “Tövbə” surəsinin 61-ci ayəsində buyurur:

وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيِقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُواْ مِنكُمْ

“Onların (münafiqlərin) bəziləri Peyğəmbəri incidir və “o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlərə bir rəhmətdir.”

Bəli, Peyğəmbər (s) üstün əxlaqına görə digər peyğəmbərlərdən fərqlənməklə Allah-Taalanın ən böyük nişanələrindən biridir. O, gözəl əxlaqı ilə tarixin məcrasını dəyişdi, cəhalət və nadanlıq girdabında çabalayan, bütlərə pərəstiş edən, qız uşaqlarını diri-diri torpağa basdıran bir cəmiyyətdə böyük ideoloji çevriliş yaratdı.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor