RSS
 

Login:
Şifrə:
» » Quranın ilk İlk nazil olan ayə və surəsi

Xəbər lenti

“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM
“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM...
Hacət namazını necə qılaq?
Hacət namazını necə qılaq?...
Allahın insana olan sevgisi
Allahın insana olan sevgisi...
İmadəddin Nəsimi həyatı və yaradıcılğı
İmadəddin Nəsimi həyatı və yaradıcılğı...
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış
İmam Həsən Əskərinin (ə) siyasi-ictimai həyatına qısa bir baxış...
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam
Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam...
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub
Bir gəncin nəfsinə necə hakim olması ilə bağlı Əllamə Təbatəbaiyə yazdığı məktub...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İmam Sadiqdən (ə) doqquz nəsihət...
Qəm-qüssə zamanı oxunan dua
Qəm-qüssə zamanı oxunan dua...
Dostluğa layiq olmayan kəslər
Dostluğa layiq olmayan kəslər...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quranın ilk İlk nazil olan ayə və surəsi

 
Müəllif: Admin | Bölmə: Slide, Qurani-Kərim | Vaxt: 28-03-2016, 22:14 | Şərh sayı: (0) | Baxılıb: 1011

Quranın ilk İlk nazil olan ayə və surəsi


Quranın ilk İlk nazil olan ayə və surəsiİlk nazil olan ayə və surə haqqında üç nəzəriyyə mövcuddur:
1. Bəzilərinin fikrincə, ilk ayələr "Ələq" surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur. Mələk nazil olub Peyğəmbəri (s) peyğəmbər olaraq səslədikdə dedi: "Oxu!" Peyğəmbər (s) dedi: "Nə oxuyum?" Onu (s) öz əhatəsinə aldı və dedi: “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Peyğəmbərə (s) ilk nazil olan ayə “Bismillahir–Rəhmanir-Rəhim! (Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” və son nazil olan ayə isə “(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman…” ayəsi olmuşdur".

2. Bəziləri ilk nazil olan surənin "Müddəssir" olduğunu düşünürlər.
İbn Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Cabir ibn Abdullah Ənsaridən soruşdum: "İlk dəfə hansı surə və ya ayə nazil olmuşdur?" Dedi: “Ey (libasına) bürünüb sarınan!” ayəsi. Dedim: "Bəs, “(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” ayəsi necə?" Dedi: Peyğəmbərdən (s) eşitdiyim sözü sizin üçün deyirəm. Onun (s) belə dediyini eşitdim: "Bir müddət (vaxtımı) Həra dağında keçirtdim. Sonda dağdan endim və vadinin ortasına yetdim. Bu zaman bir səs eşitdim. Hər tərəfə baxdım. Kimsə görmədim. Sonra başımı səmaya qaldırdım. Birdən onu (Cəbraili) gördüm. Məni titrətmə tutdu. Xədicənin yanına gəldim. Məni örtməsini istədim. Bu zaman “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” ayəsi nazil oldu. Bəziləri bu hədisi əsas götürərək vəhyin başlanğıcında Peyğəmbərə (s) nazil olan ilk surənin "Müddəssir" surəsi olduğunu bildirmişlər.
Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür. Güman ki, bu hadisə besətdən bir müddət sonra (fətrət - fasilə) baş vermişdir. Çünki besətdən sonra bir müddət vəhyin enişində fasilə yarandı və sonar yenidən nazil olmağa başladı. Aşağıdakı hədis bu müddəanı sübuta yetirir.
Cabir ibn Abdullahdan nəql olunan digər rəvayətdə Peyğəmbərin (s) vəhyin enişində yaranmış fasilədən söhbət açdığı məlum olur. Peyğəmbər (s) buyurur: "Yoluma davam etdikdə birdən səmadan bir səs eşitdim. Həra dağına da gəlmiş mələyi gördüm. Onu görüb qorxuya düşdüm. Dizi üstə çökdüm. Sonra yoldan qayıdıb evə gəldim və dedim: "Üstümü örtün". Məni bürüdülər. Bu zaman aşağıdakı ayələr nazil oldu: “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)” Sonra vəhy ardıcıl olaraq, fasilə yaranmadan nazil oldu.
3. Bəziləri ilk nazil olan surənin "Fatihə" surəsi olduğunu bildirmişlər. Zəməxşəri deyir: "Əksər təfsirçilər nazil olan ilk surənin "Fatihə" surəsi olması qənaətindədirlər.
Əllamə Təbərsi "İzah" kitabında ustad Əhməd Zahidin Səid ibn Müsəyyib vasitəsilə ilə İmam Əlidən (ə) nəql etdiyi bir rəvayəti qeyd edir. Rəvayətə görə, İmam buyurur: Peyğəmbərdən (s) Quran oxumağın savabı haqqında soruşdum. O həzrət (ə) nazilolma ardıcıllığı ilə hər bir surənin savabını açıqladı. Məkkədə nazil olan ilk surə kimi "Fatihə" surəsini saydı. Sonra "Ələq", daha sonra isə "Qələm" surələrinin adını çəkdi. Vahidi Nişapuri "Əsbab ən-nüzul" əsərində besətin başlanğıcı haqqında yazır: "Bəzən Peyğəmbər (s) tənha olduqda səmadan səs eşidirdi və bu onun qorxmasına səbəb olurdu. Sonuncu dəfə mələk onu səslədi: "Ey Məhəmməd!" Həzrət (s): "Bəli!" – deyə cavab verdi. Mələk dedi: "De: “Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd Allaha – aləmlərin Rəbbinə məxsusdur”.
Əlbəttə, Peyğəmbər (s) besətin əvvəlindən az ətrafı ilə (Əli (ə), Cəfər, Zeyd, Xədicə) namazı İslam sünnəsinə uyğun qılırdı və təbii ki, "Fatihə"siz namaz olmazdı. Hədisdə deyilir: "Cəbrailin Peyğəmbərə (s) öyrətdiyi ilk şey dəstəmaz və namaz idi". Bu, besətin "Həmd" surəsinin nazil olması ilə eyni vaxta təsadüf etməsini zəruriləşdirir. Cəlal əd-Din Süyuti deyir: "Heç bir zaman İslamda namaz "Fatihə"siz olmamışdır" .
Sözügedən üç versiyanı müəyyən şəkildə bir yerə toplamaq olar. Çünki "Ələq" surəsinin ilk üç yaxud beş ayəsinin besət zamanı nazil olmasına şübhə yoxdur. Bu, yekdil versiyadır. Sonra "Müddəssir" surəsinin əvvəlindən bir neçə ayə nazil olmuşdur. Lakin Peyğəmbərə (s) nazil olan ilk bütöv surə "Həmd" surəsidir. Besətin əvvəlində "Ələq" və ya "Müddəssir" surələrinin bir neçə ayəsi surə olaraq nazil olunmamışdır. Onlar yalnız digər ayələri də tam nazil olduqdan sonra surə adını almışlar. Bu baxımdan ilk nazil olmuş surənin "Həmd" olduğunu desək, yanılmarıq. Bu surə "Fatihə əl-kitab" (kitabı açan) adlanır. Onun namazda oxunmasının vacibliyi əhəmiyyətinin göstəricisidir. Belə ki, bu xüsusiyyət onu Qurana tay olmaq ləyaqətinə yüksəldir . "Səbən min əl-məsani" (Qurandan yeddi ayə) adlanan surə bir nəqlə görə yeddi ayədən ibarət olan "Həmd" surəsidir. Deməli, surələrin eniş ardıcıllığını onların başlanğıcı etibarı ilə nəzərə alsaq, ilk surə "Ələq", 5-ci surə isə "Həmd" surəsi olacaq. Əks təqdirdə, yəni enən tam surəni meyar hesab etsək, ilk nazil olmuş surə "Həmd" surəsi olacaq.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor